PƏRVƏRDİGARA! BƏXŞ VƏ İMTİNA ETMƏK YALNIZ SƏNDƏNDİR!
Pərvərdigara! Mənə bir şey əta olunanda, yalnız Sənin qüdrət və vilayətin sayəsində olur, məndən bir şey inkar olunanda da Sənin tofiqinin olmamağı üzündən olur!
Demək olar ki, əksər müsəlmanlar, keçən söhbətimizdə qeyd etdiyimiz şirkə düçar olurlar. Özümüzü müvəhhid adlandırdırdığımıza baxmayaraq, məxluq bizə bir şey bağışlayanda və ya imtina edəndə onu bu işlərdə müstəqil hesab edirik. Görəsən niyə bu qədər cəhalət və nadanlıq bataqlığında qərq olmuşuq? Bütün məxluqları müəyyən bir qüdrətə malik bilib, Allahı isə yaddan çıxardırıq.
Vəzifə, məqam, pul və qüdrəti insanlara bəxş edən Allahdır. Əgər bundan başqa kimdəsə müəyyən güc və qüdrət görsən bil ki, onun da qüdrəti arizidir, yəni Allahın bəxş etdiyi nemətlərdəndir. Yəni, onda olan qüdrət zati deyildir. Pul və qüdrət bu gün onun, sabah isə başqasının əlində olacaqdır. Bunlar bəşərin özü üçün hazırladığı müvəqqəti qanunlar əsasındadır. Yəni, əslində bunların həqiqəti yoxdur. Pərvərdigara! «Şirki bizdən uzaq et ki, zat, sifət və feldə müşrik olmayaq!»
Dostları ilə paylaş: |