İBRAHİM (Ə) ÜÇÜN ODUN GÜLÜSTANA CEVRİLMƏSİ
Qurani-Kərim İbrahim (ə) Nəmrudun adamları tərəfindən oda atılmasını zikr edir. Tarixdə yazılmışdır ki, çox əzəmətli bir od qalanmışdı. Hətta quşlar belə onun yaxınlığında uça bilmirdilər. Nəmrudun adamları İbrahimi (ə) oda atmaqdan ötrü nacar qalıb, mancanaqdan istifadə etdilər. Amma peyğəmbər (ə) oda düşən kimi nida gəldi: «Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!»1
Pərvərdigarın özünün təkvini nidası və mücərrəd iradəsilə həmin anda yandırmaq xüsusiyyətini oddan geri aldı. Bu misal əsasən, müvəhhidlər bütün səbəblərin müstəqil olmamasını və onların təsir göstərməsini də Allahın məşiyyətinə bağlı olduğunu başa düşməlidirlər.
Baxın görün, aləmdə həyata keçməsi üçün bütün şəraitlərin hasil olduğu, amma heç bir şəkildə həyata keçməyən nə qədər işlər vardır. Bütün yaradılmışların Xaliqi yalnız Allahdır. Elə səbəblər də vardır ki, onların həyata keçməsinə zərrə qədər ümid olmadığı bir halda, nəticələr hasil olur. Bu misallar heç bir şeyin, hətta səbəblərin də müstəqil olmadığını müvəhhidə başa salmaqdan ötrüdür. O, bilməlidir ki, Allah-Təala səbəbləri hansı həddə qədər istəsə, həyata keçirə bilər.
Dostları ilə paylaş: |