BƏNDƏLƏR MÜSTƏHƏBBİ İŞLƏRIN BƏRƏKƏTİ İLƏ ALLAHA DAHA DA YAXINLAŞIR
Allaha yaxınlaşmağın özünün də dərəcə və məqamları vardır. Bizə məlum olduğu kimi, ibadətdə «qürbətən ilallah» «Allaha yaxınlaşmaqdan ötrü» deyilən zaman, burdakı yaxınlıq zamanı və məkan çərçivəsində deyilirdi.
Yaxınlıq məqamında bizimlə Peyğəmbər (s) və onun xalis tərfdarları arasında yerdən göyə qədər fərq vardır. Bu barədə aşağıdakı rəvayətə diqqət edin: «Bəndəm müstəhəbbi işlərin bərəkətiylə davamlı surətdə Mənə yaxınlaşaraq elə bir həddə çatır ki, Mən onun görən gözü, eşidən qulağı və verən əli oluram....»1
Adı fərdlər üçün bu məsələləri təsəvvür etmək belə çox çətindir. Bunlar sözlə deyiləsi deyil, bu məsələlərə malik olmaq lazımdır. Nəfsini paklamaq və qəlbinin hicablarını təmizləmək yoluna düşən şəxs elə bir məqama çata bilər ki, daim özünü Allahın hüzurunda görsün. Bu məqamdan da kecə bilsə, Pərvərdigarının ətrafında seyr edib, yaxşı işlərdə həmişə irəlidə olan qabaqcıllardan olar.
Allah eləsin biz bu məqamları arzu edənlərdən olaq. Əgər bir kəs ciddi şəkildə bu məqamlara çatmaq istəsə, Allah-Təala heç vaxt onu məhrum etməyəcəkdir. Ciddi istəməyin əlamətlərindən biri, bu mətləblərin ardınca getməkdir. Çünki Allah Quranda belə kəslərə vədə vermişdir: «Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq».2 Həmçinin rəvayətdə də belə kəslərə müjdə verilmişdir: «İxlası sevən kəs....»3
Maraqlı məsələlərdən biri də budur ki, rəvayətdə «ixlas edən» deyil, məhz «ixlası sevən» kəs buyurmuşdur. Əlbəttə «axtaran tapar» deyiblər. «Əgər bir qapını döysən, əvvəl-axır cavab alacaqsan».4
Pərvərdigara! Nəfsimizə qələbə çalmaqda bizə kömək et! İlahi! Bizi şühud aləmindən bəhrələndir.
ON ALTINCI DƏRS
Dostları ilə paylaş: |