ALLAHIN SİFƏTİNİN SONU YOXDUR
«Üsuli-Kafi»də İmam Hadidən (ə) belə bir rəvayət nəql edirlər. İmam (ə) buyurur: «Allahın elminin sonuna qədər - sözünü işlətməyin. Çünki Onun elminin sonu yoxdur». Məsələn, Pərvərdigara! Məhəmməd və Ali Məhəmmədə (s) öz elminin sonu qədər salavat və salam göndər demək, düzgün deyildir. Çünki Allahın elminin sonu və həddi yoxdur.
Başqa bir rəvayətdə Həzrət Səccad (ə) buyurur: «Allah-Təala sifətlə vəsf edilməkdən çox ucadır. Çünki Onun sifətinin hüdud və nəhayəti yoxdur».1
Daha başqa bir rəvayətdə İmam Səccad (ə) buyurur: «Əgər bütün yer və göy əhli Allahı vəsf etmək istəsələr, əsla edə bilməzlər».2
Allahın elmini vəsf etmək istəyənlər, yalnız özünün kiçik həddində vəsf edə bilər. Hər bir kəsin özünə məxsus düşüncə qabiliyyəti vardır. Məxluqun əqli məhdud olduğu halda, hədsiz bir varlığa neçə tərif edə bilər? Qurani-Kərim bu barədə buyurur: «Onlar: «Allah heç bir bəşərə bir şey, Quran nazil etməmişdir -deməklə Allahı layiqincə qiymətləndirmədilər».3 Əgər insanın əqli kamil olsa, Allahı layiqincə tərif etməyin qarşısında aciz olduğunu dərk edəçəkdir.
Dostları ilə paylaş: |