TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


SULTAN VƏ HAKİMLƏRİ TƏRİF EDƏNLƏRİN AĞIZLARINA TORPAQ TÖKÜN



Yüklə 346,4 Kb.
səhifə129/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   125   126   127   128   129   130   131   132   ...   252
SULTAN VƏ HAKİMLƏRİ TƏRİF EDƏNLƏRİN AĞIZLARINA TORPAQ TÖKÜN
Əvvəlki söhbətlərimizdə qeyd etdik ki, məxluqun müstəqil surətdə etdiyi həmd və səna düzgün deyildir. Elm əldə etmiş bir kəsi tərif etməyiniz o deməkdir ki, guya burada mütləq elm sahibi olan Allahın vasitəsi olmamışdır. Bütün elmlər də Allaha qayıdır. Bizim böyük peyğəmbərimiz Məhəmməd (s) də Pərvərdigardan təlim almışdır. Quran bu barədə buyurur: «O Rəbbin ki, insana bilmədiklərini öyrətdi»1. Bu tərifin Allah-Təalanın bəxşişi cəhətindən olması yaxşıdır. Elə buna görə də rəvayətlərdə insanı müstəqil surətdə tərif etməyi qadağan etmişlər. «Biharul-ənvər»da nəql olunan rəvayətdə buyurulur: Təməlluq (Sulatan və hakimləri tərif edənlərin) deyənlərin üzlərinə torpaq tökün.2

Axı sultan və hakimlər kimdir ki, onları tərif də edəsən. Əslində heç tərifə layiq adam da deyillər. Əli (ə) «Nəhçül-bəlağə»nin «Həmmam» xütbəsində buyurur: «Muttəqi (Allahdan qorxan) və Əli şiəsi o kəsdir ki, onu tərif edəndə, xoşhal olmasın, tərifdən də çox qorxsun».

İnsan özünün yaxşı olmasına inandığı zaman, tövhiddən kənara çıxıb, səhv işlər görür. Nəticədə fikir verir. İnsan gərək özünü yaxşı olmasına heç vaxt inanmasın. Əgər belə bir şey baş versə, onun da Allah tərəfindən verildiyini dərk etməlidir. Elə buna görə də sitayiş və tərifə layiq yalnız Allahdır.

Əgər elmimiz, düşüncəmiz və qüdrətimiz varsa, hamısı Allahındır. Dəfələrlə təkrar etmişik ki, əgər bir nəfər skeleroz xəstəliyinə tutulub bütün hafizə və məlumatlarını əldən versə, onda məlum olacaq ki, onun elmi var idi yoxsa yox? Belə adamların işi o yerə çatır ki, hətta evlərinin qapısını belə tanıya bilmirlər. Övladlarının adını da yaddan çıxardırlar.

Belə adamlar haqqında çoxlu misallar çəkmək olar. Onlardan biri 50 il övladını adıyla çağırdığı bir halda, indi onun adını da unutmuşdur. Nə qədər çalışırsa da onun adını yadına sala bilmir. Bir halda ki, uşağın adını özü qoyub və 50 il də onu o, adla səsləyib. Amma indi hafizəsini əldən verdiyinə görə heç yadına gəlmir.


Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin