TƏFVİZİN HƏQİQƏTİ ŞİRKDİR
Əgər desək ki, bir kəs bir işi görməkdə kamil sürətdə müstəqildir və heç kəs onun o işi görməsinin nə qarşısını ala bilər, nə də ki, onu o işə məcbur edə bilər. Bu təfviz hesab olunur və bu cür təfviz şirkdir.
Amma əgər bir kəs öz varlığının Allaha bağlı olmadığını hesab edərək, «mən bu işi mütləq yerinə yetirəcəyəm, mən belə edəcəyəm, mən elə edəcəyəm» - desə, bu təfviz də səhv və şirk hesab olunur. Elə bil bu adamın varlığı öz əlindədir. Özü üçün heç bir varlıq mənbəyi və ilahi söykənəcək hesab etməyən kəs müşrikdir. Belə adamlar haqqa vacib olan şeyləri özləri üçün düşünərək, elə hey mənəm-mənəm deyirlər. Varlıqlarını müstəqil hesab edərək, özlərini Allahdan ehtiyacsız bilirlər. Özünü ehtiyacsız hesab edən şəxs, şirk xəstəliyinə tutulmuşdur. Quran və hədislərdə şirk barəsində çoxlu nəhy və qadağanlar olunmuşdur.
Təfvizin müqabilində olan məsələ «cəbr» məsləsidir. Əgər bir kəs «mənim heç iradəm yoxdur, ixtiyarsız alətdən başqa bir şey deyiləm, Allah nə istəsə, o da olacaqdır» - desə, bu da cəbr hesab olunur. Bu mətləb əsil həqiqətin ziddinədir. Belə deyən adamlar yalan dediklərini öz vicdanlarıyla hiss edirlər. Çox vaxt olub ki, belə adamlar özlərinə sərf edəndə, «mən özüm etdim» - deyərlər. Amma elə ki, özlərinə sərf etməyir, hər şeyi Allahdan hesab edirlər. Məsələn, əgər bir işdə müvəffəq ola bilsə, «diribaş oldum, özüm hazırlamışdım, öz təcrübəmlə əldə etdim» - deyir. Amma elə ki, zərərə düşür, hər şeyi Allaha nisbət verərək «Allahın təqdiridir. Bilmirəm Pərvərdigar bizimlə niyə belə rəftar elədi?» deyir.
Hətta qəza və qədərə etiraz da edir. Belə adamlar həm cəbr, həm də təfvizi hesab olunurlar. Qurani-Kərim bu mətləbə işarə edərək buyurur: «Müsibət və zərər gördükləri halda, bu sənin tərəfindəndir» deyirlər. Sözün qısası, öz meyillərinə uyğun olanda «təfvizi», meyllərinə muxalif olanda isə «cəbri» olurlar. Allaha həmd etməməkdən ötrü, məsələnin doğruluq və yaxşılığını Ondan bilmirlər. Amma elə ki, xəstələnirlər, Allahı xəstələndirən hesab edib, özləri də «cəbri» olurlar.
Dostları ilə paylaş: |