169) Hansı uşaqlarda tərəvəz püresi daha erkən müddətdə təyin edilir?
A) Bətndaxili zədələnməsi olan uşaqlara
B) Ekiz doğulmuşlara
C) Kesəriyyə əməliyyatı ilə doğulmuş uşaqlara
D) Hipotrofiyalı uşaqlara
E) Raxit, anemiyası olan uşaqlara, yarımçıq uşaqlara
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
170) Adaptaolunmuş qarışıqlara aşağıdakı qidalardan hansı aiddir?
A) Sıyıqlar
B) Turş qarışıqlar
C) Şirin qarışıqlar
D) “Humana 2” , “Alesya 1”, “Bona”, “Similak”
E) Meyvə və tərəvəz püreləri
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
171) Sadə qarışıqlar necə hazırlanır?
A) Qatıq və südün qarışığından
B) Mannı yarması su ilə
C) Düyü həlimi və qatıqla, düyü həlimi və südlə
D) Kəsmik düyü həlimi ilə
E) Tərəvəz həlimi və düyü həliminin qarışığından
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
172) 1-5 yaşda olan uşaqların gündəlik qidalanma rejimi necə olur?
A) Günün birinci yarısı sıyıqlar, ikinci yarısı paxlalı qidalar
B) Günün birinci yarısı ət, balıq, paxlalı qidalar, axşam kəsmik, tərəvəz və sıyıqlar
C) Günün birinci yarısı tərəvəz püresi, günün ikinci yarısı balıqdan hazırlanmış qidalar
D) Qidalanma rejiminin əhəmiyyəti yoxdur
E) Günün birinci yarısı kəsmik, ikinci yarısı ətdən hazırlanmış qidalar
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
173) Böyük yaşlı uşaqların gün ərzində qidalanma faizi necə bölünür?
A) 20- 25% səhər yeməyi, 30-35% nahar, 20% axşam, 20-25% şam yeməyi
B) 35-40% səhər, 25% nahar, 20-25% axşam, 10% şam yeməyi
C) 10% səhər yeməyi, 20-25% nahar, 25% axşam, 35-40% şam yeməyi
D) Qidanın faizlə bölünməsinə ehtiyac yoxdur
E) 20-25% səhər yeməyi, 10% nahar, 25% axşam, 35-40% şam yeməyi
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
174) Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir və ölçüsü normada nə qədər olmalıdır?
A) Yeni doğulmuşlarda normada böyük əmgək bağlanmış olur
B) Ənsə və təpə sümükləri arasında, ölçüsü 3,5x3,5 sm
C) Təpə və alın sümükləri arasında, ölçüsü 2,0x2,5 sm
D) Alın və ənsə sümükləri arasında 4,5x4,0 sm
E) Təpə sümükləri arasında, ölçüsü 1,5x1,0 sm
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
175) Yeni doğulmuşun ətraflarında olan əzələ hipertoniyası uşağın hansı yaşınadək davam edir?
A) Yeni doğulmuşda ətraflarda hipertoniya olmur
B) 2,5-4 ayadək
C) 10 ayadək
D) Bir yaşadək
E) 6 ayadək
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
176) Südəmər uşağın fəqərə sütununda olan fizioloji əyriliklər fəqərənin hansı bölməsində və nə vaxt yaranır?
A) 5 ayda boyun lordozu, 10 ayda döş hissədə kifoz, 1,5 yaşda bel hissədə lordoz
B) 2 ayda boyun lordozu, 6 ayda döş hissədə kifoz, 1 yaşda bel lordozu əmələ gəlir
C) 2 ayda boyun kifozu, 6 ayda döş hissədə lordoz, 1 yaşda bel hissədə kifoz əmələ gəlir
D) 4 ayda boyun lordozu, 8 ayda döş kifozu, 2 yaşda bel hissədə lordoz əmələ gəlir
E) Südəmər uşaqlarda döş fəqərəsinin fizioloji əyrilikləri uşağın 2 yaşında yaranır
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
177) Südəmər uşaqlarda süd dişlərinin sayı normada neçə ədəddir?
A) 20
B) 12
C) 8
D) 32
E) 24
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
178) Raxit xəstəliyinin yaranmasının əsas səbəbi nədir?
A) D vitaminin çatmamazlığı nəticəsində kalsi-fosfor mübadiləsinin pozulması
B) Uşaqda B qrup vitaminlərinin çatmamazlığı
C) Gigiyenik qaydalara riayət edilməməsi
D) Süni qidalanma
E) Tənzimləyici qidaların vaxtında verilməməsi
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
179) D vitamini orqanizmdə necə yaranır?
A) Orqanizm özü yaradır
B) Südəmər uşağın qaraciyərində yaranır
C) Südəmər uşağın bağırsaqları yaradır
D) Vitamin D-ni orqanizm özü yaratmır, qida vasitəsilə orqanizmə daxil olur və günəş şüasının dəriyə təsirindən yaranır
E) Vitamin D-ni sümük iliyi yaradır
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
180) Vegetativ sinir sisteminin pozğunluğu raxitin hansı dövründə əmələ gəlir?
A) Kəskin dövrdə
B) Sağalma dövründə
C) Vegetativ sinir sistemi pozğunluğu olmur
D) Qalıq əlamətləri dövründə
E) Başlanğıc dövrdə
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
181) “Raxit bilərzikləri”, “toyuq döş qəfəsi”, “kraniotabes” raxit xəstəliyinin hansı dövründə əmələ gəlir?
A) Bütün dövrlərdə
B) Sağalma dövründə
C) Qalıq əlamətləri dövründə
D) Çiçəklənmə dövründə
E) Başlanğıc dövrdə
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
182) Patoloji kifoz, lordoz və skalioz uşaq skletinin hansı hissəsinin patologiyasıdır?
A) Fəqərə sütununun bel hissəsinin
B) Fəqərə sütununun boyun hissəsinin
C) Çanaq sümüklərinin
D) Fəqərə sütununun döş hissəsinin
E) Yuxarı ətrafların
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
183) Raxit xəstəliyi zamanı əzələ hipotoniyası xəstəliyin hansı dövründə müşahidə edilir?
A) Qalıq əlamətləri dövründə
B) Sağalma dövründə
C) Başlanğıc dövründə
D) Kəskin dövründə
E) Raxit xəstəliyində əzələlərdə hipotaniya olmur
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
184) Raxit xəstəliyinin profilaktikasına nə vaxt başlamaq lazımdır?
A) 5 ayından
B) 1 yaşından
C) Uşaq doğulan kimi
D) 6 ayından
E) Ana bətnindən
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
185) Qeyri spesifik profilaktikaya nə aiddir?
A) Duz vannaları
B) Təbii qidalanma, düzgün qulluq, massaj, tənzimləyici qidalardan düzgün istifadə etmək
C) B qrupu və C vitamini
D) Vitamin D preparatları
E) Ferment təyin etmək
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
186) Raxit xəstəliyinin spesifik profilaktikasına nə aiddir?
A) Vitamin C təyin edilir
B) Uşağa sitrat qarışığı verilir
C) Massaj və idman
D) Təmiz hava, günəş şüası qəbulu
E) İl boyu, yay fəsli istisna olmaqla gündə 1 damcı vitamin D (500 BV)
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
187) Raxitin müalicəsi necə aparılır?
A) Qeyri spesifik müalicə və vitamin B1 B6, A
B) Sitrat qarışıqları verilir, duz vannası təyin edilir
C) Qeyri spesifik müalicə, vitamin D preparatları ilə spesifik müalicə, kalsi perparatları ilə kombinə olunmuş şəkildə
D) İnfuzion terapiya edilir
E) Kalsium qlükonat və panangin təyin edilir
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
188) Sulkoviç sınağı nə üçün təyin edilir?
A) Qanda Ca duzlarını təyin etmək üçün
B) Qanda fosfor duzlarını təyin etmək üçün
C) Sidikdə Ca duzlarını təyin etmək üçün
D) Qanda Hb-nin səviyyəsini təyin etmək üçün
E) Sidikdə öd piqmentlərini təyin etmək üçün
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
189) Spazmofiliyanın əmələ gəlməsinin əsas səbəbi nədir?
A) Uşaqda hipovitaminozun olması
B) Erkən yaz fəslində güclü insolyasiya ilə vitamin D-nin çox qəbulu
C) Uşağın düzgün qidalanmaması
D) Uşağın orqanizmində ferment çatmamazlığı
E) Uşağın tez-tez xəstələnməsi
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
190) Spazmofiliya əsasən uşağın hansı yaşlarında təsadüf edilir?
A) 6 ayadək yaşlı uşaqlarda
B) 6-18 ay-2 yaşadək
C) 5 yaşlı uşaqlarda
D) 3 yaşdan yuxarı uşaqlarda
E) Məktəb yaşlı uşaqlarda
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
191) Spazmofiliyanın gizli formasını hansı simptomlarla təyin etmək olar?
A) Xvostek, Trusso, Lüst simptomları ilə
B) Brudzinski simptomu ilə
C) Kerniq simptomu ilə
D) Filatov-Belski-Koplik simptomu ilə
E) Kraniotabes simptomu ilə
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
192) Aşağıdakı cavablardan hansı spazmofiliyanın aşkar növünün klinik formasıdır?
A) Xroniki forma
B) Larinqospazm, karpopedal spazm, eklampsiya
C) Kəskin forma
D) Tez-tez residiv verən forma
E) Uzun sürən forma
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
193) Spazmofiliyanın hansı klinik formasında uşaqda qəflətən qırtlaqda spazm olur?
A) Larinqospazm formasında
B) Hamısında
C) Karpopedal spazm formasında
D) Gizli formada
E) Eklampsiya formasında
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
194) Karpopedal spazm formasında qıcolma uşağın hansı əzələlərində olur?
A) Əl barmaqları və pəncə əzələlərində
B) Bütün əzələlərdə
C) Aşağı ətraf əzələlərində
D) Üzün mimiki əzələlərində
E) Qarın əzələlərində
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
195) Spazmofiliyanın eklampsiya formasında hansı əlamətlər olur?
A) Bədənin bütün əzələlərində tonik , klonik qıcolmalar olur
B) Üzün mimiki əzələlərində qıcolma olur
C) Yuxarı ətraf əzələlərində qıcolma olur
D) Qırtlaq əzələlərində qıcolma olur
E) Aşağı ətraf əzələlərində qıcolma olur
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
196) Spazmofiliyanın profilaktikasına hansı cavab uyğundur?
A) Təbii qidalanma, raxitin profilaktikası və yaz fəsli latent formada kalsi preparatları verilir
B) Polivitamin verilir
C) Duz vannaları təyin edilir
D) Massaj və idman təyin edilir
E) Ferment təyin edilir
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
197) Spazmofiliyanın diaqnozu laborator üsulla necə təsdiq edilir?
A) Qanda hiperkalemiya, sidikdə Sulkoviç sınağı müsbət olur
B) Sidiyin ümumi müayinəsi edilir
C) Nəcisin bakterioloji müayinəsi edilir
D) Qanın ümumi müayinəsi edilir
E) Əsnəkdən yaxma götürüb yoxlanır
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
198) Spazmofiliya qıcolması zamanı təcili yardım hansıdır?
A) Süni tənəffüs və oksigen verilir
B) Antibiotik təyin edilir
C) Ürək dərmanları təyin edilir
D) Naşatır spirti ilə qıcıqlandırmaq, kalsi preparatları, seduksen, maqnezium sulfat vitamin A, E
E) Ürəyin qapalı masajı edilir
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
199) Şəkərin hansı göstəricisinə görə insulin təyin olunur ?
A) Sidikdə şəkər
B) Sidikdə leykosit
C) Qanda şəkər
D) Qanda zülal
E) Sidikdə zülal
Ədəbiyyat: L.A İsayev.Л.К.Бешенова,»Детские болезни» Медицина 1986.
200) Qanda şəkərin artması necə adlanır ?
A) Hiperqlikemiya
B) Hipoqlukozuriya
C) Hipoqlikemiya
D) Leykopeniya
E) Hiperqlukozuriya
Ədəbiyyat: L.A İsayev.Л.К.Баженова «Детские Болезни» Медицина 1986
201) Normada sidikdə neçə qram şəkər olur ?
A) Olmur
B) Çox olur
C) Az olur
D) 10 qram olur
E) Cüzi olur
Ədəbiyyat: L.A .İsayev.Л.К Бешенова.»Детские болеэни» Медицина 1986
202) Şəkərli diabet hansı üzvün hipofunksyasının nəticəsidir?
A) Hipofizin
B) Dalağın
C) Qaraciyərin
D) Mədəaltı vəzin
E) Böyrəyin
Ədəbiyyat: L.A İsayev.Л.К.Баженова «Детские Болезни» Медицина 1986
203) Bronxial astmanı hansı faktorlar əmələ gətirir?
A) İnfeksion- allegik amil
B) Orqanizmin reaktivliyinin aşağı düşməsi
C) Helmintozlar
D) Bronxların yad cismlə tutulması
E) Zəhərli maddələrin tənəffüs yollarına təsiri
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
204) Bronxial astmalı xəstə tutmalar zamanı hansı məcburi vəziyyət alır?
A) Ayaq üstə dayanır
B) Sol tərəf üstə uzanır
C) Əlləri dayağ verməklə məcburi oturağ vəziyyət olur
D) Sağ tərəf üstə uzanır
E) Arxası üstə uzanır
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
205) Bronxial astma tutmasında tətbiq olunan preparatlar hansılardır?
A) Antibiotiklər
B) Ürək qlükozitləri
C) Adrenalin, Eufillin, Salbutamol
D) Vitaminlər
E) Antihelment preparatları
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
206) Anafilaktik şok nədir ?
A) A/T-in qalxması
B) Dərman preparatlarının təsirindən əmələ gələn reaksiya
C) Damar çatmamazlığı
D) A / T-in düşməsi
E) Ürək çatmamazlığı
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
207) Anafilaktik şok zamanı ilk yardım hansı istiqamətdə aparılır ?
A) Vaksinoterapiya
B) Damar tonusunu qaldırmaq, damarlarda dövr edən mayenin həcmini artırmaq
C) Fermentoterapiya
D) Antibiotikoterapiya
E) Vitaminoterapiya
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
208) Pnevmaniya diaqnozu nəyə əsasən təsdiq olunur?
A) Obyektiv müayinə ilə
B) Hiperglikemiya
C) Sidiyin müayinəsinə görə
D) Qanin ümumi müayinəsinə görə
E) Rentgenoloji müayinəyə əsasən
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
209) Anginanın ən qorxulu ağırlaşması nədir ?
A) Anemiya
B) Spazmafiliya
C) Revmatizm , qlomerulonefrit
D) Qastrit
E) Hemofiliya
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
210) Pnevmaniyanın müalicəsində fizioterapevtik müalicə nə vaxt tətbiq edilir?
A) Xroniki dövrdə
B) Qızdırmalı halda
C) Kəskin dövrdə
D) Başlanğıc dövrdə
E) Remissiya dövründə
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
211) Pnevmaniya ilə birgə müşayət olunan plevrit necə adlanır?
A) Visseral
B) Metopnevmatik
C) Sinpnevmatik
D) Eksudativ plevrit
E) Kostal
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
212) Revmatizm zamanı sinir sisteminin zədələnməsi necə adlanır ?
A) Eritema
B) Spazmofiliya
C) Ensefalit
D) Xoreya
E) Eklampsiya
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
213) Plevritin klinik əlamətləri hansılardır ?
A) Hərarətin qalxması, dərindən nəfəs aldıqda,verdikdə,öskürdükdə şiddətli ağrıların olması
B) Qusma və ürək bulanma
C) Nəcisin axolik olması , köpmə
D) Fasiləsiz öskürək, bəlğəm ifrazı
E) Qıcolma
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
214) Plevra boşluğunun punksiyası nə vaxt aparılır ?
A) Hemorragik plevritdə
B) Quru plevritdə
C) Piemik plevritdə
D) Eksudativ plevritdə
E) Fibrinoz plevritdə
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
215) İnağ nədir ?
A) Hərarətin artması
B) Təngnəfəslik
C) Hipotermiya
D) Öskürək
E) Boğulma
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
216) Plevra boşluğunun punksiyası harada aparılır ?
A) 4-5-ci qabırğa arası
B) 6-7-ci qabırğa arası
C) 8-9-cu qabırğa arası
D) 5-6-cı qabırğa arası
E) 7-8-ci qabırğa arası
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
217) Normada qanda şəkərin miqdarı nə qədər olur ?
A) 3,3-5,5 mmol/l
B) 8-10 mmol/l
C) 6-7 mmol/l
D) 1,1-2,3 mmol/l
E) 7-8 mmol/l
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
218) Yalançı inağ tutmasında ilk yardım nədən ibarətdi ?
A) Antibiotiklər
B) Ürək dərmanları
C) Təmiz hava , ayağa isti vanna , xardal yaxması
D) Vitaminlər
E) Antihistaminlər
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
219) Kollaps nədir ?
A) Qaraciyər çatmamazlığı
B) Böyrək çatmamazlığı
C) Qida çatmamazlığı
D) Kəskin damar çatmamazlığı
E) Mübadilə pozğunluğu
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
220) Hipotireozun etioloji faktorları nədir ?
A) Vitamin çatmamazlığı
B) Dərman preparatlarının qəbulu
C) Qalxanvari vəzinin inkişaf qüsuru və tiroid hormonopoezin qüsuru
D) Su-duz balansının pozulması
E) İrsiyyət
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
221) Anadangəlmə ürək qüsurunun səbəbi hansılardır?
A) Vaxtı keçmiş hamiləlik
B) Yarımçıq doğulma
C) Bətndaxili infeksiya
D) Doğuş zədəsi
E) Yenidoğulma dövründə infeksiya
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
222) Anadangəlmə ürək qüsurunun əlamətləri hansılardır ?
A) Ürəkgetmə
B) Sianoz, tənginəfəslik , ürəkdə küy
C) Huşsuzluq, A/T-in düşməsi
D) Hərarət, sianoz
E) Qıcolma , ürəkdə küy
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
223) İnsulin necə təyin olunur ?
A) 5-10 qr xaric olan şəkərə görə
B) 2-4 qr xaric olan şəkərə görə
C) 10-15 qr xaric olan şəkərə görə
D) 6-8 qr xaric olan şəkərə görə
E) 4-5 qr xaric olan şəkərə görə
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
224) Revmatizm ürəyin hansı qişasını zədələyir ?
A) Miokard
B) Endokard
C) Sadalananların hamısını
D) Perikard
E) Zədələmir
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
225) Tənəffüsün səthi olması nə ilə səciyyələnir ?
A) Bronxların qısa olması
B) Bronxospazm
C) Yarımçıq doğulma
D) Ağciyər səthinin kiçik olması
E) Elastiki toxumanın az olması
Ədəbiyyat: Л.А.Исаева,Л.К.Баженова «Детские Болезни» Медицина 1986
Dostları ilə paylaş: |