ON BEŞİNCİ DƏRS
PƏRVƏRDİGARA! SƏN NƏ VAXT GİZLİ OLMUSAN Kİ, SƏNİ TAPMAQDAN ÖTRÜ DƏLİL VƏ SÜBUTA EHTİYAC OLSUN
Tövhiddən ötrü gətirilən əqli dəlillər asandır, amma kifayət deyil. İnsan çalışıb şühud mərhələsinə çatmalıdır ki, onun üçün heç bir şəkk və şübhə qalmasın. O, bu məqamda Allahın müstəqil bir varlıq və bütün məxluqların mənşəyi olduğunu dərk edəcəkdir. Bu mərtəbənin məkanı məkanı yalnız qəlbdir ki, şühud oradan hasil olur.
Bu məqamda olan şəxs bütün işlərin həqiqətini dərk edir. Mərifət fəslində qeyd etdik ki, batini şühuda sahib olmaq istəsən, qəlbindəki bütün hicabları aradan aparıb məhəm-məhəmlik və xudpəsəndlik xəstəliklərindən təmizlənməlidir.
Tövhidin əqli dəlilləri lazımi şəkildə sübuta yetsə də, nə qədər ki, insan öz vücudunu müstəqil sayıb Allaha layiq olan şeyləri özü üçün hesab etsə, onun mütləq varlıq olan Pərvərdigarı dərk etməsi qeyri mümkündür.
Nəfsinin istəklərinə itaət edən kəs nə vaxt şühud mərhələsinə çata bilər? İnsan nəfsini paklamaqla, nəfspərəstlikdən uzaq olsa, yavaş-yavaş həqiqəti görəcəkdir. Bu surətdə Allahı tanıyıb, daxilindəki «mənəmliyin» boş xəyaldan başqa bir şey olmadığını başa düşəcəkdir. Amma bu xəyalı aradan aparmaq üçün zəhmət və nəfs ilə cihada ehtiyac vardır. Bu məqamda müvəffəq olan şəxsin qəlbi işıqlanaraq Allahın zühur etdiyi məkana çevrilir. Bütün məxluqların Allahdan olub və Ona tərəf də qayıdacaqlarını dərk edir. Ümid edirik ki, həqiqəti tapmaqda Allah-Təala bizə də kömək etsin.
Həzrət İmam Hüseyn (ə) Ərəfə duasında buyurur: «Pərvərdigara! Görəsən bu aləmdə Səndən başqa zühur edən varmı? Aləmdə olan bütün varlıqların mənşəyi Sənsən, İlahi! Sən nə vaxt gizli olmusan ki, Sənin var olmağın üçün sübuta ehtiyac olsun?»
Elə bir məxluq tapa bilərsinizmi ki, onun zühür və varlığı özündən olsun?
Aləmdə bütün mövcudların zühür mərkəzi yalnız Allahdır!
Dostları ilə paylaş: |