ON DOQQUZUNCU DƏRS BƏŞƏRİN QEYRİ İXTİYARİ İŞLƏRİ Töhidi-əfali mərhələsində müvəhhid şəxs yəqin etməlidir ki, varlıq aləmində olan hər bir şeyin yaradıcısı yalnız Allahdır. Allah hər şeyin Xaliqidir. O, mütləq faildir. Aləmdə olan kiçik və böyükdən tutmuş bütün məxluqlara qədər hamısı Ondandır. Bu məsələ bəşərin qeyri iradi işlərində çox aşkardır. Qeyd etdiyimiz kimi, insanın da iradəli və iradəsiz işləri vardır. İradəsiz işlər onun istəyi ilə rabitəsiz olmayıb, yalnız Allah tərəfindən baş verir. İnsan bədənində baş verən proseslər buna misal ola bilər. Xəstəlik və sağlamlıq, qüdrət və acizlik də həmçinin onun iradə və ixtiyarından kənardadır. Quran bu məsələyə toxunaraq buyurur: «Sizi zəif bir şeydən – nutfədən, bir qətrə sudan yaradan, gücsüzlükdən sonra qüvvətli cavan edən, qüvvətli olduqdan sonra yenidən taqətsiz və qoca edən Allahdır. O, istədiyini yaradır. O, hər şeyi bilən və hər şeyə qadirdir!»1 Bunlar bəşərin əli çatmadığı məsələlərdir ki, heç onun istəyinə də dəxli yoxdur. Ölüm məsələsinə gələndə isə, o mütləq surətdə ixtiyarsızdır. Bəşər və başqa məxluqların qeyri ixtiyari işlərində Allahın mütləq fail olması çox aydın şəkildə bilinir.