ALLAHIN NEYMƏTLƏRİNİ YADA SALMAQ QƏLBİN RAHATLIĞINA SƏBƏB OLUR
Yuxarıda qeyd etdiyimiz fəsadlardan uzaq olmaqdan ötrü sadə yollar da vardır. İnsanın fitrəti yaxşılıq və mərhəmətin quludur. O həmişə xeyirxah işləri sevir, amma o yaxşılıqların mənşəyini düzgün təyin etməkdə səhvə yol verir. Əgər özünə və başqalarına əsil ehsan edənin yalnız Allah olduğunu başa düşsə, heç vaxt səhvə yol verməyəcəkdir. Bütün yaradılış və ehsanlar hamısı Allahdandır.
Bəşər üçün tövhidi-sifati və əfali aşkar olandan sonra, onun qəlbi rahatlıq tapır. Allah-Təala bu barədə buyurur: «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar».1
Öz nemət sahibini daim öz yanında hiss edən kəs niyə iztirab keçirməlidir? Quran bu məsələyə toxunaraq buyurur: «Möminlərin inamı üstünə iman artırmaq üçün onların ürəklərinə öz dərgahından xatircəmlik, rahatlıq və mənəvi möhkəmlik göndərən Odur».2 Belə insanlar bütün işlərini Allaha məhəbbət bəsləməklə yerinə yetirirlər.
Həzrəti İmam Hüseyn (ə) Ərəfa duasında buyurur: «Pərvərdigara! Öz sevgilisindən, Sənin dostluğundan bəhrələnə bilməyən kəs ziyandadır».
Qurtuluş o müvəhhidlər üçündür ki, nəfslərinin ziddinə olaraq, Allah sevgisiylə hərəkət edib, yalnız Onun razılığını istəyirlər.
Dostları ilə paylaş: |