TiKİŞ MƏmulatlari istehsalatinin texnoloji Əsaslari” FƏnnindən testləR (Qr. 31217a)



Yüklə 440,09 Kb.
səhifə1/2
tarix06.06.2018
ölçüsü440,09 Kb.
#52845
  1   2

TİKİŞ MƏMULATLARI İSTEHSALATININ TEXNOLOJİ ƏSASLARI” FƏNNINDƏN TESTLƏR (Qr.31217a)

İxtisas: “Coxişlənən malların texnologiyası mühəndisliyi”

Qeyd: Ttst tapşırıqlarında düzgün cavabların hamısı

A” variantlarında yerləşdirilmişlər.


1. Məişətdə istifadə edilən geyimlər, tikiş sənayesində qəbul edilmiş elmi təsnifa görə hansı sinfə aiddire.

A) məişət

B) formalı

C) idman


D) məişət, idman

E) məişət, formalı


2. İlmələrin uzunluğu hansı parametrlərlə təyin edilir.

A) Üst sapın «a» uzunluğu və üst interval «b» ilə

B) Üst sapın «a» uzunluğu ilə üst interval «b» -nin cəmi ilə

C) Üst hissədə yerləşən sapın «l» uzunluğu və materialın daxilindən yerləşən «d» uzunluğu ilə

D) Üst hissədə yerləşən sapın «l» uzunluğu ilə materialın daxilindən olan sapın uzunluğu «d» cəmi ilə

E) Üst hissədə ilmələr sayı «Kü» və alt hissədə yerləşən ilmələr sayı «Ka» ilə


3.Düz ilmələrlə yerinə-yetirilən əl ilmə xətlərini göstərin.

A) müvəqqəti birləşdirici, qeyd edici, qatlamaqla üstəngetmə, daxili qatlama, köçürmə

B) Kənarların bərkidilməsi, birləşdirici, qeyd edici

C) Hörülmə, köçürmə, müvəqqəti birləşdirici, bəxriyyə

D)çəp gizli, köçürmə, hörmələmə, çəp müvəqqəti, çəp daxili qatlama

E) haşiyələmə, kənar üstənqoyma, müvəqqəti üstəngetmə, qatlamaqla üstəngetmə, bəxriyyə


4.Hansı maşın tikiş növü sxemə uyğundur?

A) məkikli üstəngetməт ц1

B) məkikli gizli xətti

C) Zəncirvari hörmələyici ikisaplı

D) məkikli gizli ikixətli ziqzaq

E) zəncirvari gizli iki xətli ziqzaq


5.Ümumi təyinatlı tikiş maşınları, xüsusi təyinatlı tikiş aşınlarından nə ilə fərqlənir?

A) Müəyyən adda və təyinatda əməliyyatların yerinə yetirilməsi ilə

B) sap tikişlərinin növləri ilə

C) tikiş maşınlarının mexanizmləri ilə

D) Xətti və qeyri-xətti əməliyyatların yerinə yetirilməsi ilə

E) ilmənin və ilmə xətlərinin forma və strukturu ilə


6.Qaynaq tikişi üçün hansı geyim materiallarından istifadə edilir?

A) termoplastik materiallardan

B) təbii gön materiallarından

C) yapışdırılmış kompleks materiallarından

D) suya davamlı materiallardan

E) təbii ipək materiallarından




7.Kişi pencəyi istehsalı prosesində isti-nəm emalı əməliyyatlarının xüsusi çəkisi ümumi əməliyyatlar vaxtının neçə faizini təşkil edir?

A) 20  25 %

B) 30  35 %

C) 45  50 %

D) 5  10 %

E) 1  5 %


8.tikiş məmulatlarının hissələrinin formalaşdırılmasında isti-nəm emalın mərhələliyinin düzgün variantı hansıdır?

A) materialın formalanmaya hazırlanması, materialların formalanması alınmış formanın fiksasiyası

B) düzəldilmə, isitmə və soyutma

C) hissələrin formaəmələgətirici elementə yerləşdirilməsi, materialın deformasiyası, hissələrin nəmləndirilməsi və isidilməsi

D) materialların nəmləndirilməsi, materialların formalanması materialların soyudulması

E) materiallara istilik verilməsi, materiallara mexaniki qüvvə ilə təsir edilməsi, materialların formalandırılması

9.Precc avadanlıqlarında geyim hissələrinin formasında onlara təsir edən qüvvə sahəsi hansıdır?

A) Statik qüvvə sahəsində formalanma

B) yüksək tezlikli cərəyan sahəsində formalanma

C) çox yüksək tezlikli sahədə yormalanma

D) dinamik qüvvə sahəsində formalanma

E) qüvvə sahəsində formalanma



10.Pres avadanlıqlarında geyim hissələrinin formalanmasında qüvvə sahəsi hansıdır?

A) Statik qüvvə sahəsində formalanma

B) yüksək tezlikli cərəyan sahəsində formalanma

C) çox yüksək tezlikli sahədə yormalanma

D) dinamik qüvvə sahəsində formalanma

E) qüvvə sahəsində formalanma


11.Ütülmə preslərində hidravlik sistemdən hansı məqsəd üçün istifadə edilir?

A) yastıqları hərəkətə gətirmək üçün

B) ütüləyici yastığı qızdırmaq üçün

C) istilik sistemini təmizləmək üçün

D) materialları hərəkətə gətirmək üçün

E) presin yerini dəyişmək üçün


12. Əgər məmulatın növbəlik buraxılış sayı 450 ədəd, texnoloji prosesləri həyata keçirən fəhlələrin sayı 50 nəfər isə bir fəhləyə düşən məhsuldarlıq nə qədər olar?

A) 9ədəd


B) 15 ədəd

C) 90 ədəd

D) 18 ədəd

E) 50 ədəd


13. Geyimlərin hissələrinin və düyünlərinin emal və yığılma üsullarının inifikasiyası nəyi nəzərdə tutur?

A) geyim hissələrinin və düyünlərinin emalının qeyri standart üsullarının işlənməsini

B) geyim hissələrinin emalı və yığılması üsullarının kütləvi istehsal prosesinə tətbiq edilməsini

C) geyim hissələrinin emalının və yığılmasının emal üsullarının seçilməsi

D) geyim hissələrinin və düyünlərinin emal üsullarının rasional variantlarının seçilməsini

E) kompüter qrafikası ilə geyim hissələrinin və düyünlərinin emal və yığılma üsullarının işlənməsini


14. Trikotaj məmulatlarının hissələrinin birləşdirilməsində hansı növ maşın ilməsi istifadə edilir?

A) zəncirvari ilmələrdən

B) məkik ilmələrindən

C) duz ilmələrindən

D) çəp ilmələrindən

E) ilgəkvari ilmələrdən


15. «Xüsusi geyim» termini nəyi ifadə edir?

A) kompüter qrafikası ilə geyim hissələrinin və düyünlərinin emal və yığılma üsullarının işlənməsini

B) iki və ya daha artıq hiccədən ibarət geyimi

C) müxtəlif işləri yerinə yetirmək üçün geyimi

D) gündəlik geyim üçün dəyişəkləri

E) ev və dincəlmək üçün geyimləri


16. Kişi üst köynəklərinin hazırlanma vaxtı 0,41 saat təşkil edir. Bu vaxtın 0,29 saatı maşın əməliyyatlarının payına düşərsə axının mexanikləşdirmə əmsalını hesablayın.

A) 0,71


B) 0,62

C) 0,15


D) 0,85

E) 1,0
17. Ciddi ritmli axınları necə adlandırırlar?

A) konveyerli axınlar

B) konveyersiz axınlar

C) sinxron axınlar

D) birfasonlu axınlar

E) çox çeşidli axınlar
18. Dövrü məmulat istehsalı zamanı çoxçeşidli axınlarda fasonların buraxılma ardıcıllığı A-B-C –dir. Günlük buraxılışda bu fasonların faizlə istehsal həcmini təyin edin.

A) hər biri təqribən 33 % həcmində

B) «A» fasonu – 20 %, «B» və «C» fasonları hər biri 40 %

C) hər biri 25% həcmində

D) «A» və «B» fasonlarının hər biri 30 %, «C» fasonu 40 %

E) hər biri 40 % həcmində


19. Dövrü məmulat buraxılışı zamanı çoxçeşidli axınlarda fasonların buraxılma ardıcıllığı A-B-B-C dir. Günlük buraxılışında bu fasonların faizlə istehsal həcmini təyin edin

A) «A» və «C» fasonları hərəsi 25 %, «B» fasonu 50 % həcmində

B) «A» fasonu 20%, «B» fasonu 20 %, «C» fasonu 60 % həcmində

C) hər biri 25 % həcmində

D) «A» fasonu 25 %, «B» fasonu 30 %, «C» fasonu 45 % həcmində

E) hər biri təqribən 33 % həcmində


20. Tikiş məmulatı istehsal edən axın xəttinin orta taktı hansı formula ilə təyin edilir?

A)

B)

C)

D)

E)


21. Əgər tikiş sexində istehsal edilən kişi üst köynəyinin hazırlanma vaxtı Th=0,5 saat və iş növbəsində fəhlələrin faktiki sayı Nf=30 nəfər isə sexdəki axının orta taktını hesablayın.

A) 60san


B) 600 san

C) 1,7 san

D) 30 san

E) 0,017 san

22. Məmulatların hazırlanma ardıcıllığı cədvəlində aşağıdakılardan hansı yoxdur.

A) Təşkilatı əməliyyatların adları

B) Bölünməz əməliyyatlrın adları

C) ixtisas

D) işin dərəcəsi

E) bölünməz əməliyyatların sıra nömrələri

23 . Kişi paltosu istehsal edən axında məmulatın hazırlanma müddəti Th=2,61 saat, axında fəhlələrin növbədəki faktiki sayı Nf = 60 nəfər, axının orta taktının or= 161,6 saniyə olduğunu bilərək təşkilatı əməliyyatların uzlaşma əmsalını hesablayın. A) 1,0
B) 1,5

C) 0,8


D) 2,0

E) 0,1


24. Geyim məmulatı üçün ülgü dəsinin sahəsinin təyin edilmə üsuluna aid deyildir:

A) kəsmə üsulu

B) çəki üsulu

C) həndəsi üsul

D) konbinə edilmiş üsul

E) mexaniki üsul

25. Hazırlıq sexində parçaların müvəqqəti saxlanma sahəsinin SM.S.S.= 60 m2 olduğunu və ölçmə-nəzarət avadanlıqlarının sahələri cəminin Sav=20 m2 olduğunu bilərək, ölçmə-nəzarət zonasının sahəsini (avadanlıqların yerləşdirilməsində sahədən səmərəli istifadə etmə əmsalı =0,5) hesablayın.

A) 100 m2

B) 70 m2

C) 60 m2

D) 35 m2

E) 45 m2

26. Parçaların sərilməsində fərdi sifarişləri yerinə yetirmək üçün hansı sərilmə üsulu tətbiq edilir.

A) parçanın eni üzrə yarıdan qatlama üsulu

B) üzü aşağı səpilmə üsulu

C) uzununa qatlama üsulu ilə sərilmə üsulu

D) üzü yuxarı sərilmə üsulu

E) üz-üzə sərilmə üsulu


27..Geyimlərin elmi təsnifatına gürə aşağılardan hansı düzgün siniflərdir.

A) məişət, istehsalat

B) formalı, ziyafət

C) məişət, istehlak

D) idman, istehsalat

E) məişət, formalı

28. Asağıdakı tikiş mövü hansı maşın tikişidir?

A) İkisaplı məkik.

B) İkisaplı zəncirş.т ц1

C) Ikisapli ziqzaq.

D) Gizli tikiş.

E) Haşiyyə tikişi.

29.Bir baş valdan hərəkət alan, bir necə mexanizmi sinxron işləyən avadanlıq necə adlanır?

A) Maşın.

B) Pres.

C) Apparat.

D) Konveyer.

E) Avtomobil.

30. Aşağıdakı hansı standart anlayış «texniki şərt»i müəyyən edir?

A) Geyimlərin keyfiyyətinə qoyulan əsas tələbatların izzahat yazısı

B) Geyim hissələrinin texniki hazırlanması

C) Hazır məmulatların ölçülərindən buraxıla bilən əyinti cədvəli

D) Tikiş məmulatlarının hazırlanmasında axınların texniki-iqtisadi göstəriciləri.

E) Məmulatların keyfiyyətinə qoyulan istismar tələbatlarının izzahat yazısı


31. Tikiş məmulatının hər hansı bir detalının eninə uzunluğu L=36 sm, bu detalın biçilməsində kənara çıxmanın mütləq qiyməti d= 1,8 sm buraxıla bilinən həddi olduğunu bilərək, eninə istiqamətdə əriş saplarının biçimdə buraxıla bilinən həddinin faizlə qiymətini hesablayın.

A) 5 %


B) 10 %

C) 20 %


D) 3 %

E) 1 %


32. Əgər, m=5 ədəd – 1 sm düşən ilmə sayı; L=1 sm ilmə xəttinin uzunluğu; Q= 16 H – sapa düşən maksimal yük;  = 0,8 – düzləndirici əmsal olduğu məlumdursa, üstənqoyma tikişin möhkəmliyini hesablayın.

A) 64 H


B) 80 H

C)100 H


D) 74 H

E)12,8 H


.
33. Üstəngetmə tikişlərin eninə istiqamətdə möhkəmliyini yoxlamaq üçün zolaqvari parça nümunələrinin ölçülərini göstərin:

A) 200 x 50 mm

B) 450 x 100 mm

C) 250 x 50 mm

D) 400 x 50 mm

E) 500 x 100 mm

34. Maşın iynəsinin iynəgəzdirici mexanizminə bərkidilən hissəsi necə adlandırılır?

A) Kolba


B) Sterjin

C) Qanov


D) Bel

E) Ucluq
35. Parçadan tikiş məmulatı detalını maşın tikişi ilə tikərkən iynənin materialı ümumi deşmə sayı 1200 olduğunu və bu saydan 120 ədədində iynənin parçanı zədələdiyini bilərək, iynənin parçanı zədələmə tezliyini faizlə hesablayın.

A) 10 %

B) 20 %


C) 15 %

D) 25 %


E)5 %

36. Məkik tərtibatı 1022 M sinif tikiş maşınında neçə hissədən ibarətdir.

A) 8

B) 5


C) 2

D) 10


E) 4
37. Maşın iynələrinin standartı hansı «DÜIST» lə müəyyən edilir?

A) DÜIST 22249 – 82 E

B) DÜIST 24245 - 65

C) DÜIST 2626 -81

D) DÜİST 22222-75

E) DÜIST 26260 - 82


38. Iynədə uzun qanovun funksiyası

A) materialla sap arasında sürtünməni azaltmaq

B) ilmə əmələ gətirmə

C) iynə sapının qırılmasının qarşısını almaq

D) iynəyə möhkəmlik verilməsi

E) iynənin çıxışının azaldılması


39. Iynənin tiyə hissəsinin diametrini, iynənin nömrəsinə görə «N» hansı formuladan hesablayırlar?

A) d = N / 100


B) d = N / 50

C) d = N / 10

D) d = N / 90

E) d = N / 75


40. Iynənin kolba hissəsi tikiş maşınında hansı hissəyə bərkidilir?

A) iynəgəzdirici mexanizmin sonuna

B) maşının baş valına

C) sürtgüqolunun sonuna

D) sapdartıcı mexanizminə

E) məkik mexanizminə


41. Universal tikiş maşınlarında baş valda hərəkətin ötürülməsi üsulu hansıdır?

A) elektromexaniki ötürmə

B) əl ilə ötürmə

C) ayaq ilə ötürmə

D) pnevmatik ötürmə

E) hidravlik ötürmə


42. Ziqzaq tikişli maşınlarda iynə mexanizmi ziqzaq hərəkətini haradan alır?

A) üçmərkəzli yumrüqdan

B) çarx qolundan

C) kopir diskindən

D) baş valın sonluğundan

E) məkik mexanizmindən


43. Ümumi təyinatlı tikiş maşınları, xüsusi təyinatlı tikiş mşınlarından nə ilə fərqlənir?

A) Müəyyən adda və təyinatda əməliyyatların yerinə yetirilməsi ilə

B) sap tikişlərinin növləri ilə

C) tikiş maşınlarının mexanizmləri ilə

D) Xətti və qeyri-xətti əməliyyatların yerinə yetirilməsi ilə

E) ilmənin və ilmə xətlərinin forma və strukturu ilə


44. Geyimlərin kütləvi istehsalında birləşdirici tikişləri yerinə yetirən maşınların texniki xüsusiyyətlərinə ümumən nələr daxildir?

A) təyinatı və texnoloji parametrləri

B) birləşdirici tikiş maşınlarının təyinatı və tətbiqi

C) texniki məlumatlar və ilmədə sapların toxunmaları

D) texnoloji əməliyyatların yerinə yetirilmə üsulları

E)texnoloji şərtlərə görə müxtəlif ilmə xətlərinin yerinə yetirilməsi


45. Materialların yapışdırılma möhkəmliyinin faktoru kimi «aytoqeziya» nəyi ifadə edir?

A) bircins materialların kontaktında öz-özünə yapışma xüsusiyyətini

B) yapışqanın, yapışdırıcı materiala əlaqəsini

C) yapışqanın hissəcikləri arasında qarşılıqlı ilişkənlik qüvvəsini

D) yapışqanın və yapışdırılan materialın molekulları arasında qarşılıqlı diffuziyanı

E) yapışdırma səthi ilə yapışqan maddəsi arasında qüvvəni


46. Geyim hissələrinin yapışdırılmasında ən vacib keyfiyyət göstəricisini göstərin

A) nəmlik, elastiklik, qısalma

B) möhkəmlik, sərtlik, dartılmada sürüşmə

C) istilik müqaviməti, möhkəmlik, sukeçirmə

D) əyilmə, əzilmə, uzanma

E) əbədilik, sürtünmədən dağılma, elektriklənmə


47. Aşağıdakılardan hansı sənaye sahəsi “yüngül sənaye” sahəsidir:

A) tikiş sənayesi;

B) maşınqayirma sənayesi;

C) kimya sənayesi;

D) eloktrotexnika sənayesi;

E) metallurgiya sənayesi;


48. Aşağıdakılardan hansı xassələr gigienik xassə göstəriciləridir:

1-hiqroskopiklik, 2-möhkəmlik, 3-hava keçirmə, 4- sürtünmədən dağılma,

5-istilik müqaviməti, 6-sərtlik.

A) 1,3,5.

B) 2,4,6.

C) 1,6.


D) 2,3,6.

E) 4,5,6.


49. Gigienik xassə göstəricisi olan hava keşirmə əmsalı aşağıdakı hansı formula ilə hesablanır:

A) Hk =

B) K=

C) H =

D)H =

E) R =


50. Hansı ifadə geyimlərin estetik xassə istiqamətini göstərir.

A) müasir moda istiqamətli olması;

B) möhkəm toxunuşlu olması;

C) iri naxışlı olması;

D) gözəl görnüşlü olması;

E) kişik naxışlı olması;


51. Aşağıdakılardan hansı istiqamət müasir moda istiqaməti deyil.

A) XVII əsr milli moda istiqaməti ;

B) Afrika moda istiqaməti ;

C) Asiya moda istiqaməti ;

D) Cənubi Amerika moda istiqaməti ;

E) Avropa moda istiqaməti ;


52. Geyimlər hansı əlamətinə görə təsnif edilir.

A) təyinatına;

B) görnüşünə;

C) qiymətinə;

D) növünə;

E) şuxluğuna;


53. Geyimlərin elmi təsnifatına görə məişət geyimləri sinfi neçə yarımsinifə bölünür?

A) 6


B) 3

C) 10


D) 14

E) 2
54. Kütləvi istehsalda sifarişlərin növü hansıdır?

A) ticarət sifarişi

B) ənənəvi sifariş

C) fərdi sifariş

D) məsləhətli sifariş

E) sərfəli sifariş
55. Geyim istehsalında, əsasən neçə istehsal sahələri olması məqsədəuyğundur?

A) üç


B) bir

C) on


D) iyirmi

E) otuz
56. Fərdi istehsalın mahiyyətini aşağıdakılardan hansı cümlə daha dolğun ifadə edir?

A) fərdi sifariş əsasında məmulat istehsalı

B) kütləvi olaraq məmulat istehsalı

C) keyfiyyətli məmulat istehsalı

D) ənənəvi məmulat istehsalı

E) sərfəli məmulat istehsalı
57. Hazırlıq sexində qəbuledici-açıcı bölmədə bir fəhləyə düşən sahə norması (“Sn”) neçə metr kvadratı qəbul edilir?

A) dörd

B) on

C) üç


D) beş

E) on beş


58. Hazırlıq sexində parçaların müvəqqəti saxlanması üçün nələrdən istifadə edilir?

A) stellajlardan,elevatorlardan

B) qutulardan, bükümlərdən

C) paddonlardan, podnuslardan

D) kisələrdən, örtüklərdən

E) qablardan, çənlərdən


59. Hazırlıq sexində üst parçaların ölçüləri və keyfiyyəti hansı avadanlıqlarla müəyyən edilir?

A) RS-4B, BPM-2, MPB-160

B) RM-30, TS-300, TS-500

C) RM-250, TPP, U-24, ETV-0.5

D) RT-250, TE-911, TŞP-82

E) TE5-911, TŞP-82, EP-0601


60. Hazırlıq sexində parçaların stellajsız, və ya elevatorsuz saxlanmada, onların stapelləşdirilmə hündürlüyü maksimal nə qədər olmalıdır?

A) bir metr yarım (1.5 m)

B) bir metr (10 m)

C) yarım metr (0.5 m)

D) üç metr (3 m)

E) beş metr (5 m)


61. Hazırlıq sexində açıcı-qəbuledici bölmədə fəhlələrin faktiki sayı aşağıdakı hansı formula ilə hesblanır?

A)

B)

C)

D)

E)


62. Hazırlıq sexində açıcı-qəbuledici bölmədə bir fəhləyə düşən sahə norması Sn=4m2, fəhlələrin faktiki sayını Nf=5 nəfər olduğunu bilərək bu bölmə üçün ümumi sahə nə qədər olar?

A) 20m2

B) 15m2

C) 5m2

D) 30m2

E) 40m2


63. Aşağıdakılardan hansı əməliyyat biçim istehsalatına aid deyildir?

A) ülgulərin hazırlanması

B) sərilmənin yoxlanması

C) sərilmənin səyyar maşınlarla kəsilməsi

D) parçaların sərilməsi

E) hissələrin stasionar maşınla hamarlanması


64. Biçim istehsalatında bir sərilmə stolunun ölçüləri 1.5 x 3 metr, biçim üçün stolların sayının nst=11 ədəd və sahədən səmərəli istifadə əmsalının ηf=0.5 olduğunu bilərək, biçim istehsalat sahəsini hesblayın.

A) 99 m2

B) 100 m2

C) 81 m2

D) 111 m2

E) 291m2


65. Biçim istehsalatında parçaların sərilməsi əl ilə aparılır. Bu zaman bir səricinin növbəlik istehsal norması 1200 metr, müəssisənin günlük parça sərfiyyatı 20000 metr və iki növbəli iş rejiminin olduğunu bilərək sərici fəhlələrin faktiki sayı neçə nəfərdir?

A) 8 nəfər

B) 8.1 nəfər

C) 18 nəfər

D) 18.2 nəfər

E) 20 nəfər


66. Biçim istehsalatında bir stosionar kəsici maşının sahəsi 4.48m2-dır.Hesablamalara görə müəssisəyə növbə ərzində beş(5) ədəd stosionar kəsici maşın tələb edilirsə, biçim sexində stosionar maşınlarda biçim hissələrinin kəsilməsi üçün istehsalat sahəni hesablayın.(sahədən səmərəli istifadə əmsalı ηF=0.7 qəbul edilmişdir)

A) 32 m2

B) 15.68m2

C) 45m2

D) 150m2

E) 64m2


67. Biçim hissələrinə talon tikilməsi yaxud nömrə yazılmasına hansı zərurət vardır.?

A) Hissələrin müxtəlif rəng çalarlarında və ölçü-uzunluqlarının qarışıq tikilməsinin qarşısının alınması zərurəti

B) Hissələri dəyişik salmamaq zərurəti

C) Hissələrin tam olaraq biçilməsini yoxlamaq zərurəti

D) Hissələrin sayını bilmək zərurəti

E) Hissələrin itməsi ehtimalı zərurəti


68. Biçim üçün növbədə istifadə ediləcək nt = 22 ədəd, hər birində iki ülgü dəsti yerləşdirilmiş (Külgü = 2) kağiz trafaretlər hazırlanmışdır. Əgər məmulatların biçilməsi üçün sərilmə hündürlüyünün nh = 40 ədəd olduğunu biləriksə, növbədə neçə ədəd məmulat biçiləcəyini hesablayın. Qeyd: Müəsisə iki növbəli iş rejimində işləyir (Knöv = 2).

A) ədəd

B) ədəd

C) ədəd

D) ədəd

E) ədəd


69. Sınaq sexində modelçi –dizaynerlərin sayı aşağıdakılardan hansı formula ilə hesablanır?

A)

B) ,

C) ,

D) ,

E) .


70. Yüngül sənaye məmulatı istehsalında konstruktorun vəzifəsi hansıdır?

A) Məmulat modeli ücün əsasın konstruksiyasını qurmaq

B) Məmulatın ülgülərini hazırlamaq

C) Məmulat hissələrinin şəkillərini çəkmək

D) Məmulatların eskizlərini qurmaq

71.Texnoloji hesabatın bəzi parametrləri aşağıdakılardan hansılardır?

A) İstehsal gücü, fəhlələrin sayı, avadanlıqların sayı, istehsalat sahəsinin hesabatı

B) İstehsalın gücü, avadanlıqların növü, enerji mənbələrinin növü və sayı

C) Avadanlıqların məhsuldarlığı, anbarların ölçüləri, məmulat tutumu.

D) Əmək tutumu , avadanlıq tutumu, məmulat tutumu

E) fəhlələrin hesabi sayı istehsalat binasının forma və ölçüləri, texnoloqların sayı
72. Aşağıdakı avadanlıq markalarından hansı Rusiya istehsalı olub, ülğülərin sahəsini avtomatik müəyyən edən fotoelektron maşındır?

A) “İL”


B) “OZLM-1022s”

C) “PMZ”-97 s

D) “RM-30”

E) “ZENİT”


73. Sahəsi S0 =400sm2, çəkisi M0=7qr olan düzbucaqlı kağız üzərinə üstənqoyma cibin ülgüsü elə yerləşdirilmişdirki, onun daha kiçik sahəli düzbucaqlıya yerləşdirmək mnümkün olmur. Ülgü izi boyu kağız parçası kəsilərək kağız ülgünün çəkisi Mül=6.2qr təyin edilmiçdir. Üstənqoyma cib ülgüsünün çəki üsulu ilə sahəsini (Sül) hansıdır?

A) 354.30 sm2

B) 706.60 sm2

C) 176.65 sm3

D) 415.50 sm3

E) 400.0 sm3


74. Kağız trafaret üzərinə bir komplekt kişi üst köynəyinin 41 ölçüdə III uzunluqda ülgü dəsti yerləşdirilmişdir.Ülgülərin yerləşdirilmə sahəsi Sy=2.0 m2, ülgülərin fotoelektron maşınla müəyyən edilmiş cəm sahəsi Sül=1.9 m2 olmuşdur. Ülgülərarası və kənar itkilərin miqdarı neçə faizdir?

A) 5.0 %

B) 10.5 %

C) 20.0 %

D) 1.0 %

E) 0.5 %
75. Sınaq sexində bir məmulat modeli 5 ölçüdə və 3 uzunluqda istehsal edilir və hər bir ölçü-uzunluq üçün 5 komplekt ülgü hazırlanırsa, bir məmulat modeli üçün ülgü dəslərinin ümumi sayını hesablayın.

A) Q = P∙l∙b = 5∙3∙5 = 75 komplekt

B) Q = P∙b = 5∙5 = 25 komplekt

C) Q = P∙l / b = 5∙3 / 5 = 3 komplekt

D) Q = P∙l / b∙knövbə = 5∙3/5∙2 = 1.5 komplekt

E) Q = P∙b / l = 5∙5/3 = 8.3≈8.5 komplekt

76. Yüngül sənaye müəssisələrində kollektivin (fəhlə və qulluqçuların) 70%-ə qədərini qadınlar təşkil edir. Xəstəliklə əlaqədar illik işəçıxmamanın miqdarı (E-üzürlü səbəbdən işəçıxmama əmsalıdır) R-iş vaxtının illik fondunun neçə faizini təşkil edir?

A) 9%, E = 0.9

B) 15%, E = 1.5

C) 20%, E = 2.0

D) 12%, E = 1.2

E) 5%, E = 0.5
77. Sınaq sexində yerləşdirilmiş bütün avadanlıqların, stolların və digər istehsalat üçün zəruri vasitələrin ümumi sahəsi Fvasitə=500m2 olduğu məlumdur. Sahədən səmərəli istifadə əmsalı ηF=0.4 olduğunu bilərək sınaq sexinin ümumi sahəsini tapın.

A) Fsınaq∙S = 1250m2

B) Fsınaq∙S = 200m2

C) Fsınaq∙S = 2000m2

D) Fsınaq∙S = 2500m2

E) Fsınaq∙S = 500m2


78. Gün ərzində müəssisədə kişi üst köynəyi istehsalı üçün istifadə edilən parçaların orta eni Een=1.2m, müəssisədə günlük məmulat buraxılışı Mgün=1500 ədəd və bir məmulata sərf edilən (orta hesabla orta ölçü və uzunluqda) parça sərfiyyatının fund norması Hn=1.8m2 olduğu məlumdur. Müəssisənin günlük parçaya təlabatını hesablayın. Qeyd: Müəssisə ikinövbəli iş rejimində işləyir (Knöv=2).

A) Lgün = Mgün∙Hn/ Een = 2250 metr

B) Lgün = Mgün∙Hn∙ Een = 3240 metr

C) Lgün = Mgün∙ Een / Hn = 1000 metr

D) Lgün = Hn∙ Een ∙Mgün/ Knöv =1620 metr

E) Lgün = Mgün∙ Knöv∙Hn/ Een = 5333 metr


79. Axınların növlərindən hansı ciddi rejimli axındır?

A) konveyerli axınlar

B) aqreqat-qruplu axınlar

C) aqreqat axınlar

D) qarışıq axınlar

E) kombinə edilmiş axınlar


80. Tikiş sexində aşağıdakılardan hansı texnoloji əməliyyatlara aid deyildir?

A) biçim əməliyyatları (B)

B) xüsusi maşın əməliyyatları (X/M)

C) əl əməliyyatları (Ə)

D) Press əməliyyatları (P)

E) maşın əməliyyatları (M)

81. Axının ilkin hesabatında aşağıdakılardan hansılarının təyini zəruridir?

1) axının orta taktının; 2) axınların növünün; 3) axınin dövrü taktının; 4) axında avadanlıqların markaları, 5) axında fəhlələrin faktiki sayının; 6) axının ritminin; 7) axının mexanikləşdirmə əmsalının.

A) 1,3,5

B) 1,2,7


C) 2,4,6

D) 2,6,7


E) 3,4,7
82. Əmək bölgü cədvəli yüngül sənaye məmulatı istehsalında nəyi xarakterizə edir?

A) əməyin təşkilatı əməliyyatlar və ixtisaslar üzrə orta takta müvafiq fəhlələr arasında bölgüsünü

B) əməyin təmərküzləşməsini

C) əməyin mərkəzləşdirilmiş qiymətləndirilməsini

D) əməyin avadanlıqlar arasında bölgüsünü və tutumunun yekun göstəricisinin hesablanmasıni

E) əməyin təşkili prinsiplərinə uyğun qiymətləndirilməsini.


83. Kişi pencəyi istehsal edən axının orta taktı τor = 60 saniyə, növbənin davamiyyətinin Tn∙d = 8.2 saat(28800san.) olduğunu bilərək, axında növbəlik məhsul buraxılışının həcmini naturada hesablayın.

A) Mb = 480 ədəd

B) Mb = 484 ədəd

C) Mb = 500 ədəd

D) Mb = 246 ədəd

E) Mb = 646 ədəd


84. Axında bir məmulat istehsalı üzrə (kişi üst köynəyi) sərf edilən ümumi vaxt Th∙v=0.51 saat, axında yalnız maşın və pres əməliyyatlarına sərf edilən vaxt isə Tav=0.38 saat olduğunu bilərək, axının mexanikləşdirmə əmsalını (Kmex) tapın.

A) Kmex = 0.75

B) Kmex = 0.36

C) Kmex = 1.34

D) Kmex = 0.19

E) Kmex = 1.10


85. Yeniyetmə oğlanlar üçün pencək istehsal edən axında bir məmulatın istehsalına sərf edilən ümumi vaxt Tüm=1.7 saat, axında əl işlərinə sərf edilən vaxt isə Təl=0.38 saat olduğunu bilərək, axının mexanikləşdirmə əmsalını (Kmex) tapın.

A) Kmex≈ 0.78

B) Kmex≈ 0.22

C) Kmex≈ 4.45

D) Kmex≈ 1.38

E) Kmex≈ 2.22


86. Qadın paltosu istehsal edən axının növbədəki məmulat buraxılışı Mb=250 ədəd və ildəki iş günlərinin miqdarının nil=244 gün olduğunu bilərək, axının illik məmulat buraxılışını (Mil=?) hesablayın. Qeyd: Müəssisə iki növbəli iş rejimində işləyir. (Knöv=2).

A) Mil= 122000 ədəd

B) Mil= 61000 ədəd

C) Mil= 100000 ədəd

D) Mil= 50000 ədəd

E) Mil= 244000 ədəd


87. Konveyerli axında kişilər üçün palto istehsalında axının orta taktı τor=100 saniyyə olmuşdur. İki əməliyyat arasındakı məsafə, yəni işçilərə yarımfabrikatın çatdırılma məsafəsi 1 metr olduğunu bilərək konveyr lentinin hərəkət sürətini hesablayın.

A) υkon= 1 sm/san

B) υkon= 100 sm/san

C) υkon= 50 sm/san

D) υkon= 500 sm/san

E) υkon= 5 sm/san


88. Axınların məmulat istehsalı prosesində seksiyalara bölünməsində məqsəd nədir?

A) əmək məhsuldarlığının yüksəldilməsi, istehsalda keyfiyyətin yaxşılaşdırılması, əməyin briqada formasının tətbiqi,

B) axınlarda əməliyyatlar arasında əməyin səmimiləşməsinə nail olunması,

C) axınların ritminin seksiyalarla dəyişdirilməsi, axınların hissələrə bölünməsi,

D) axınlarda proseslərin (əməliyyatların) biri-birinə qarışmaması,

E) əməyin səmimi , mədsədl və maraql olmasına nail olunması.


89. Hazırlıq seksiyasında hansı işlər aparılır?

A) Məmulatın ayrı-ayrı hissələri hazırlanır. Məsələn: ciblər, qollar, yaxalıq və s.

B) Parçalar tikiş sexində biçimə hazırlanır

C) Hazırlıq işləri, yəni məmulat hissələri bütün tikişçilər arasında paylanılır

D) Məmulat hissələri biri-birinə birləşdirilir

E) Məmulat anbara təhvil verilməsi üçün hazırlanır. Məsələn: istehsalat zibilllərindən təmizlənir.


90. Yığım seksiyasında hansı işlər aparılır?

A) Məmulatın hazır olan ayrı-ayrı hissələri ətək üzərinə yığılır,yəni hissələr birləşdirilərək məmulat hazırlanır

B) Məmulatın hissələri ayrı-ayrılıqda yığılır (hazırlanır) və komplektləşdirilir.

C) Məmulatın hissələri yığılaraq, ayrı-ayrılıqda bağlanır və bütövlükdə komplektləşdirilir.

D) Məmulatın hissələri vahid bir paddona yaxud daşıyıcı arabacıqlara yığılır

E) Məmulat qablaşdırılaraq, anbarlara yığılır.


91. Bəzək-bəxriyyə seksiyasında hansı işlər aparılır?

A) Məmulatın ilgəklərinin açılması, düymələrinin tikilməsi, bəzək tikişlərinin və elementlərinin vurulması, ütülməsi, təmizlənməsi və qablaşdırılması,

B) Məmulatın hissələrini bəzək tikişləri ilə biri-birinə birləşdirilməsi,

C) Məmulatın biçilməsində onun hissələrinə bəzək vurulması,

D) Məmulat manikenlərə geydirilərək bəzədilməsi,

E) Məmulatın kiçik hissələrinin böyük hissələrə birləşdirilməsi, formalanması ilə ona müəyyən fəza formasının verilməsi.


92. Tikiş sexində işçi yerlərinin mühəndis təminatına daxildir;

A) avadanlıqlar, işçi alətləri, texniki şərtlər, texniki təhlükəsizlik alətləri və digər vasitələr.

B) iş vasitələri, yarimfabrikatlar.

C) avadanlıqların siyahısı, markaları, eskizləri.

D) işçilərin geyimləri, digər şəxsi əşyaları.

E) sexdəki bütün avadanlıq və qurgular, texniki şərtlərin bütün əməliyyatlar üçün toplusu, bütün texniki təhlükəsizlik qurğuları və digər ləvazimatlar.


93. Geyim hissələri aşağıdakılardan hansı üsulla birləşdirilir?

A) sap birləşməsi üsulu

B) qarmaq birləşməsi üsulu

C) düymə birləşməsi üsulu

D) molniya birləşmə üsulu

E) mıxla birləşmə üsulu


94. Tipik texnoloji hesabatla layihələndirilmiş fəaliyyətdə olan hazırlıq sexinin sahəsi Füm=150m2-dır. Sexdə bir işçiyə düşən istehsalat sahəsinin S=5m2 olduğunu bilərək, sexdəki fəhlələrin gündəki sayını tapın. Qeyd: Hazırlıq sexi iki növbəli iş rejimində işləyir. (Knöv=2)

A) Nf= nəfər

B) Nf= F∙S∙ Knöv=1500 nəfər

C) Nf= nəfər

D) Nf= nəfər

E) Nf= nəfər


95. Konveyerli axınların dövrü takti tdövrü=(0.95-1.05) ∙or formulası ilə təyin edilir. Maksimal və minimal taktın hədləri (max=?, min=?) hansı formulalarla hesablanır?

A) max=1.05∙or ; min=0.95∙or

B) max=F/S; min=S/F

C) max=R/M; min=T/Nf

D) max=0.95∙or ; min=1.05∙or

E) max=ormin ; min=ormax


96. Aqreqat qruplu axınlarda dövrü takt tdövrü=(0.90-1.15)∙ or formulası ilə təyin edilir. Maksimal və minimal taktın hədləri (max=?, min=?) hansı formulalarla hesablanır?
A) max= 1.15∙or ; min=0.9∙or

B) max= R/M ; min=T/ Nt

C) max=0.9∙or ; min=1.15∙or

D) max= M/R ; min=Nt/T

E) max=or ∙ Knöv ; min=or ∙2∙ Knöv
97. Axında bir məmulat vahidi üzrə əmək tutumu T=2.0 saat, axının orta taktı or=72 saniyə və axında fəhlələrin faktiki sayının Nt=100 nəfər olduğunu bilərək axının yüklənmə əmsalını (Ky=?) hesablayın.

A) Ky=1;

B) Ky= 100;

C) Ky= 0.5;

D) Ky=10;

E) Ky=0.


98. Aşağıdakı axınların növlərindən hansı sərbəst ritmli axındır?

A) aqreqat-qruplu axınlar,

B) güclü axınlar,

C) orta axınlar,

D) görkəmli axınlar,

E) konveyerli axınlar.


99. Kağız trafaret üzərinə bir komplekt qadın donunun 52 ölçüdə III uzunluqda ülgü dəsi yerləşdirilmişdir. Ülgülərin yerləşdirilmə sahəsi Sy=4.0 m2, ülgülərin fotoelektron maşınla müəyyən edilmiş cəm sahəsi Sül=3.75 m2 olmuşdur. Ülgülərarası və kənar itkilərin miqdarını hesablayın.

A) 6.25 %

B) 12.5 %

C) 3.12 %

D) 10.0 %

E) 52.3 %


100. Axında işçi yerlərinin addım məsafəsi, yəni iki işçi yeri arasındakı məsafə la=0.8 metr, axında fəhlələrin layihə sayı Nl=30 nəfər və sahənin istifadə əmsalı f=1.15 olarsa bu axının uzunluğunu hesablayın.

A) Laxın= 27.6 metr

B) Laxın= 20.85 metr

C) Laxın= 43.125 metr

D) Laxın= 41.7 metr

E) Laxın= 30 metr

101.Uşaqlar üçün olan xəz- kürk məmulatları hansı ölçülərdə buraxılır?


  1. 32-42

  2. 50-60

  3. 70-72

  4. 44-46

  5. 74-78

102.Kişilər və qadınlar üçün olan xəz məmulatları neçə uzunluq ölçüsündə tikilir?



  1. 1-3

  2. 11-20

  3. 10-40

  4. 10-50

  5. 10-60

103. Toxuculuq saplarının və liflərinin xətti sıxlığı (qalınlıq xarakteristikası) nə ilə ölcülür.

A) Tekslə

B) Metrlə

C) Kiloqramla

D) Kilometrlə

E) Qramla
104. Sadə toxunmalar sinfinə aşağıdakılardan hansılar aiddir.

A) Polotno, sarja, atlas-sətin toxunmaları

B) Jakkard toxunmaları

C) İri naxışlı toxunmalar

D) Kombinə edilmış toxunmalar

E) Xırda naxışlı toxunmalar


105. Xırda naxışlı toxunmalar hansılardır.

A) Krep, diaqonal, naxışlı toxunmalar.

B) Atlas toxunmaları

C) Sətin toxunmaları

D) İri naxışlı toxunma

E) Polotno toxunmaları


106. Pambıq parçalar nə üçün bişirilmə əməliyyatından keçirilir.

A) Təbii və mexaniki qarışıqları, şlixt maddəsinin qalığını təmizləmək üçün.

B)Gigenik xassələrin yaxşılaşdırmaq üçün

C) İstismar müddətini artırmaq üçün

D)Estetik xassəsini yaxşılaşdırmaq üçün

E) Möhkəm olması üçün

107. Pambıq parçanı ağartmaqda məqsəd nədir.

A)Lifin rəngini yox edib parçanı ağ rəngə salmaq.

B) Fiziki xassələrini yaxşılaşdırmaq

C) Parçanın qısalmasının qarşısını almaq

D)İstismar müddətin artırmaq

E) Parçanın möhkəmliyini artırmaq


108. Pambıq parçaları bəzi növlərini nə üçün merserizasiya əməliyyatından keçirirlər.

A) Pambıq parçaların xarici görnüşünü və fiziki mexaniki xassələrini yaxşılaşdırmaq üçün

B) Parçanın istismar müddətin artırmaq üçün

C) Parçanı mexaniki qarışıqlardan təmizləmək üçün

D) Parçada şlixt maddəsini yox etmək üçün

E) Parçanın qısalmasının qarşısını almaq üçün


109. Kətan parçanın bəzək əməliyyatının əsasını nə təşkil edir.

A).Bişirmə və ağartma

B)Naxışlanam

C) Ütmə


D)Tiftikləşdirmə

E) Boyama


110. Yun parçaların yuyulmasında əsas məqsəd nədən ibarətdir.

A) Parçada olan qarışıqları ayırmaq və gələcək əməliyyatları hazırlıq görmək

B) Parçanın qısalmasının qarşısını almaq

C) Parcada şlixt maddəsin yox etmək

D) Parçanın istismar müddətini artırmaq

E) Gigenik xassələri yaxşılaşdırmaq


111. Xalis yun parça nə vaxtı karbonizasiya əməliyyatından keçirilir.

A). Parçanı sellüloza qarışığından mexaniki yolla təmizləmək mümkün olmadıqda.

B) Ağardıldıqdan sonra

C) Döymə prosesindən sonra

D) Yuyulduqdan sonra

E) Bişirildikdən sonra


112. İpək xam parcalar üçün ütülmə nə vaxt tətbiq edilir.

A). Üst səthi tiftikli olan ipkə xam parçalar üçün.

B) Bişirilməsindən sonra

C) Canlandırılmasından sonra

D) Ağırlaşdırılmasından sonra

E) Ağardilmış xam ipək parçalar üçün


113. Təbii ipək parçalar necə təmizlənir.

A). Təbii ipək parçalar 90-95 ° S temperaturda bir üç saat müddətində sabunlu məhlulda bişirməklə təmizlənir.

B) Bişirdikdən sonra təmizlənir

C) Ütülməklə təmizlənir

D) Ağırlaşdırılmaqla təmizlənir

E) Yuyulmaqla təmizlənir


114. Saya boyanmış parçalar hansı parçalar adlanır.

A) Boyama zamanı toxuculuq materiallarının bütün sahəsi boyanarsa.

B) Bişirilməklə boyanmış parçalar

C) Ağırlaşdırılmaqla boyanmış parçalar

D) Ütülməklə boyammış parçalar

E) Yuyulmaqla boyanmış parçalar


115. Parçaların boyanması dedikdə nə başa düşülür.

A)Boyaq maddələrindən istifadə etməklə, onların təbii rənginin dəyişilməsi.

B) Parçaların karbonizasiyası

C) Parçaların bəzəndirilməsi

D) Parçaların ağardılması

E) Parçaların bişirilməsi


116. Pambıq parçaların yekun bəzək əməliyatlarında spirtləmədə məqsəd nədir.

A) Parça yuyulan zaman parçada qalan çirkləri təmizləmək və ona yüngül ağlıq vermkdir..

B) Parçanın bişirilməsini sürət etdirmək

C) Parçaların bəzəndirilməsini yaxşılaşdırmaq

D) Parçaların ütülənməsində yaxşılaşdımaq

E) Parçada olan qoxunu aradan götürmək


117. Pambıq parçaların yekun bəzək əməliyyatlarında spitləmədə hansı məhlul istifadə edilir.

A) Hipoxlaridin zəif məhlulundan.

B) Kalsium xloriddən

C) Natrium xlordan

D) Maqnezium karbonatdan

E) Natrium hidroksiddən


118. Pambıq parçaların yekun bəzək əməliyyatlarında apretləmədə məqsəd nədir.

A) Parçaya müəyyən dərəcədə codluq, möhkəm quruluş, yüksək dərəcədə hamarlıq verilir.

B) Parçaların ütülməsini sürət etdirmək

C) Parçaların ağardılması yaxşılaşdırmaq

D) Parçalarda qalan çirklərin təmizləmək

E) Parçaların yuyulmasını yaxşılaşdırmaq


119. Pambıq parçaların yekun bəzək əməliyyatlarında apretləmə zamanı hansı maddələr tətbiq olunur.

A) Nişasta dektrin, nolivinil, asetat emulsiyası.

B) Maqnezium nitrat məhlulu

C) Natrium karbonat məhlulu

D) Kalsium hipoxlarid məhlulu

E) Kalsium xlor məhlulu


120. Pambıq parçaların yekun bəzək əməliyyatlarında apret maddələri parçanın kütləsinin neçə faizi qədərərini təşkil edə bilər.

A) 3-10 %-ə qədərini.

B) 50-52 %-ə qədərini

C) 30-40 %-ə qədərini

D) 20-25 %-ə qədərini

E) 40-45 %-ə qədərini


121. Toxuculuq mateiallarının istehlak xassələrinə təsir edən ilk amil nədir.

A) Onların istehsalında tətbiq edilən liflər.

B) Parçaların ağardılması

C) Parçaların apretlənməsi

D) Parçaların istehsalında tətbiq edilən saplar

E) Parçanın toxunma növləri


122. Parçanın quruluşunda əsas element nə sayılır.

A) İplik.

B) Toxunma

C) Sexlik

D) Parçanın xassələri

E) Lif
123. Parçaların qruluşunun təyinində ən çox hansı göstəricilər böyük əhəmiyyət kəsb edir.

A) Qalınlıq, burulma, quraşdırılma.

B) Sapın möhkəmliyi

C) Parçaların eni

D) Parçaların uzunluğu

E) Sapın uzunluğu
124. Parçaların sıxlığı dedikdə nə başa düşülür?

A) Parçanın 100 mm sahəsində yerləşən sapların sayı.

B) Parçanın qırılması

C) Parçanın xassələri

D) Parçanın tərkibi

E) Toxunma şəkli


125. Parçalara xas olan xassələr özünü nə zaman göstərir.

A) İstismar zamanı.

B) Bişirilmə zamanı

C) Ağardılma zamanı

D) Apretlənməsi zamanı

E) Toxunma zamanı


126. Parçaların xassələrı nədən ibarətdir.

A) Elifllərin xassələrindən, parçaların quruluşundan, emal üsulundan.

B) Parçaların sıxlığından

C) Parçaların tərkibindən

D) Parçaların bəzək əşyalarından

E) Toxunma növlərindən


127. Parçaların təyinatı nə ilə müəyyən edilir.

A) Parçaların xassələri ilə.

B) Parçaların sıxlığı ilə

C) Parçaların boyanması ilə

D) Parçaların tərkibi ilə

E) Parçaların quruluşu ilə


128. Parçaların xidmət müddəti nə ilə təyon edilir.

A) Müxtəlif təsirlərə qarşı göstərdiyi müqavimətlə.

B) Parçanın quruluşu ilə

C) Parçaların sıxlığı ilə

D) Parçanın toxunma növü ilə

E) Parçaların boyanması ilə


129. Parçaların xidmət müddəti nədən aslıdır.

A) Lif tərkibindən, parçanın quruluş və xassələrindən, istismar şəraitindən.

B) Parçaların boyanmasından

C) Parçaların bəzək əməliyyatlarından

D) Parçaların ağardılmasından

E) Parça toxunmalrın növlərindən


130. Parçaların keyfiyyətinin qiymətləndirilməsi zamanı hansı göstərici böyük əhəmiyyət kəsb edir.

A) Dartılmada qırılma yükü və ya möhkəmlik göstərici.

B) Bioloji göstərici

C) Parçaların sıxlıq göstərici

D) İpliyin burulma göstərici

E) Fiziki göstərici


131. Parçaların sürtünməyə qarşı davamlılığı nədən asılıdır.

A) Tətbiq edilən lifin və ipliyin növü, toxunma quruluşu, sıxlığı, səthinin xarakteri

B) Parçanın bəzək əməliyyatı

C) Parçanın ağardılması

D) Parçanın dartılmaya qarşı müqaviməti

E) Parçanın boyanması


132. Parçaların mikro orqanizmlərin təsirindən dağılması hansı allər sırasına daxil edilir.

A). Bioloji amillər.

B) Kimyəvi amillər

C) Mexaniki amillər

D) Ekoloji amillər

E) Fiziki amillər


133. Parçada hansı liflər mikroorqanizmlər tərəfindən dağılmaya məruz qalır.

A) Təbii yun və ipək liflər

B) Asetat lifləri

C) Viskos lifləri

D) Kapron lifləri

E) Sintetik liflər.


134. Parçaların keyfiyyətinin qiymətləndirilməsi zamanı ən əhəmiyyətli xassələr hasıdır.

A) Gigiyenik xassələri.

B) Parçaların saxtaya davamlığı

C) Parçaların günəşdən qorunması

D) Parçaların rənglənməsi

E) Parçaların istilik kecirilməsi


135. Parçaların gigiyenik xassələri hansı amillərdən aslıdır.

A) Lif tərkibindən, parçaların quruluşundan.

B) Parçaların sıxlığından

C) Parçaların bəzəndirilməsindən

D) Parçaların yuyulmasından

E) Parçanın möhkəmliyindən


136. Yüksək hiqroskopik xassələrə malik parçalar hansılardır?

A) Təbii liflərdən hazırlanmış parçalar.

B) Lavsan liflərdən hazırlanmış parçaar

C) Xlorin liflərdən hazırlanmış parçalar

D) Üç asebat liflərdən hazırlanmış parçalar

E) Kapron liflərdən hazırlanmış parçalar


137. Az hiqroskopliyə malik parçalar hansılardır?

A) Sintetik liflərdən olan parçalar.

B) Xalis ipək parçalar

C) Xalis yun parçalar

D) Xalis kətan parçalar

E) Təbii liflərdən olan parçalar


138. Parçanın buxar keçirməsi nə ilə xarakterizə olunur.

A) 1 saat ərzində 1sm² sahəsi olan parçadan keçən çuxarın midarı ilə.

B) 1sm² sahəsi olan parçadan keçən suyun midarı ilə

C) 1sm² sahəsi olan parçadan keçən suyun midarı ilə

D) 1m² sahəsi olan parçadan keçən suyun midarı ilə

E) 2 saat ərzində parçadan keçən suyun midarı ilə


139. Parçaların elektrik xassəsinə hansı xassələr daxildir.

A) Ekektirikləşmə və dielektrik xassələri.

B) Toz keçirmə xassəsi

C) İstilik keçirmə xassəsi

D) Buxar keçirmə xassəsi

E) Hava keçirmə xassəsi


140. Parçaların estetik xassələrinə nələr aitdir.

A) Parçaların rəng tərtibatı, parlaqlığı, drapirləməsi, forma sabitliyi, elastikliyi.

B) Parçaların su udması

C) Parçaların hava keçirməsi

D) Parçaların ekektirikləşməsi

E) Parçaların buxar keçirməsi


141. Parçanın fakturasını nə təyin edir.

A) Parçanın lif tərkibi, quruluş xüsusiyyətləri.

B) Parçanın su çəkməsi

C) Parçanın hava keçirməsi

D) Parçanın istilik keçirməsi

E) Parçanın hiqroskopliyi


142. Əzilməy davamlılıq parçanın hansı xassəsinə təsir edən göstərici sayılır.

A) Parçanın xarici görnüşünə və estetik xassəsinə.

B) Parçanın toxunma növünə

C) Parçanın sıxlığına

D) Parçanın hiqroskopliyinə

E) Parçanın rənginə


143. Parçaların texnoloji xassələri dedikdə nə başa düşülür.

A) Parçalardan məmulat hazırlayarkən müxtəlif tikiş və digər əməliyyatlara məruz qala bilmə qabiliyyəti.

B) Parçaların fakturası

C) Parçaların codluğu

D) Parçaların hiqroskopliyi

E) Parçaların rəng tərtibatı, parlaqlığı, şəffavlığı


144. Parçaların çeşidi xarakteristikası asılıdır

A) Xammalın tərkibindən, emal üsulundan, qruluşundan və bəzəmə xüsusiyyətlərindən.

B) Parçaların parlaqlığından

C) Parçaların şəffavlığından

D) Parçaların istilik keçirməsindən

E) Parçaların havakeçirməsindən


145. Çit çeşidindən olan parçalar hansı toxunma növü ilə hazırlanır.

A) Polotno toxunmasi ilə.

B) Sətin toxunmasi ilə

C) Atlas toxunmasi ilə

D) Reps toxunmasi ilə

E) Sarja toxunmasi ilə


146. Səthin parçası hansı toxunma növü ilə hazırlanır.

A) Sətin toxunma növü ilə.

B) Sarja toxunma növü ilə

C) Raqoşqa toxunmasi ilə

D) Reps toxunmasi ilə

E) Polotno toxunma növü ilə


147. Kətan parçalar lif tərkibinə görə necə təsnifləşdirilir.

A) Kətan və yarım kətan.

B) Bişırılmış

C) Yarım ağardılmış

D) Ağardılmış

E) Basma naxişli


148. İpək parçaların az qısalması, əzilməsi və hidrofob olması üçün hansı xüsusi əməliyyat aparılır.

A) Boyama-bəzək əməliyyatları.

B) Bişirilmə əməliyyatı

C) Codlaşdırma əməliyyatı

D) Yuyulma əməliyyatı

E) Ağardılma əməliyyatı


149. Ipək parçalardan olan süfrə örtükləri ən çox hansı toxuma ilə hazırlanır?

A) Jakart toxunması ilə.

B) sarja toxunması ilə

C) səthin toxunması ilə

D) reps toxunması ilə

E) polto toxunması ilə


150. Toxunmayan materiallar necə əldə edilir?

A) Toxuculuq liflərinin toxunma əməliyyatı tətbiq edilmədən müxtəlif üsullarla birləşdirilməsindən.

B) əris və arğac sapların toxunmasından əmələ gəlir

C) sapların hörülməsindən əmələ gəlir

D) toxum dəzgahında əldə edilir

E) toxunma nəticəsində əldə edilir


151. Toxunmayan materialların təyinatına təsir göstərən amillər?

A) Alınma üsulları, bəzəndirilmə xüsusiyyətləri, formalaşdırılmış xassələr

B) İstilik saxlama

C) Boyanma

D) Elektrikləşmə və dielektrik

E) Hava keçirmə


152. Toxunmayan materialların istehsalının ümumi prinsipi hansılardır?

A) əsasın (xolstun) yaradılmasından, onun bitişdrilməsindən və bəzədilməsindən.

B) toxunmamış materialların formalaşdırılması

C) toxunmamış materialların toxunması,

D) toxunmamış materialların emalı

E) toxunmamış materialların alınma üsulları


153. Toxunmamış materiallarda əsasın bitişdirilməsi hansı üsulla yerinə yetirirlir?

A) fiziki – kimyəvi, mexaniki.

B) ekoloji

C) yapışdırma

D) birləşdirmə

E) bioloji


154. Parça mallarının keyfiyyəti əsasən harada formalaşır?

A) Istehsal prosesində.

B) boyanma prosesində

C) bəzəndirmə prosesində

D) ağardılma prosesində

E) istehlak prosesində


155. Toxuculuq mallarının keyfiyyətinə nəzarət dedikdə nə başa düşülür?

A) Parçaların keyfiyyət göstəricilərinin normativ – texniki sənədlərə uyğunluğunun yoxlanılması.

B) Parçaların keyfiyyətinin qiymətləndirilməsi

C) Parçaların istehlakşıya çatdırılması

D) Parçaların satışın təşkili

E) Parçaların istehsal keyfiyyətinin yüksəldilməsi


156. Toxuculuq malları keyfiyyət səviyyəsinin qiymətləndirilməsində hansı üsullardan istifadə olunur

A) Orqonoleptik, laaratoriya, ekspert-sorğu, sosioloji sorğu və təcrübədən keşirmə

B) Toxuculuq mallarının stimullaşdırılması

C) Toxuculuq mallarının keyfiyyətinin qiymətləndirilməsi

D) Arqonoloptik üsulla qiymətləndirmə

E) Toxuculuq mallarının keyfiyyətinə nəzarət


157. Parçaların bükülməsində əsas məqsəd nədir?

A) Parçaya forma verməklə, qablaşdırma və saxlanmasını təşkil etmək.

B) Parçaların istismar müddətini artırmaq

C) Parçaların estetik xassələrini saxlamaq

D) Parçaların gigiyenik xassələrini yaxşılaşdırmaq

E) Parçaların keyfiyyətini qoruyub saxlamaq


158. Toxusuluq mallarının qablaşdırması nəyə kömək edir.

A) Keyfiyyətin saxlanmasına.

B) Toxuçuluq malların daşınmasına

C) Toxuçuluq malların markalanmasına

D) Toxuçuluq malların hava keçirməsinə

E) Toxuçuluq malların bükülməsinə


159. Toxuçuluq mallarının markalanması nəyə kömək edir.

A) Toxuçuluq malları haqqında informariv məlumatların təsbitinə.

B) Toxuçuluq mallarının bükülməsinə

C) Toxuçuluq mallarının saxlanılmasına

D) Toxuçuluq mallarının qablaşdırılmasına

E) Toxuçuluq mallarının daşınmasına


160. Tyinatına görə tikili mallar hansı siniflərə bölünür?

A) Məişət, formmalı və xüsusi təyinatlı fəhlə geyimlərinə.

B) Kostyumluq paltarlar

C) Plaşlıq paltarlar

D) Palroluq paltarlar

E) Donluq paltarlar


161.XIX ərin sonunda (1900-cu ildə) Azərbaycanda işə başlamış ilk fabrika necə adlandırılır?

A) Əyrici-toxucu

B) Tikiş

C) Ayaqqabı

D) Pambıqtəmizləmə

E) Tütün
162. Yüngül sənayenin əsas sahələrinə aid deyil.

A) Ağac emalı

B) Tikiş


C) Tekstil

D) Ayaqqabı

E) Xəz
163.Aşağıdakılardan hansı hasilat sənayesinə aid deyil.

A) Yüngül sənaye

B) Qara metal filiz sənayesi

C) Əlvan metal filiz sənayesi

D) Daş kömür sənayesi

E) Dəniz malları sənayesi


164. Aşağıdakılardan hansı emal sənayesinə aid deyil.

A) Meşə istismarı sənayesi

B) Yüngül sənaye

C) Ağac emalı sənayesi

D) Yeyinti sənayesi

E) Maşınqayırma sənayesi


165.Əyrilmə sistemi aşağıdakılardan hansıdır?

A) Apparat sistemi

B) Əyrilmə sistemi

C) Toxunma sistemi

D) Hörülmə sistemi

E) Qurulma sistemi


166.İpliklər nələrdən təşkil edilmişlər?

A) Liflərdən

B) Saplardan

C) Metaldan

D) Tesmadan

E) Lentlərdən


167.Kard ipliyinin apparat ipliyindən əsas fərqi nədədir?

A) İpliklərin en kəsiklərində, hazırlanma texnologiyasında, lif tərkibində

B) İpliklərin uzunluqlarında, rənglərində, xarici quruluşlarında

C) İpliklərin kompleks sapdakı saylarında

D) İpliklərin kompleks sapdakı lif tərkibindən

E) İpliklərin kompleks sapdakı rənglərindən


168.Parça toxunma sinfi olan sadə (baş) toxunma növü deyil

A) Dolama toxunması

B) Saja toxunması

C) Atlas toxunması

D) Sətin toxunması

E) Polotno toxunması


169.Rapport nəyi xarakterizə edir?

A) Toxunma şəkilindəki sapların sayını

B) Toxunmanın sinfini

C) Toxunmanın növünü

D) Toxunmanmada iştirak edən sapların sayını

E) Toxinmada iştirak edən sapların xətti sıxlıqlarını


170.Parça toxunmalarında ərş spları hansı saplardır?

A) Parçanın uzunluğu boyu onun haşiyəsinə paralel yerləşən

B) Parçanın eni boyu onun haşiyəsinə perpendikulyar yerləşən

C) Parçanın quruluşunu müəyyən edən əsas saplardır

D) Parçanın formasını müəyyən edən əsas saplardır

E) Parçanın uzunluğu boyu yerləşən haşiyyəsini təşkil edən saplardır


171.Parçaların səthində yer alan nöqsanlar xarakterinə görə hansılardır?

A) Yerli və yayılmış

B) Səthi və həcmi

C) İri və xırda

D) Böyük və kiçik

E) Sadə və mürəkkəb


172.Toxucu dəzgahında “Zev” nəyə deyilir?

A) Əriş sapları arasından arğac sapı keçməsi üçün dəzgahın yaratdığı ara boşluğu

B) Əriş saplarını aşağı və yuxarı hərəkət etdirən plastina

C) Əriş saplarının keçdiyi həlqələrdir

D) Arğaç saplarının sarındığı şpul

E) Əriş və arğac saplarının sarındığı babinlər


173.Trikotajın toxunmaları əsasən iki yerə bölünür. Bunlar hansılardır?

A) Eninə və uzununa toxunmalar

B) Jakkard və dolama

C) Sadə və mürrəkkəb toxunmalar

D) İlmələnmə və cərgələnmə toxunmaları

E) Sərilmə və yığılma toxunmaları


174.Keçə hansı liflərdən alınır?

A) Yun


B) İpək

C) Kətan


D) Pambıq

E) Kapron


175.Sap ilə tikilməklə toxunmayan polotnolarının lif tərkibi hansıdır?

A) Qarışıq

B) İpək

C) Kətan


D) Yun

E) Kapron


176.İsidildikdə qismən əriməklə yapışdırılan toxunmayan polotnoların alınma üsulunda hansı liflərdən istifadə edilir?

A) Termoplastik

B) Süni

C) Populyar



D) Təbii

E) Kimyavi


177.Yapışqan üsulu ilə hazırlanan toxunmayan polotnolarda hansı yapışqanlardan istifadə edilir?

A) Sintetik

B) Təbii

C) Selliyozalı

D) Desmokol

E) Populyar


178.Heyvan dərisindən gön istehsalı azmanı dərinin hansı qatı saxlanılır?

A) Derma


B) Mezdra

C) Epidermis

D) Tük örtüyü

E) Dərialtı piy qatı


179.Aşağıdakılardan hansı dərinin konservləşdirilməsi üsulu deyil?

A) Yağlama ilə emal

B) Maye və quru duzla emal

C) γ şüalanma ilə emal

D) Soyuducularda soyutmaqla emal

E) Müəyyən şəraitdə qurudulma üsulu ilə emal


180.Gönün aşılanma üsulu deyil.

A) Xörək duzu ilə aşılanma

B) Sintanlarla aşılanma

C) Tanidlərlə aşılanma

D) Balıq yağları ilə aşılanma

E) Metal duzları ilə aşılanma


181.Gönün istehsalı proseslərində hazırlıq mərhələsində əsas hansı əsas əməliyyatlar yerinə yetirilir.

A) Dəri epidermis və mezdra qatlarından azad edilir

B) Dəri zibildən təmizlənir

C) Dəri üzərində aşılanma aparılır

D) Dərinin tük örtüyü qırxılır

E) Dəri əsasən yuyucu maddə ilə yuyulur


182. Ayaqqabı üstünün xarici detalları hansı funksiyanı yerinə yetirir?

A) ayağı xarici təsirlərdən qoruyur

B) ayaqqabının görünüşünü yaxşılaşdırır

C) ayaqqabının gigiyenik xassəsini yaxşılaşdırır

D) forma saxlama qabiliyyətini təmin edir

E) ayaqqabının istismar müddətini uzadır


183. Ayaqqabı üstünün daxili detalları hansı funksiyanı yerinə yetirir?

A) forma saxlama qabiliyyətini təmin edir

B) ayaqqabının istismar müddətini uzadır

C) ayaqqabının gigeyenik xassəsinni yaxşılaşdırır

D) ayağı xarici təsirlərdən qoruyur

E) ayaqqqabının görünüşünü yaxşılaşdırır


184. Ayaqqabı üstünün aralıq detalları hansı funksiyanı yerinə yetirir?

A) ayağı xaric təsirlərdən qoruyur

B) ayaqqabının istismar müddətinni uzadır

D) forma saxlama qabiliyyətini təin edir

C) ayaqqabının gigeyenik xassəsini yaxşılaşdırır

E) ayaqqabının görünüşünü yaxşılaşdırır


185. Ayaqqabı altının döşəmə detalı hansı funksiyanı yerinə yetirir?

A) ayağı xarici təsirlərdən qoruyur

B) ayaqqqabının istismar müddətini uzadır

C) forma saxlama qabilyyətini təmin edir

D) ayağın altına düşən təzyiqin (-)paylanmasının təmin edir

E) ayaqqabının görünüşünü təmin edir


186. Ayaqqabı altınının supenator detalı hansı funksiyanı yerinə yetirir?

A) ayağın altına düşən təzyiqin paylanmasınnı təmin edir

B) ayaqqabının gigeyenik xassəsini yaxşılaşdırır

C) forma saxlama qabiliyyətini təmin edir

D) ayaqqabının istismar müddətinin artırır

E) ayağın alt izinin formasının saxlanmasına şərait yaradır

187. Ayaqqabı üstünün burunaltı detalı hansı funksiyanı yerinə yetirir?

A) ayaqqabının ön hissəsinin forma saxlama qaqbiliyyətini təmin edir

B) ayaqqabının istismar müddətini artırır

C) ayağın altına düşən təzyiqin paylanmasını təmin edir

D) ayaqqabının gigiyenik xassəsini yaxşılaşdırır

E) ayağın görünüşünü təmin edir


188. Elmi-texniki tərəqqinin əsas vəzifəsi:

  1. ictimai istehsalın intensivləşdirilməsini və onun da əsasında səmərəliliyinin yüksəldilməsini təmin etməkdən

  2. ictimai istehsalı yeni texnika və texnologiya ilə təmin etməkdən

  3. sənaye müəssisələrində fondtutumu səviyyəsinin yüksəldilməsindən

  4. sənaye müəssisələrində fondtutumu və materialtutumu səviyyəsinin azaldılmasına nail olmaq, işçilərin əmək haqlarının artırılmasını stimullaşdılrmaqdan

  5. sənaye müəssisələrinin istehsal əsas fondlarının aktiv hissəsindən intensiv istifadəyə şərait yaratmaqdan ibarətdir

189. Yüngül sənaye özündə hansı yarımsahələri birləşdirir?



  1. tikiş, toxuculuq, xalçaçılıq, ayaqqabı və s.

  2. tikiş, maşınqayırma

  3. dəri, neft-kimya

  4. toxuculuq, tikiş və tikinti

  5. xalçaçılıq, maşınqayırma və tikiş və s.

190. Yüngül sənaye müüəssisələrində idarəetmə prosesinin mərhələləri hansı ardıcıllıqla müəyyən edilmişdir


Yüklə 440,09 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin