SƏBƏBLƏRİN OLUB VƏ YA OLMAMASININ MÖMİN ÜÇÜN HEÇ BİR FƏRQİ YOXDUR
«Harada olsanız da Allah sizinlədir». Əgər qəlb bu mənaya inana bilsə, onun nəticələrindən biri Allaha təvəkkül etməkdir. İmanı olmayan kəs Pərvərdigara təvəkkül edə bilmız. Allah Quranda buyurub: «Əgər möminsinizsə, Allaha təvəkkül edin!»1
Əgər belə olmasa, insan Allaha deyil, yalnız özünə etimad edəcəkdir. Bunun da nəticəsi bir növ narahatlığa səbəb olacaqdır. Təvəkkül edən möminin əldə etdiyi qeyri adi nəticələr haqqında az-çox söhbət etdik. O, istər quyunun dibində olsun istərsə də evində, onun üçün fərq yoxdur. Əgər səhər durub görsə ki, bütün varı-yoxu əlindən çıxıb, halı dəyişəməyəcəkdir. Çünki söykənəcəyi yer mal deyil, Allah idi. Allahla olan kəs üçün var-dövlətin olub-olmamağının heç fərqi yoxdur.
Sarayı zindana döndərən insanın «mənəmliyidir». Zahiri vasitələrin həmişə hazır olmasına baxmayaraq, qəlbin hicabı fikir və ruhun narahatlığına səbəb olur.
Dostları ilə paylaş: |