Qeyri-ritmli tikinti axını, növləri və hesablanma üsulları
Qeyri-ritmli tikinti axını.
Bina və qurğunun və ya onların kompleksinin memarlıq-planlaşdırma və konstruktiv həllindən asılı olaraq həmişə bərabər əmək tutumlu tutaqlara bölmək olmur. Əmək tutumlarının fərqi 15-20%-dən çox olduqda briqadanın tərkibi dəyişmədiyindən xüsusi axınların tutaqlardakı ritmləri müxtəlif olur. Belə axına qeyri-ritmli tikinti axını deyilir.
Qeyri-ritmli tikinti axının növləri
Qeyri-ritmli tikinti axını iki növ olur.
Ritmi bircins dəyişən qeyri-ritmli tikinti axını. Belə tikinti axınında bütün xüsusi axınların eyni adlı tutaqlardakı ritmləri bir-birinə bərabər olur.
Ritmi qeyricins dəyişən qeyri-ritmli tikinti axını. Bu halda xüsusi axının tutaqlardakı ritmi müxtəlif olduğu kimi, bütün xüsusi axınların eyni adlı tutaqlardakı ritmləri də müxtəlif olur.
Ritmi bircins dəyişən qeyri-ritmli tikinti axını.
Ritmi bircins dəyişən qeyri-ritmli tikinti axını o vaxt təşkil etmək olar kı, tutaqların həndəsi ölçüləri müxtəlif, tutaqlardakı işlərin quruluşu isə eyni olsun. Onda bütün işlərin tutaqlardakı əmək və maşın tutumları bərabər olacaqdır. Məsələn, çox aşırımlı bir mərtəbəli sənaye və ya yaşayış binasının tikintisində tutaqlar əmək tutumuna görə qeyri-bərabərdirsə, təşkil olunan tikinti axını bircins dəyişən qeyri-ritmli tikinti axını olacaqdır.
Ritmi bircins dəyişən qeyri-ritmli tikinti axının tsikloqrammı
Ritmi qeyricins dəyişən qeyri-ritmli tikinti axını.
Axının bu növünü o vaxt təşkil etmək olar ki, tutaqlardakı işlərin quruluşu müxtəlif olsun. Məsələn. bir mərtəbəli sənaye binasında bir tutaqda fənər olur, o biri tutaqda fənər olmur və ya kranaltı tir bir tutaqda olur digərində olmur və s.
Həcmi planlaşdırma və konstruktiv həlli müxtəlif olan inzibati binanın tikintisindədə belə hala rast gəlmək olar.
Ritmi qeyricins dəyişən qeyri-ritmli tikinti axının tsikloqramması aşağıdakı kimidir.
Ritmi qeyricins dəyişən qeyri-ritmli tikinti axının tsikloqramması