Tibb bacısı ixtisası üzrə nümunəvi test suallarının toplusu
Pediatriya Üzrə Test Tapşırıqları
1) İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?
A) Hipertermiya ilə
B) Hipoksiya ilə
C) Hiperbilirubinemiya ilə
D) Anemiya ilə
E) Cinsi krizlə
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова. Г.И.Кащива «Педиатрия» Минск «Вышейшая школа» 2002
2) Finkilşteyn düsturu aşağdakılardan hansıdır?
A) 10 x n+2
B) 10+2 (n+1)
C) 10 x 7 x n
D) 10-7 x n
E) 100+7+n
Ədəbiyyat: Е.Ежова, Г.И.Ежов «Педиатрия», Практикум Минск «Вышейшая школа» 2003.
3) Bətndaxili qonoreyanın klinik əlaməti hansıdır?
A) Blenoreya
B) Ensefalit
C) İnkişaf qüsuru
D) Sepsis
E) Görmə sinirinin atrofiyası
Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Ежовa «Педиатрия» Минск «Вышейшая школа». 2002
4) Ağır yarımçıq doğulmuş uşaqlarda öskürək refleksinin olmaması nə ilə nəticələnir?
A) Atelektaz
B) Yedizdirmə zamanı aspirasiya
C) Pnevmotoraks
D) Plevropnevmoniya
E) Ağ ciyərin emfizeması
Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Ежовa «Педиатрия» Минск «Вышейшая школа» 2002.
5) Yarımçıq doğulmuş uşaq yedizdirilən zaman göyəribsə nə etmək lazımdır?
A) Ürək qlukozidləri vurmaq
B) Oksigen vermək
C) Hormonlar vermək
D) Antibiotik vurmaq
E) Qan köçürmək
Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Кащеева «Педиатрия» 2002
6) Anadan gəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?
A) Qızılca
B) Toksoplazmoz
C) Listerioz
D) Sifilis
E) Məxmərək
Ədəbiyyat: Н.Н. Шабалов. Д.А. Ходов «Неонатология» 1998
7) Hemolitik xəstəlik zamanı qanda nə baş verir?
A) Eritropeniya
B) Trombositopeniya
C) Leykopeniya
D) Eritrositoz
E) Hemoliz
Ədəbiyyat: Е.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002.
8) Bakteosid lampa nə vaxt yandırılmalıdır?
A) Uşaqlar yatan vaxt
B) Uşaqlar palatada olmayanda
C) Uşaqlara baxış vaxtı
D) Uşaqlar yedizdiriləndə
E) Uşaqlar bələnən vaxt
Ədəbiyyat: Е.Ежова, Г.И.Ежова «Педиатрия» Минск «Вышейшая школа» 2003.
9) Yarımçıq doğulmuş uşağın zondla qidalandırılmasına göstəriş nədir?
A) Donor südü ilə qidalanma
B) Pnevmopatiya
C) Bətndaxili infeksiya
D) Əmmə və udma refleksinin olmaması
E) Hipertermiya
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум Минск «Вышейшая школа» 2003.
10) Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyəvidir?
A) Gedişi uzun müddətli olur
B) Anadan gəlmə olur
C) Olmur
D) Sarılıq gec əmələ gəlir
E) Sarılıq tez keçir
Ədəbiyyat: H.В.Eжoв, E.М.Русакова «Педиатрия» Минск «Вышейшая школа» 2002
11) Yeni doğulmuşun gözünün təmizlənməsində nədən istifadə edilir?
A) 96% spirt məhlulu
B) Bitki yağı
C) Qaynadılmış su
D) 3% peroksid məhlulu
E) 5% yod məhlulu
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова. Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
12) Sepsis nə deməkdir?
A) Orqanizmdə immunodefisit fonunda bakterial infeksiyanın yayılmış forması
B) Konstitusional anomaliya
C) Mübadilə pozğunluğu
D) Qan dövranı pozğunluğu
E) Rh-konflikt
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова «Педиатрия» 2002
13) Asfiksiya zamanı ilk terapevtik tədbir nədən ibarətdir?
A) Yuxarı tənəffüs yollarının sanasiyası
B) Süni tənəffüsün verilməsi
C) Oksigen verilməsi
D) Ağ ciyərlərin süni ventilyasiyası
E) Ürəyin massajı
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова «Педиатрия» 2002
14) Aşağıdakı orqanlardan hansı hemopoezdə iştirak etmir?
A) Limfa vəziləri
B) Qara ciyər
C) Hipofiz
D) Dalaq
E) Sümük iliyi
Ədəbiyyat: H.В.Eжoва «Педиатрия» 2002
15) Qanda birinci çarpazlaşma nə vaxt baş verir?
A) 10 ayında
B) 3-4 ayında
C) 5-6 yaşında
D) 10 yaşda
E) 5-6-cı günlər
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум «Вышейшая школа» 2003
16) Qanda çarpazlaşma hansı elementlər arasında baş verir?
A) Limfositlər və eritrositlər
B) Eritrositlər və trombositlər
C) Neytrofillər və limfositlər
D) Trombositlər və leykositlər
E) Leykositlər və eritrositlər
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум, Минск «Вышейшая школа» 2003
17) Bətndaxili infeksiyalara nə aiddir?
A) Adenovirus infeksiyası
B) Süzənək
C) Sitomeqalovirus infeksiyası
D) Hepatit B
E) Limfositar xoriomeningit
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» 1998. Москва медицина
18) Kəskin toksoplazmoz üçün xarakterik simptomlar hansılardır?
A) Aktiv ensefalit əlamətləri
B) Sarılıq
C) Subfebrilitet
D) Hepatosplenomeqaliya
E) Beyində kalsifikatlar
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» 1998. Москва медицина
19) Listerioz infeksiyası zamanı hansı preparat effekt verir?
A) Vidarabin
B) Sulfanilamidlər
C) Penisillin qrupu
D) Vitaminlər
E) Ampisillin və gentamisin kombinasiyası
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
20) Listerioz hansı yolla yoluxur?
A) Məişət- kontakt
B) Limfogen
C) Hava-damcı
D) Hematogen
E) Transplasentar
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
21) Cinsi kriz hansı uşaqlarda olur?
A) Doğuş zamanı zədə almış uşaqlarda
B) Oğlanlarda
C) Qızlarda
D) Bətndaxili infeksiyaya yoluxmuş uşaqlarda
E) Hər ikisində
Ədəbiyyat: Е.Ежова, Е.М.Русакова «Педиатрия «Вышейшая школа» Минск 2002
22) Rh-konflikt zamanı mübadilə yolu ilə qan köçürmək üçün hansı qan qrupu götürülür?
A) Uşağın qan qrupuna uyğun Rh(-) qan
B) Rh-faktor, qan qrupu nəzərə alınmır
C) Atanın qan qrupuna uyğun Rh(+)qan
D) Uşağın qan qrupuna uyğun Rh(+)qan
E) Ananın qan qrupuna uyğun Rh(+)qan
Ədəbiyyat: Е.Ежова, Е.М.Русакова «Педиатрия «Вышейшая школа» Минск 2002
23) Omfolit nədir?
A) Mədənin iltihabı
B) Qara ciyərin iltihabı
C) Dərinin iltihabı
D) Dalağın iltihabı
E) Göbəyin iltihabı
Ədəbiyyat: Е.Ежова, Е.М.Русакова «Педиатрия «Вышейшая школа» Минск 2002
24) Hipoqalaktiya nədir?
A) Ana südünün az ifraz olunması
B) Qida çatmamazlığı
C) Mədə-bağırsaq pozğunluğu
D) Qan azlığı
E) Vitamin çatmamazlığı
Ədəbiyyat: Е.Ежова, Е.М.Русакова «Педиатрия «Вышейшая школа» Минск 2002
25) Tranzitor hipertermiyanın səbəbi nədir?
A) Viruslar
B) Hormonal kriz
C) Istilik mərkəzinin tam inkişaf etməməsi
D) Bakteriyalar
E) Fizioloji sarılıq
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
26) İlkin çəkinin itməsinin səbəbi nədir?
A) Fizioloji sarılıq
B) Virus infeksiyası
C) Fizioloji mastit
D) Maye itkisi və süd azlığı
E) Pis qulluq
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
27) Hormonal krizə nə aiddir?
A) Fizioloji eritema
B) Tranzitor qızdırma
C) Fizioloji mastit, fizioloji vulvovaginit
D) Çəki itkisi
E) Sidik turşusu infarktı
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
28) Dərinin irinli xəstəliklərinə nə aiddir?
A) Qabıqvermə
B) Sadə və toksiki eritema
C) Vezikulopustuloz
D) Bişməcə
E) Piodermiya
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
29) Uşaq doğulan kimi hansı prosedura birinci aparılır?
A) Qonoblenoreyanın profilaktikası
B) Qeydə alınması
C) Boy və çəkinin ölçülməsi
D) Göbək ciyəsinin kəsilməsi
E) Dərinin təmizlənməsi
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
30) Vərəm əleyhinə peyvəndi kim vurmalıdır?
A) Həkim
B) Prosedura tibb bacısı
C) Sahə həkimi
D) Xüsusi hazırlıq keçmiş tibb bacısı
E) Sahə tibb bacısı
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
31) Yeni doğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?
A) Neçeporenko
B) Silverman
C) Apqar
D) Ortner
E) Dubovic
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
32) Doğuş şişi nədir?
A) Sümük və sümüküstlüyü arasına qansızma
B) Dölyanı mayenin toxumalara toplanması
C) Öndə gələn hissənin ödemi
D) Dölyanı mayenin aspirasiyası
E) Bətndaxili infeksiya
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
33) Baş beyin zədələnməsinin əsas əlaməti hansıdır?
A) Sarılıq
B) Hipertermiya
C) Hemorragik sindrom
D) Hipotermiya
E) Qıcolma
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
34) Hemolitik xəstəlikdə sarılıq nə vaxt əmələ gəlir?
A) 5-ci gündə
B) 1-ci gündə
C) 1 aydan sonra
D) 2-ci gündə
E) 10-cu gündə
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
35) Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?
A) Anada və uşaqda Rh(+) qan
B) Anada Rh(-) və uşaqda Rh(+) qan
C) Anada Rh(+) və uşaqda Rh(-)qan
D) Anada və uşaqda Rh(-)qan
E) Anemiya
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998
36) Qonoblenoreyanın ikincili profilaktikası nə vaxt aparılır?
A) Doğuşdan 5 dəqiqə sonra
B) Doğuşdan 30 dəqiqə sonra
C) Doğuşdan 2 saat sonra
D) Doğuşdan 3 saat sonra
E) Doğuşdan 1 saat sonra
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум, Минск «Вышейшая школа» 2003
37) Hamiləliyin antenatal risk faktoruna nə aid deyil?
A) Çox döllü hamiləlik
B) Hamiləlik vaxtı qanaxma
C) Vaxtı keçmiş hamiləlik
D) Geçikmiş toksikozlar
E) Doğuş vaxtı narkoz vermə
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум, Минск «Вышейшая школа» 2003
38) Orta ağır asfiksiya neçə balla qiymətləndirilir?
A) 1-2 bal
B) 3- 4 bal
C) 6-7 bal
D) 8-10 bal
E) 4-5 bal
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
39) Asfiksiyada ürək vurğularını artırmaq üçün hansı preparat işlədilir?
A) Vitamin C
B) Noşpa
C) Kokarboksilaza
D) Adrenalin
E) ATF
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
40) Əsaslı dezinfeksiya neçə faizli xloraminlə aparılır?
A) 10%-li
B) 2%-li
C) 1%-li
D) 5%-li
E) 3%-li
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
41) Dərinin infeksion xəstəliklərinə nə aiddir?
A) Sklerema
B) Vezukulopustulyoz, yenidoğulmuşun qovuqcuqlu xəstəliyi
C) Bişməcə, tərlilik
D) Teleangioektaziya
E) Sklerodermiya
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
42) Tənəffüs çatmamazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir?
A) Vaxtında doğulanlar
B) Vaxtından əvvəl doğulmuşlar
C) Çox döllü hamiləlik
D) Vaxtından gec doğulanlar
E) Çox saylı hamiləlik
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
43) Hepatit B virusu əleyhinə vaksina hara vurulur?
A) Sağrı nahiyəsinə
B) Vena daxilinə
C) Sağ çiyin nahiyəsinə
D) Budun ön nahiyəsinə
E) Dəri daxilinə
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
44) Yarımçıq doğulmuşların palatasında hərarət nə qədər olmalıdır?
A) 18-20°
B) 26-30°
C) 22-24°
D) 24-26°
E) 20-22°
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
45) Mübadilə yolu ilə qan köçürmə sonda nə ilə tamamlanır?
A) Vitaminlərlə
B) Antibiotiklərlə
C) Sulfanilamidlərlə
D) Ürək qlükozidlərilə
E) Sidikqovucularla
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
46) Apnoe nədir?
A) Urək döyüntüsünün tezləşməsi
B) Tənəffüsün zəifləməsi
C) Kuss - Mayl tənəffüsü
D) Tənəffüsün dayanması
E) Çeyn-Stoks tənəffüsü
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
47) Döşlə əmizdirməyə əks göstəriş deyil?
A) Apqar şkalasına görə 8-10 bal
B) Vaxtından əvvəl doğulmuşlar
C) Apqar şkalası ilə 7 baldan az olduqda
D) İnkişaf qüsuru
E) Doğum zədəsi
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
48) Vaxtında 3200 qr çəki ilə doğulmuş uşaq fizioloji çəki itkisi zamanı nə qədər itirə bilər?
A) 500 qr
B) 200 qr
C) 100 qr
D) 1000 qr
E) 320 qr
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
49) Vaxtından əvvəl 2200 qr çəki ilə doğulmuş uşaq çəkisini nə qədər itirə bilər?
A) 220 qr
B) 1000 qr
C) 50 qr
D) 200 qr
E) 300 qr
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
50) Çəkisi 3200 qr olan 5 günlük uşağın sutkalıq qida həcmi nə qədər olmalıdır?
A) 1000 ml
B) 500 ml
C) 250 ml
D) 400 ml
E) 300 ml
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
51) 2 həftəlik uşaq həcm üsulu ilə sutkada nə qədər qida almalıdır?
A) Faktiki çəkisinin 1/7 hissəsi qədər
B) Faktiki çəkisinin 1/9 hissəsi qədər
C) Faktiki çəkisinin 1/5 hissəsi qədər
D) Faktiki çəkisinin 1/8 hissəsi qədər
E) Faktiki çəkisinin 1/6 hissəsi qədər
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум 2003
52) İmmunitetin yaranmasında hansı hüceyrələr əsas rol oynayır?
A) Eozinofillər
B) Monositlər
C) Eritrositlər
D) Trombositlər
E) T və B limfositlər
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
53) Tuberkulin həssaslığının virajı nədir?
A) Vərəmin lokal forması
B) İlk dəfə mantu sınağının müsbət reaksiyası
C) Laborator müayinə
D) İmmunitetin əmələ gəlməsi
E) Birincili vərəm kompleksi
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
54) Vərəmli xəstəni aşkar etmək üçün hansı üsul vacibdir?
A) Sidiyin ümumi müayinəsi
B) Qanın biokimyəvi müayinəsi
C) Tuberkulin diaqnostikası və fluorqrafiya
D) Klinik əlamətlər
E) Qanın ümumi müayinəsi
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
55) Birincili vərəm kompleksinə nə aiddir?
A) Vərəm plevriti
B) Vərəm intoksikasiyası
C) Vərəm bronxoadeniti
D) Viraj
E) Birincili vərəm ocağı və reqionar limfa vəzilərinin iltihabı
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
56) Vərəmin hansı forması ocaqlı xarakter daşıyır?
A) Viraj
B) Erkən vərəm intoksikasiyası
C) Birincili vərəm kompleksi
D) Milliar vərəm
E) Vərəm meningiti
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
57) Hansı halda mantu sınağı müsbət sayılır?
A) 1-2 mm
B) 4-5 mm
C) 3- 4 mm
D) 5-12 mm
E) 2-3 mm
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа»
58) Vərəmin müalicəsində əsas müalicə prinsipləri hansılardır?
A) Müqaviməti yüksəltmək
B) Hormonlar təyin etmək
C) Pəhriz təyin etmək
D) Vitaminlər təyin etmək
E) Törədiciyə təsir etmək, müqaviməti yüksəltmək, klinik əlamətləri aradan götürmək
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
59) Tuberkulinin yeridilmə yolu hansıdır?
A) Vena daxilinə
B) Əzələ daxilinə
C) Peroral
D) Dəri daxilinə
E) Dərialtına
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
60) Hansı mikroorqanizmin neyrotrop təsiri var?
A) Streptokokkun
B) Stafilokokkun
C) Qripp virusunun
D) Pnevmokokkun
E) Süzülən virusun
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
61) Meningitə yoluxma zamanı giriş qapısı aşağıdakılardan hansıdır?
A) Limfogen
B) Yuxarı tənəffüs yolları
C) Sidik-ifrazat
D) Mədə-bağırsaq
E) Hematogen
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
62) Meningit xəstəliyinə yoluxmuş uşaqla təmasda olanlar neçə gün karantində olmalıdır?
A) 10 gün
B) 7 gün
C) Karantin müddəti qoyulmur
D) 21 gün
E) 5 gün
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
Dostları ilə paylaş: |