TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


SƏNƏTKARLARIN SƏNƏTLƏRİ DƏ ONDANDIR



Yüklə 346,4 Kb.
səhifə123/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   119   120   121   122   123   124   125   126   ...   252
SƏNƏTKARLARIN SƏNƏTLƏRİ DƏ ONDANDIR
Qüdrətli bir şəxsin yanına öz çətinliyini həll etməyə gedən adamlar niyyətlərini xalis saxlamalı, qəflət və ya cəvalətlə özünü müşriklik dərəcəsinə çatdırmamalıdır. Çünki Allah istəməsə onun əlindən heç bir şey gəlməz.

Görəsən bir kəs öz ölümünü bir an gecikdirə bilərmi? Deməli hər bir qüdrət və elm hamısı Ondandır. Oxumaqla əldə olunan elm və sənətkarların sənəti də Ondandır.

Sənətkar nə vaxt sənətkar olub?

Bu sənətkarlığı onun əti, dərisi və zehni düzəldib? Bir halda ki, illərlə çəkilən zəhmət və fikirdən sonra Allah onun hafizəsini əlindən alsa, onun əlindən bir şey gəlməyəcəkdir.

Allah-Təala buyurur: «Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!»1
Əli (ə) bu barədə buyurur: «Hər bir şeyi görəndə, Allahı ondan qabaq, ondan sonra və onunla birlikdə gördüm».2 Əli (ə) hər bir mövcudu görəndə, Allahın qüdrətini də onunla birlikdə görür.

Bəşər, ona verilən elmin vasitəsiylə min milyon kilometrlərlə uzaqda olan ulduzları öyrənir. Görəsən bu elm və idrak ona nə vaxt verilib? Bu məlumatları necə əldə edib və elektrik cərəyanını nə vaxt bəşərin ixtiyarında qoyubdur? Bütün bu elm və qüdrəti əldə edib müxtəlif şeyləri kəşf etmək, hamısı Allahın izni ilədir. Qeyd etdiyimiz kimi, əgər Allahın icazəsi olmasa, nütfə və bir parça torpaq heç bir şeyə qadir deyildir. «Töhidi-sifatini» paklanandan və hicablar aradan gedəndən sonra öyrənmək lazımdır. Çünki bu anda «La hövlə vəla qüvvətə illa billah»-ın həqiqətən də cənnətin açarı olduğunu dərk etmək olar.

Əgər insan həqiqətən də müvəhhid «təkallahlı» olsa, xoşbəxtlik və qəlb razılığı əldə edə bilər. Bütün ümidini Allaha bağlayıb, məxluqlardan kamil surətdə ehtiyatsız olar. Bu zaman keçmişin fəqirlik və kiriftarçılığından artıq qorxu olmaz.

Quran Allahın övliyaları barəsində buyurur: «Bilin ki Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər».1 Çünki bütün həqiqətlər onlar üçün açılaraq, Allahın mütləq şəkildə «hər bir şeydən ehtiyacsız» olduğunu dərk etmişlər. Allah bir kəsə ehtiyacsızlıq və izzət versə, sözsüz ki, o iman əhli olacaqdır. İzzət və qüdrəti Allahdan başqasında axtaranlar yalnız münafiqlərdir. Onlar elə xəyal edirlər ki, məxluqun əlindən bir iş gələ bilər. Quran münafiqlər barəsində buyurur: «Onlar: Əgər biz (Bəni-müstəliq vuruşundan) Mədinəyə qayıtsaq, ən güclülər, ən şərəflilər (münafiqlər) ən zəifləri, ən həqirləri (Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar! deyirlər. Halbuki şərəf-şan da, qüvvət və qəlbə də yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər bunu bilməzlər!»2



Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin