NİYƏ «LA HOVLƏ VƏLA QUVVƏTƏ İLLA BİLLAH» DEMƏK, CƏNNƏTİN AÇARIDIR
Məsumlardan (ə) nəql olunan şərafətli hədisdə buyurulur: «La hovlə vəla quvvətə illa billah kəlməsi cənnətin açarıdır». Bunun mənası, tövhidi-sifatini tanıyandan sonra, bütün qüdrətləri Allaha nisbət verməkdir. Bu məsələni dərk edən şəxs üçün behişt qapıları açıqdır. Çünki Allahdan başqa heç bir kəsdən qorxmur və ümidi də yalnız Onadır. Bu məqama çatan adam bu ayənin mənasını daha yaxşı dərk edir: «Əgər Allah sənə bir sıxıntı versə, səni Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, heç kəs Ona mane ola bilməz. Çünki O, hər şeyə qadirdir!».1
Bəndə yavaş-yavaş «Riza» məqamına çataraq, heç bir məxluqun müstəqil qüdrətinin olmadığını başa düşür. Bütün qüdrətlərin ancaq Allahın izni ilə zühur etdiyini dərk edir. Bütün mövcudların qüdrət və fəaliyyəti yalnız Onun izn və istəyi ilədir.
«O, artıq heç bir məxluqdan qorxmur. Əgər qorxusu varsa, o da Pərvərdigarının əmrindən çıxıb, günah etdiyinə görədir».1 Belə insanların əsas qorxusu Allahın lütfündən uzaqlaşıb, Onun qəzəbinə düçar olmaqdadır.
«La hovlə vəla qüvvətə illa billah»ın həqiqətini dərk edən kəs mütləq onun mənasına şahid olub, yalnız Allaha təvəkkül edəcəkdir. «Əgər möminsinizsə, Allaha təvəkkül edin!»2
Əgər bütün qüdrət və izzətlərin yalnız Allaha aid olduğunu dərk etsəniz, artıq məxluqla işiniz olmayacaqdır.
Dostları ilə paylaş: |