SƏHRA FIRTINASI DA İLAHİ NİŞANƏLƏRDƏN İDİ
Amerika hava qüvvələrinə mənsub olan bir neçə bombardmançı qırıcı təyyarənin Təbəs səhrasında fırtınaya düşüb məhv olmasını hamı eşidib. Bu hadisəni hansı zahiri tərəfə yozmaq olar? Dünyanın ən böyük qüdrəti, ən müasir və modern texnikaları uzun müddətli hazırlıqdan sonra bu səhrada baş verən tufan nəticəsində məhv olur. (Bu təyyarələr gecə ikən qəfildən İrana hücuma keçərək bu ölkə rəhbərliyini terror etmək məqsədi güdürdü. Lakin səhra fırtınası nəticəsində bu təyyarələr bir-birləri ilə toqquşaraq dəhşətli şəkildə məhv oldular. Red.)
Allah-Təala Əbabil vasitəsi ilə Fil əshabının başına gətirdiyi hadisəni, tufan vasitəsilə bu qoşunun da başına gətirdi. İranda baş verən bu hadisədən Allahın haqq olduğu məlum olmurmur? İlahinin qeybi qüdrəti həmişə öz işini görür.
Həmçinin İraqın bizimlə etdiyi müharibəni də misal çəkmək olar. Məsələnin zahiri budur ki, İraq qoşunları hegemon qüdrətlərin fitnəsi ilə islam inqilabından sonra İrana hücuma keçərək bu ölkəni bir həftə ərzində məğlub etmək istəyirdi. Bunun üçün həqiqətən də lazımı qüdrət və arxayınlıqları var idi. Sözsüz ki, arxayın olmasaydılar belə bir işə qol qoymazdılar. Amma artıq dünyanın bütün qüdrətlərinin və qonşu dövlətlərin onlara kömək etməklərinə baxmayaraq, əllərindən bir şey gəlmir. Cəbhəyə gedib-gələn qardaşlar mənim üçün nəql edirlər ki, bizim islam qoşunumuza köməklik edən yalnız Allahın qeybi qüdrətidir. Bu həmin qüdrətdir ki, inqilab zamanı İran millətini boş əllə pəhləvi rejimi üzərində qələbəyə çatdırmışdı.
Dostları ilə paylaş: |