ƏSABİ-FİL NECƏ HƏLAK OLDU?
Allah-Təala «əsabi-fil»in başına gələnlər barəsində Quranda buyurur: «O quşlar onların başına gildən möhkəm xırda daşlar yağdırdı. Və Rəbbin onları həşarat tərəfindən yeyilmiş əkin yarpağına, saman çöpünə döndərdi».1
Bu əhəmiyyətli tarixi hadisə ərəb tarixinin başlanğıcına səbəb oldu.
Əbrəhə fillərdən ibarət olan böyük bir ordunu Kəbəni dağıtmaq üçün göndərdi. Lakin bu ordu Kəbəyə çatmamış, Əbabil quşları tərəfindən məhv edildi.
Quşlar hər biri özləri ilə gətirdikləri noxuddan da kiçik üç ədəd daşla ordunun üç əsgər və üç filini öldürdülər.
Belə ki, hər bir quş, fili minmiş əsgərin başının üstündə dayanıb dimdiyindəki daşı onun başına atırdı. Daş əsgərin başından daxil olub, filin qarnından çıxırdı. Beləliklə də əsgər və fil hər ikisi həlak olurdu.
Allah-Təala bu hadisəni insanın ibrət almasından ötrü nəql edir.
Görəsən adam öldürmək qabiliyyəti olmayan bu kiçik daşa, öldürmək qabilliyyətini kim verdi? Necə oldu ki, bu daş onları dəlik-deşik etdi? Belə bir rəvayət nəql olunur: «Əgər Allah-Təala bir möminə xeyirli iradə verib, onun bəsirətini açmaq istəsə, ümid olmayan yerdən onun üçün xeyir göndərər».
Allah bu barədə Quranda buyurur: «Və ona gözləmədiyi yerdən ruzi verər».1
Dostları ilə paylaş: |