Tofiq Quliyev və Xalq Rəqsləri.
Fənn:Musiqi
Mövzu:Tofiq Quliyev vı Xalq Rəqsləri
Standart:
-
Azərbaycxan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların əsərlərinin oxşar və fərqli cəhətlərini müzakirə edir.
1.2.2.Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan və digər folklor musiqisindən isdifadəyə dair biliklərini şərh edir.
3.1.1.Mahnını birsəsli akapella(müşayiətsiz)oxuyur.
3.2.1.Mhnını birsəsli(solo)və xor tərkibində(ikisəsli)oxuyur.
Məqsəd:
1)Azərbaycan musiqi folkloru nümunələrinin bəstəkarların yaradıcılığına təsiri barədə münasibətini bildirir.
2)Mahnını birsəsli və xor tərkibində oxuyur.
İnteqrasiya:Ədəbiyyat,Həyat Bilgisi.
Dərsin Tipi:İnduktiv.
İş Forması:kollektiv və qruplarla iş.
İş Üsulu:Beyin həmləsi disskusiya ,venn diaqramı.
Resurslar:Dərslik,iş vərəqləri,not dəftəri,şəkillər,yapışqan,kompyuter,test tapşiriqları və s.
Motivasiya:
Şagirdlər <> xalq rəqsinin təranələri altında sinfə daxil olurlar. bu rəqsin adını söylənilir.
Dərsin Gedişi:
Görkəmli Azərbaycan bəstəkarı T.Quliyevin həyat və yaradıcılığ yolu haqqında qısa məlumat verilir,bəstəkarın yaradıcılığında əsas yer tutan musiqi janrları haqqında fikir söylənilir.Tofiq Quliyevin eyni zamanda çoxlu sayda Azərbaycan xalq rəqslərini fortopiano aləti üçün işlədiyini də çagirdlərə bildirilir.
Tədqiqat Sualı:
T.Quliyevin <> rəqsi əvvəlcə orkestrin,sonra isə məşhur pionoçu F.Bədəlbəylinin ifasında səsləndirilir və belə tədqiqat sualı ilə şagirdlərə müraciət olunur.Dinlədiyiniz bu iki musiqi nümunəsi arasında hansı oxşar və fərqli cəhətlər vardır?Bunun üçün oxşar və fərqli cəhətləri qeyd etməklə bərabər,həmçinin Venn diaqramından da isdifadə edilir.
Tədqiatın Aparılması:
Bu sualı araşdırmaq üçün tapşırıqlar yerinə yetirməliyik.
Qruplarla İş:
1-ci qrup:Turacı
Tapşırıq 1:T.Quliyevin fortepiano üçün işlədiyi rəqslərinin adları çəkilir,rəqslərə uyğun şəkil çəkilir,
Tapşırıq 2: kompozisiya hazırlanır.
2-ci qrup: Qaytağı
Tapşırıq 1:Dinlədiyi rəqsin ritmini tutur
Tapşırıq 2:Kinofilmlərə yazdığı rəqslərdən obrazları yaradır
3-cü qrup:Dörd dost
Tapşırıq 1:Tofik Quliyev haqqında fikirlər söylənilir
Tapşırıq 2:Rəqslərdən bir parça notla ifa olunur.
İnformasiya Mübadiləsi:
Qqaytağı Azərbaycan xalq rəqsinin melodiysından bir parça notla ifa edilir.Hər bir xalqın yaradıcılığında rəqslərin olması,ətrafında fikir mübadiləsində şagirdlərin diqqətinə müxtəlif xalqların rəqsləri haqqında məlumat çatdırılır.
İnformasiya Müzakirəsi:
Qaytağı rəqsinin xarakteri haqqında fikirlər söylənilir.
Nəticə:
Belə bir nəticəyə gəlinir ki,Azərbaycan xalqının zəngin musiqi mədəniyyətində,digər musiqi janrları ilə bərabər,eyni zamanda rəqslər də olmuşdur.
Yaradıcı Tətbiqetmə:
T.Quliyevin dörd dost mahnısı,sözlər və notla ifa olunur.
-
No
|
Meyarlar
Qruplar
|
1
(zəif)
|
2
(orta)
|
3
(yaxşı)
|
4
(əla)
|
1.
|
Öz fikrini bildirir.
|
|
|
|
|
2.
|
Musiqi nümunələrini fərqləndirir.
|
|
|
|
|
3.
|
Mövzu ilə nəticə çıxardır.
|
|
|
|
|
4.
|
Təqdimat edir.
|
|
|
|
|
5.
|
Mahnının melodiyasını təmiz oxuyur.
|
|
|
|
|
6.
|
Rəqs edir musiqinin ritmini tutur.
|
|
|
|
|
Surə Mehdiyeva,
İsmayıllı şəhəri,İ.Həsənov adına
1saylı tam orta məktəbin Musiqi
müəllimi.
Dostları ilə paylaş: |