BƏŞƏR İRADƏ VASİTƏSİLƏ KAMALA ÇATIR
«Heyvanlar həmişə rükü halında, həşəratlar isə səcdə halındadır. Amma bu cür rükü və səcdənin qiyməti yoxdur. Allah göstərməsin! İnsan heyvan və həşəratlar kimi namaz qılsın».1 İnsan idarəsinin qarşısı heç vaxt alınmır. O, səadət və bədbəxtçiliyinə də öz ixtiyarı ilə gedir. Əgər onun ixtiyarının qarşısı alınsa, o heç vaxt kamala çata bilməz. Bu anda savab və əzab məsələsi də aradan gedər. Amma əgər şərait yarandıqda günahdan çəkinə bilsə, bu onun savab əldə edib, kamala çatmasına səbəb olar. Buradan belə bir nəticəyə gəlirik ki, insandan baş verən günah və savabın hər ikisi onun iradəsinin səyəsindəndir.
İnsanın kamala çatması da onun iradəsindən asılıdır. Yaxşı işlərdə onların həyata keçməsinə iradə etmək, pis işlərdə isə iradə ilə nəfsin qarşısını almaq onun kamilləşməsinə səbəb olur. İnsanın dili onun öz ixtiyarındadır. Yaxşı və pis sözləri öz idarəsilə danışır. Əgər pis söz demək qarşıya gələndə nəfsini cilovlaya bilsə, ola bilsin ki, bir il ibadət nəticəsində əldə etdiyi kamala qovuşa bilər.
İradə və günah insanın idarəsindən asılı olub, onun kamala catmasından ötrüdür. İnsan itaət və günahda müstəqil və iradəsiz olmayıb, Allahın istəyindən də ehtiyacsız deyildir. O, günah etdiyi anda da müstəqil deyildir. O, günah etməyə iradə edə bilər, amma onun həyata keçməsi Allahın istəyi ilədir. Allah-Təala Quranda buyurur: «Onların və bunların hər birinə Rəbbin nemətindən veririk. Rəbbinin neməti istər dünyada, istərsə də axirətdə heç kəsə qadağan deyildir».1 Hər iki tayfa Pərvərdigarın köməyinə möhtacdır.
Dostları ilə paylaş: |