QƏYYUMİYYƏT HƏMİN RƏHMANİYYƏTDİR
Allahın məiyyətini qəyyumiyyəti (daim, davamlı surətdə, həmişə) bütün varlıqlarda vardır. Amma məiyyət-rəhimiyyəsi Allahın xüsusi bəndələrinə aiddir. Quran bu barədə buyurur: «Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!»1
Məiyyəti qəyyumiyyə olan rəhməti rəhmaniyyə bütün məxluqlara aiddir. İstər musəlman, kafir, fasiq və adil olsun, istərsə də heyvan, bitki və başqa varlıqlar olsun. (Məiyyəti-qəyyumiyyə yəni, varlıqlara vücud və davam bəxş etməsi; Məiyyəti-rəhmaniyyə yəni, davam rəhmət nəzəri altında olmaq; Red.)
Bütün varlıqların yaradılış və həyatlarının davamı yalnız Allaha bağlıdır.
Amma möminlər üçün Allahın xüsusi lütf və mərhəməti vardır. Allah onları bütün çətinliklərdə qoruyub, qələbəyə çatdırır. Allah həmişə Onun dininə köməklik edən kəslərlədir. Yəni Pərvərdigarın xüsusi rəhməti ancaq təqvalı olub, haqqa yaxınlaşan möminlərə aiddir.
Dostları ilə paylaş: |