TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


ALLAHDAN QEYRİSİNƏ SÖYKƏNMƏK NİFAQIN DƏRƏCƏLƏRİNDƏNDİR



Yüklə 346,4 Kb.
səhifə122/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   118   119   120   121   122   123   124   125   ...   252
ALLAHDAN QEYRİSİNƏ SÖYKƏNMƏK NİFAQIN DƏRƏCƏLƏRİNDƏNDİR
Allah-Təala Quranda buyurur: «Ya Məhəmməd (s)! Münafiqlərə xəbərdarlıq et ki, onlardan ötrü axirətdə şiddətli əzab var».3

«O münafiqlər ki, möminləri qoyub kafirləri dost tutmuşlar. İzzət və qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, izzət və qüdrət tamamilə Allaha məxsusdur!»4

Kafirlərin qüdrətinə arxalananlar nə müsəlman, nə də mömindirlər. Bəlkə münafiqdirlər. Onlar xəyal edirlər ki, Amerika və Avropa qüdətlidir və onların bütün istəklərini yerinə yetirməyə qadirdir. Küfrə söykənənlər islamdan bəhrələnə bilməyəcəklər. Bu nifaqın əlamətlərindəndir. Belə adamların dil və qəlbi hər gün bir rəngə düşür. Qəlbləri dilləri ilə uyğun gəlmir, diləri «La ilahə illəllah, təvəkkəltü ələllah», «La hövlə vəla qüvvətə illa billah» dediyi halda qəlbləri «təvəkkəltu əla Amerika» yəni, Amerikaya təvəkkül etdim, deyir.

Hər kim Allahdan başqasına ümid bağlasa ki, filankəs mənim işimi düzəldəcəkdir, şübhəsiz həmin kəslər münafiq və müşrikdirlər. Öz çətinliklərini həll etməkdə Allahdan başqasını qadir bildiklərinə görə müşrik hesab olunurlar.

«Biharul-ənvar»ın şirk fəslində belə bir hədis vardır. «Əgər filankəs olmasaydı, mən həlak olardım». İmam (ə) bunun şirk olduğunu qeyd edir. Ravi dedi: Bəs necə deməli idi? İmam (ə) buyurdu: «Əgər Allah-Təala filankəsin vasitəsilə mənə mərhəmət etməsəydi, mütləq həlak olardım».

Vay olsun o kəsə ki, əsl Şəfa verəndən qafil olub, həkim və dərmanı müstəqil şəfa verən hesab edir.

Elm və qüdrəti yalnız Allaha nisbət vermək lazımdır. İnsan bu mətləbləri əqlin nuru ilə başa düşüb qəlbin nuru ilə inanmalıdır. Əqlin nuru ilə, qüdrətli hesab etdiyi hər bir məxluqa diqqət etsin, onların qüdrətlərinin nə dərəcədə və haradan olduğu barədə fikirləşsin. Görəsən onların elm və qüdrətləri özlərindəndir və ya başqa yerdən?

Hər bir varlıq haqqında düşünəndən sonra, onların başdan ayağa Allaha möhtac olduqlarını dərk edəcəkdir. Məsələn, əvvəldə nütfə olan insana Allah qüdrət verməsə, onun əlindən heç bir şey gəlməz.



Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin