CAVANLARIN BİRDƏN-BİRƏ DƏYİŞMƏSİ ALLAHIN AYƏLƏRİNDƏNDİR Bu millətin birdən-birə dəyişməsi, xüsusən də cavanların dinə marağı doğuran da Allahın böyük nişanələrindəndir. Bundan əvvəlki dövrlərdə 50-60 yaşlı adamlarda baş verməyən dəyişikliklər, bu dövrdə 20 yaşdan aşağı olan cavanlarda baş vermişdir. Şəhvətin ən yüksək dərəcədə olan cavan bütün dünya ləzzətlərinə arxa çevirib, şəhadət arzusuyla, top və güllələrin yağış kimi yağdığı cəbhəyə gedir. Bu sirri başa düşmək istəyirsinizsə, təfəkkür edin. Görəsən kim bu cavanların ruhiyyəsini dəyişdirdi? Birdən-birə nə oldu ki, bu insanlar özlərini İmam Xomeyniyə (r.ə) fəda etdilər? Onların ruhiyyələrinin tez bir zamanda dəyişməsi və İmama bu qədər məhəbbət bəsləmələri sözsüz ki, Allah tərəfindəndir. Fitrətri pak olan insanlar həmişə belədir. İmam da öz növbəsində dini rəhbər olaraq onların ruhundakı Allah verdiyi pak fitrəti daha da oyatdı. Cavanlarda olan bu ruhiyyə və dəyişiklik yalnız və yalnız Allahın lütf və iradəsi sayəsindədir.