1008) Dabaq xəstəliyinin mənbəyi bunlardan hansıdır?
A) Xəstə insan, ağcaqanadlar
B) Xəstə gəmiricilər
C) Xəstə insan və bakteriya gəzdirənlər
D) Xəstə mal-qara
E) Xəstə insan və virus gəzdirənlər
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1009) Dabaq xəstəliyi zamanı əsas klnik simptomlar hansılardır?
A) Udma qabiliyyətinin pozulması dilin şişməsi kənarlarında dişlərin izinin
B) Kəskin titrəmə, temperaturun 39-40°-yə yüksəlməsi, selikli qişaların zədələnməsi, hepatoliyenal sindrom, yuxarı ətraf əzələlərinin qıcolması, işıqdan, sudan, səsdən qorxma
C) Kəskin titrətmə, temperaturun 39-40°-yə yüksəlməsi, selikli qişaların zədələnməsi, diş ətindən, mədədən uşaqlıq yollarından qanaxma, ağızdan su axması, işıqdan, sudan qorxma, profuz tərləmə
D) Kəskin titrətmə, temperaturun 39-40°-yə yüksəlməsi, dispeptik əlamətlər, əzələlərin rigidliyi, artralgiyalar, səpkilərin meydana çıxması
E) Kəskin titrətmə, temperaturun 39-40°-yə yüksəlməsi, baş və əzələ ağrıları, selikli qişaların zədələnmələri, cənglərin əmələ gəlməsi, xoralı sahələrin yaranması, regionar limfatik düyünlərin böyüməsi, danışıq, udma qabiliyyətinin pozulması, ağızdan su axma
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1010) Tetanus xəstəliyində inkubasiya dövrünün müddəti nə qədərdir?
A) 1 ay – 1,5 ay
B) 1 – 5 gün
C) 1 neçə saatdan 2 günədək
D) 6 aydan 1 ilə qədər
E) 5 – 14 gün
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1011) Tetanus xəstəliyi zamanı baş verən əsəs klinik əlamətlər hansılardır?
A) Sinir sisteminin zədələnməsi, əzələ ağrıları, trizm, əzələlərin tonik və klonik qıcolmaları, opistotonus, tərləmə, tənəffüsün çətinləşməsi, çeynəmə və udmanın pozulması
B) Tənəffüsün çətinləşməsi, udmanın pozulması, üzün assimetriyası, göz bəbəklərinin qeyri-bərabər böyüməssi, göz qapaqlarının sallanması
C) Sayıqlama, qarabasma, qanlı bəlğəm, qanlı öskürək, oynaqlarda ağrılar
D) Əzələlərin tonik və klonik qıcolmaları, opsitotonus, dəri üzərində hemorragik səpkilər, bəbəklərin qeyri-bərabər böyüməsi, ptoz
E) Kəskin baş ağrıları, temperaturun yüksəlməsi, oynaqların hiperemiyası və oynaq ağrıları, bədənin yan səthlərində xırda nöqtəvari qansızmalar, sidik və nəcis ifrazının pozulması
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
1012) GİCS insan orqanizminə daxil olduqdan sonra ilk növbədə orqanizmin hansı sistemini zədələyir?
A) Endokrin
B) Sidik-cinsiyyət
C) Mədə-bağırsaq
D) İmmun
E) Ürək-damar
Ədəbiyyat: К.М.Лобан. В.И. Покровский «Руководство по инфекционные болезни» 1986
1013) GİCS-in spesifik müalicəsində ən çox hansı preparatlardan istifadə edilir?
A) Azidotimidin, retrovir, timogen, interleykin-2, stavudin, didanozin
B) Nitrofuran törəmələri
C) Tetrasiklin qrup preparatları
D) Spesifik polivalent zərdablar
E) Geniş təsir spektrli antibiotiklər
Ədəbiyyat: К.М.Лобан. В.И. Покровский «Руководство по инфекционные болезни»1986
1014) Heyvanlardan insana keçən mikoz hansıdlr?
A) Kəpəklənən dəmrov
B) İrinli-infiltrativ trixofitiya
C) Epidermofitiya
D) Aktinomikoz
E) Rubromikoz
Ədəbiyyat: Руководство под редакцией О.К. Скрипкина Кожные и венерические болезни В 4 томах. г. Москва1996 “Медицина”
1015) Rəngbərəng dəmrov üçün hansı əlamət xarakterikdir?
A) Eritema
B) Müsbət yod sınağı
C) Hemmoragik ləkələr
D) İntensiv qaşınma
E) Eroziyalar
Ədəbiyyat: Руководство под редакцией О.К. Скрипкина Кожные и венерические болезни В 4 томах. г. Москва1996 “Медицина”
1016) Qoturluğun klinik əlaməti hansıdır?
A) Gecələr güclənən qaşınma
B) Vegetasiya
C) Qabıqlanma
D) Qovuqlar
E) Lixenfikasiya
Ədəbiyyat: Руководство под редакцией О.К. Скрипкина Кожные и венерические болезни В 4 томах. г. Москва1996 “Медицина”
1017) Sifilisin əsas yoluxma yolu hansıdır?
A) Ağcaqanad vasitəsilə
B) Təmas
C) Parenteral müayinə zamanı
D) Hamilə qadından, doğuş zamanı yeni doğulmuşa
E) Cinsi
Ədəbiyyat: Руководство под редакцией О.К. Скрипкина Кожные и венерические болезни В 4 томах. г. Москва1996 “Медицина”
1018) Sifilisin differensasiyasında əsas hansı kriteriyadan istifadə olunur?
A) Kompleks seroloji reaksiyalar
B) Limfa vəzilərinin müayinəsi
C) Klinik əlamətlər
D) Anamnez
E) Konfrantasiya
Ədəbiyyat: Руководство под редакцией О.К. Скрипкина Кожные и венерические болезни В 4 томах. г. Москва1996 “Медицина
1019) Favus xəstəliyinin klinik əlaməti hansıdır?
A) Eroziyalar
B) Seroz qovucuqlar
C) İntoksikasiya
D) Köpüşüklü səpkilər
E) Follikulyar aparatın atrofiyası
Ədəbiyyat: Руководство под редакцией О.К. Скрипкина Кожные и венерические болезни В 4 томах. г. Москва1996 “Медицина”
1020) Ekzema xəstəliyinin müalicəsində aşağıdakı preparatlardan hansından istifadə olunmur?
A) Histamin
B) Klaritin
C) Prednizolon
D) B qrupu vitaminləri
E) Kalsium qlukonat
Ədəbiyyat: Руководство под редакцией О.К. Скрипкина Кожные и венерические болезни В 4 томах. г. Москва1996 “Медицина”
1021) Hansı dəri xəstəliyində oynaqlar zədələnmiş olur?
A) Vulqar sızaqlar
B) Vulqar pemfiqus
C) Herpesşəkilli dermatit
D) Psoriaz
E) Ekzema
Ədəbiyyat: Руководство под редакцией О.К. Скрипкина Кожные и венерические болезни В 4 томах. г. Москва1996 “Медицина”
1022) Qonareyanın müalicəsində hal-hazırda hansı qrup preparatlardan daha geniş istifadə olunur?
A) Sulfanilamidlər
B) Penisillin qrupu
C) Aminoqlikoziqlər
D) Sefalosparinlər
E) Tetrasiklin qrupu
Ədəbiyyat: Руководство под редакцией О.К. Скрипкина Кожные и венерические болезни В 4 томах. г. Москва1996 “Медицина”
1023) Sifilis xəstəliyinin törədicisi hansıdır ?
A) Piturosporum orbiculare
B) Leyşmaniya tropika
C) Treponema pallidum
D) Sporothrix schenki
E) Candida albicans
Ədəbiyyat: Руководство под редакцией О.К. Скрипкина Кожные и венерические болезни В 4 томах. г. Москва1996 “Медицина
1024) Psoriaz xəstəliyi üçün hansı morfoloji element xarakterikdir?
A) Düyüncük
B) Köpüşük
C) Düyün
D) Ləkə
E) Qovuq
Ədəbiyyat: С.К.Скрипкин. Кожные и венерические болезни. “Медицина”, Москва, 1996
1025) Neyrodermit xəstəliyi üçün hansı əlamətlər xarakterik deyil?
A) Lixenifikasiya
B) Pulcuqlaşma
C) Hiperpiqmentasiya
D) Ekskoriasiya
E) Poligonol papulalar
Ədəbiyyat: С.К.Скрипкин. Кожные и венерические болезни. “Медицина”, Москва, 1996
1026) Qonoreyanın inkubasiya dövrü?
A) 12-24 saat
B) 14-21 gün
C) 3-5 gün
D) 1 ay
E) 7-14 gün
Ədəbiyyat: Б.И.Зудин. Кожные и венерические болезни. Москва. 1990. Медицина
1027) AİDS (QİÇV) xəstəliyinin törədicisi hansıdır?
A) Virus
B) Şiş hüceyrələri
C) Mikoplazma
D) Göbələk
E) Bakteriya
Ədəbiyyat: Б.И.Зудин. Кожные и венерические болезни. Москва. 1990. Медицина
1028) Aşağıda göstərilən maddələrdən hansı yerli olaraq antiseptik təsir göstərir ?
A) Anestezin
B) Vazelin
C) Anilin boyaqları
D) Qliserin
E) Talk
Ədəbiyyat: Б.И.Зудин. Кожные и венерические болезни. Москва. 1990. Медицина
1029) Hansı xəstəlikdə islatma tətbiq olunur ?
A) Kəskin ekzema
B) Mikrosporiya
C) Xroniki ekzema
D) Onixomikoz
E) Psoriaz
Ədəbiyyat: С.К.Скрипкин. Кожные и венерические болезни. “Медицина”, Москва, 1996
1030) Fungisid mazlar hansı xəstəliklərdə təyin olunur ?
A) Ekzema
B) Ayaqların mikozu
C) Sadə qovuqlu dəmrov
D) Furunkul
E) Dermatit
Ədəbiyyat: С.К.Скрипкин. Кожные и венерические болезни. “Медицина”, Москва, 1996
1031) Qoturluq xəstəliyini hansı xəstəliklərlə differensasiya etmək lazimdır ?
A) Dürinq dermatozu
B) Qırmızı yastı dəmrov
C) Çəhrayi dəmrov
D) Neyrodermid
E) Psoriaz
Ədəbiyyat: С.К.Скрипкин. Кожные и венерические болезни. “Медицина”, Москва, 1996
1032) Kandidozların törədicisi hansıdır ?
A) Trixofitonlar
B) Allergik tozlar
C) Viruslar
D) Stafilakoklar , Streptokoklar
E) Maya göbələkləri
Ədəbiyyat: С.К.Скрипкин. Кожные и венерические болезни. “Медицина”, Москва, 1996
1033) Mikrosporiya diagnozu qoyulması üçün hansı müayinə metodu istifadə olunur ?
A) Qanın seroloji reaksiyası
B) Sidiyin ümumi analizi
C) Lüminissent lampası
D) Qanın ümumi analizi
E) Yod sınağı
Ədəbiyyat: С.К.Скрипкин. Кожные и венерические болезни. “Медицина”, Москва, 1996
Ümumi Gigiyena Fənnindən Testlər
1034) Gigiyena nəyi öyrənir ?
A) Xəstəliklərin praqnozu
B) Orqanizmin quruluşu və funksyasını
C) Xarici mühit şəraitinin orqanizmə təsirini
D) Xəstəliklərin müalicə üsullarını
E) Xəstəliklərın Diaqnostikasını
Ədəbiyyat: Р. Д. Габович. « Гигиена». Москва « Медицина» 1990
1035) Gigiyenanın praktik fəaliyyət sahəsi hansıdır?
A) Diaqnostika
B) Epidemiologiya
C) Ekologiya
D) Sanitariya
E) Terapiya
Ədəbiyyat: Р. Д. Габович. « Гигиена». Москва « Медицина» 1990
1036) Ekalogiya nədir ?
A) Ətraf mühitin təbii amillərinin qorunması
B) Təbii sərvətlərin mühafizəsi
C) Metereoloji şəratin inkişafı
D) Kənd təsərrüfatının inkişafı
E) Təbii ehtiyatların və faydalı qazıntıların kəşfi
Ədəbiyyat: Н. Ф. Измеров и др. « Общая и коммунальная гигиена » Москва
« Медицина» 1985.
1037) Mikroiqlim orqanizmin hansı funksyasına təsir göstərir?
A) Su-duz mübadiləsinə
B) Yağ mübadiləsinə
C) Zülal mübadiləsinə
D) Karbohidrat mübadiləsinə
E) İstilik mübadiləsinə
Ədəbiyyat: Р. Д.Габович. « Гигиена». Москва « Медицина» 1990
1038) Orqanizmin möhkəmlənməsi üçün əsas şərt nədən ibarətdir ?
A) Tədricilik və ardıcıllıq
B) Profilaktik tədbirlərin görülməsi
C) Soyuq təsirlərdən qorunma
D) Qidanın kaloriliyinin artması
E) Hipodinamiya
Ədəbiyyat: Р. Д.Габович. « Гигиена». Москва « Медицина» 1990
1039) Yol verilən konsentrasiya nədir ?
A) Parsial təzyiq
B) İcazə verilən miqdar
C) Optimal miqdar
D) Həddindən artıq miqdar
E) Maddənin qatılığı
Ədəbiyyat: M . Kazımov “ Ümumi gigiyena ” Təcrübə məşğələlərinə aid dərslik . Bakı-1999
1040) Suyu hansı məqsədlə xlorlayırlar ?
A) Suyu rəngsizləşdirmək (filtrasiya ) üçün
B) Orqanoleptik xassələri yaxşılaşdırmaq üçün
C) Suyun çökdürülməsini sürətləndirmək üçün
D) Tərkibindəki kimyəvi maddələrin miqdarını normallaşdırmaq üçün
E) Suda olan mikroorqanizmləri məhv etmək üçün
Ədəbiyyat: Д. М . Бобов , Н. Н Надворный « Медицина» 1976
1041) Suyu xlorlaşdırmaq üçün istifadə olunan preparatda aktiv xlorun miqdarı nə qədər olmalıdır ?
A) 20%
B) 5%
C) 10%
D) 25%
E) 35%
Ədəbiyyat: M . Kazımov “ Ümumi gigiyena ” Təcrübə məşğələlərinə aid dərslik . Bakı-1999
1042) İşıqlanmanın səviyyəsini təyin edən cihaz hansıdır ?
A) Krotov cihazı
B) Hiqrometr
C) Lüksmetr
D) Borometr
E) Anemometr
Ədəbiyyat: Д. М . Бабов , Н. Н Надворный « Медицина» 1976
1043) İşıqlanma vahidi nədir ?
A) Kkal
B) Milibar
C) Hers
D) Lüks
E) Desibel
Ədəbiyyat: Д. М . Бабов , Н. Н Надворный « Медицина» 1976
1044) Qidalanmanın orqanizmdə rolu nədən ibarətdir ?
A) İnsanlarda şərti refleksin əmələ gəlməsini təmin edir
B) Orqanizmin xarici mühitə uyğunlaşmasını təmin edir
C) Maddələr mübadiləsini normallaşdırır
D) Xəstəliklərin qarşısının alınmasında rol oynayır
E) Orqanizmin inkişafını təmin edir , enerji ehtiyacını ödəyir
Ədəbiyyat: Р. Д.Габович . « Гигиена». Москва « Медицина» 1990
1045) Zülalların qidalanmada rolu nədən ibarətdir?
A) İstilik enerjisi rolunu oynayır
B) Orqanizmin vitaminlərə olan tələbatını ödəyir
C) Hüceyrə və toxumaların qurulmasında iştirak edir
D) Orqanizmin inkişafını təmin edir
E) Orqanizmin mineral maddələrə olan tələbatını ödəyir
Ədəbiyyat: Р. Д.Габович. « Гигиена». Москва « Медицина» 1990
1046) Yorulma nə cür prosesdir ?
A) Anatomik
B) Kimyəvi
C) Fizioloji
D) Bioloji
E) Patoloji
Ədəbiyyat: Р. Д.Габович. « Гигиена». Москва « Медицина» 1990
1047) “ Hündürlük “ və “ dağ “ xəstəliyinin əlamətləri hansı yüksəklikdə hiss olunur ?
A) 2000 metr
B) 1000 metr
C) 4000 metr
D) 500 metr
E) 3000 metr
Ədəbiyyat: M . Kazımov “ Ümumi gigiyena ” Təcrübə məşğələlərinə aid dərslik . Bakı-1999
1048) Mikroiqlim orqanizmin hansı funksiyasına təsir göstərir ?
A) Maddələr mübadiləsinə
B) Karbohidrat mübadiləsinə
C) Zülal mübadiləsinə
D) İstilik mübadiləsinə
E) Yağ mübadiləsinə
Ədəbiyyat: Р. Д.Габович. « Гигиена». Москва « Медицина» 1990
1049) Qrunt suları hansı sulara aiddir ?
A) Axar çay
B) Artezian
C) Yeraltı
D) Atmosfer
E) Dəniz və göl
Ədəbiyyat: Р. Д.Габович. « Гигиена». Москва « Медицина» 1990
1050) Su nümunəsi üçün hansı cihazdan istifadə edilir ?
A) Reometr
B) Butirometr
C) Batometr
D) Hiqrometr
E) Barometr
Ədəbiyyat: M . Kazımov “ Ümumi gigiyena ” Təcrübə məşğələlərinə aid dərslik . Bakı-1999
1051) İçməli suyun iyi və dadı neçə baldan artıq olmamalıdır ?
A) 10
B) 1
C) 2
D) 4
E) 3
Ədəbiyyat: M . Kazımov “ Ümumi gigiyena ” Təcrübə məşğələlərinə aid dərslik . Bakı-1999
1052) Dəm qazı hansı şəraitdə əmələ gəlir ?
A) Yanacağın daşınması zamanı
B) Yanacağın qablaşdırılması zamanı
C) Yanacağın tam yanması zamanı
D) Yanacağın hava çatmamazlığı şəraitində yanması zamanı
E) Yanacağın natamam yanması zamanı
Ədəbiyyat: M . Kazımov “ Ümumi gigiyena ” Təcrübə məşğələlərinə aid dərslik . Bakı-1999
1053) Sanitariya maarifi anlayışı nədir ?
A) Əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi
B) Əhali arasında xəstəliklərin səbəbinin aydınlaşdırilması
C) Əhalinin miqrasiyası
D) Əhali arasında tibbi biliklərin yayılması və təbliğ edilməsi
E) Əhalinin dispanserizasiyası
Ədəbiyyat: В. С. Ершов. А. Т. Беляева «Санитарное просвещение» Москва «Медицина» 1982
Farmakologiyadan test tapşiriqlar
1054) Klofelin göz damcısı şəklində necə istifadə olunur?
A) Gündə 1 dəfə 3 damcı
B) Gündə 1 dəfə
C) 2-4 dəfə 1 damcı
D) Gündə 2 dəfə 4 damcı
E) Gündə 3 dəfə
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1055) Miotrop təsirli hipotenziv maddələrə hansı aiddir?
A) Klofelin
B) Rezerpin
C) Oktadin
D) Qlauvent
E) Dibazol
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1056) Doğuş fəaliyyətini artırmaq üçün oksitosin necə vurulur?
A) 500ml 5% qlukoza ilə qarışdırılır
B) Hemodezlə qarışdırılır
C) 2% Novokainlə qarışdırılır
D) 0,5% Novokainlə qarışdırılır
E) 10% Lidokoinlə qarışdırılır
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1057) Askorbin turşusunun kombinə edilmiş preparatı hansıdır?
A) Qlutamevit
B) Askorutin
C) Erqokalsiferol
D) Tiamin bromid
E) Tokoferol
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1058) Vərəm əleyhinə işlənən sintetik antimikrob preparatı hansıdır?
A) Ftivazid
B) Biseptol
C) Bisillin
D) Bronxolitin
E) Tavegil
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1059) Antasid maddələrin təsirini uzatmaq üçün onları necə qəbul etmək lazımdır?
A) Yeməkdən 1 saat sonra
B) Yeməkdən əvvəl
C) Yeməkdən dərhal sonra
D) Yemək zamanı
E) Yeməyə 30 dəqiqə qalmış
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1060) Təbii mədə şirəsinin tərkib hissəsi hansıdır?
A) Hidrogen xlorid turşusu
B) Pepsin + hidrogen xlorid
C) Pankreatin
D) Pepsin
E) Natrium hidrokarbonat
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1061) Kanamissin sulfat hansı qrupa aid antibiotikdir?
A) Levomisetin
B) Eritromissin
C) Tetrasiklin
D) Sefalosporin
E) Aminoqlikozid
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1062) Aşağıdakı maddələrdən hansı qanglioblokatorlara aiddir?
A) Benzoheksonium
B) Arduan
C) Ditillin
D) Tubokurarin xlorid
E) Anatruksonium
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1063) Qanqliblokatorlar hansı halda işlənir?
A) Diabet zamanı
B) Doğuş fəaliyyətini zəiflətmək üçün
C) Daxili orqanların atoniyasında
D) Qanaxmalar zamanı
E) Hipertonik krislərdə
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1064) Korqlikon orqanizmə necə yeridilir?
A) 1 ml dəri altına vurulur
B) Novokainlə qarışdırılıb əzələ daxilinə vurulur
C) 1 ml əzələ daxilinə vurulur
D) 10 ml NaCl izotonik məhlulu ilə qarışdırılıb venaya vurulur
E) 40% qlükoza məhlulu ilə əzələ daxilinə yeridilir
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1065) Ürəyin efferent innervasiyasına təsir göstərən antiaritmik maddələrə hansı aiddir?
A) Novokainamid
B) Anaprilin
C) Xinidin sulfat
D) Difenin
E) Panangin
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
1066) Bu maddələrdən hansı neyroleptiklərə aiddir?
A) Sidnofen
B) Aminazin
C) Voltaren
D) İmizin
E) Naproksen
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1067) Neyroleptiklər hansı halda işlənir?
A) Vitamin çatmamazlığında
B) Bronxial astma zamanı
C) Diabet zamanı
D) Oynaqların iltihabında
E) Şizofreniyada
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1068) Neyroleptoanalgeziyada işlənən maddə hansıdır?
A) Relanium
B) Anestezin
C) Bellastezin
D) Bellataminal
E) Droperidol
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1069) Vena daxilinə aminazin necə yeridilir?
A) 10 ml 40% qlükoza ilə qarışdırılır
B) 0,5 % novokainlə qarışdırılır
C) Hemodezlə qarışdırılır
D) 2% novokainlə qarışdırılır
E) İneksiya suyu ilə qarışdırılır
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1070) Bunlardan hansı trankvilizatorlara aiddir?
A) Nootropil
B) İmizin
C) Fenozepam
D) Suksilep
E) Aminazin
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1071) Bunlardan hansı sedativ maddələrə aiddir?
A) Sikladol
B) Aminazin
C) İmizin
D) Haloperidol
E) Natrium brom
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1072) Bu məhlululardan hansı xaricə işlənir?
A) Askorbin turşusu 5%
B) Natiumi bromid 3%
C) Hidrogen peroksid
D) Tiamin bromid 6%
E) Piridoksin hidroxlorid 5%
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1073) Bu dərmanlardan hansının aptekdən reseptsiz buraxılmasına icazə verilir?
A) Seduksen
B) Fenobarbital
C) Kelanium
D) Sibazon
E) Validol
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1074) Dərman maddələri düz bağırsağa imalə şəklində nə qədər təyin olunur?
A) 25 ml
B) 30 ml
C) 10 ml
D) 20 ml
E) 50-100 ml
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1075) Hansı maddələr maddi kumulyasiya törədir?
A) Ürək qlükozoidləri
B) Saponinlər
C) Antibiotiklər
D) Alkaloidlər
E) Sulfanilamidlər
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1076) Tərkibində narkotik dərman olan resept blankları neçə rəng olur?
A) Ağ-qara
B) Ağ
C) Yaşıl
D) Çəhrayı
E) Göy
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1077) Bu maddələrdən hansı oksidləşdirici maddələrə aiddir?
A) Yod
B) Xloramin
C) Hidrogen peroksid
D) Furasillin
E) Fenol
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1078) Furasillinin sulu məhlulu hansı nisbətdə hazırlanır?
A) 1:5000
B) 1:1000
C) 1:1500
D) 1:100
E) 1:200
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). “Nurlan” Bakı, 2005
1079) Bu preparatlardan hansı yağda həll olan vitaminlərə aiddir?
A) Vitamin C
B) Vitamin B1
C) Vitamin B6
D) Vitamin B2
E) Vitamin D
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya”. “Nurlan”, Bakı, 2005
Dostları ilə paylaş: |