İNSANIN ALLAHIN HƏQİQİ MALİK OLDUĞUNU BİLSƏ, YAXŞILIQ ETMƏK ONUN ÜÇÜN ASAN OLAR
İmamın (ə) buyurur: İnsan bütün var-dövlətinin yalnız Allaha məxsus olduğunu dərk edən kimi, yaxşılıq etmək onun üçün asanlaşır və artıq paxıllıq etmir. Çünki o, Allahın həqiqi bəndəsidir və var-dövlətdə Allah tərəfindən ona verilmiş bir bəxşişdir. Ona bu malı lazım olan yerlərdə sərf etməyə icazə vermişdir.
İkinci məsələ budur ki, həqiqi qulların bütün diqqəti öz ağalarındadır. Onlar mənzil, xörək və özlərinə həyatda lazım olan şeylərlə maraqlanmırlar. Özünü bəndə hesab edən və malikin onun işlərinin həqiqətən də idarə etməsini başa düşən kəsin artıq qəm-qüssəsi olmur. Əlbəttə bu sözdən məqsəd o demək deyildir ki, insan öz işləri üçün tədbir etməməlidir. Əksinə bu sözdən məqsəd onun özünün müstəqil tədbirçi hesab etməməsidir, yəni o, fikrini, əqlini və özünü bütün işlərdə müstəqil hesab etməməlidir. Bütün işlərini yalnız Allaha etimad etməklə yerinə yetirməlidir. Həqiqətən də insan həyatdakı işlərində Allahın ona bağışladığı düşüncə və əqlin vasitəsilə tədbir edir. Yəni insan öz işlərində tədbir etməsinə baxmayaraq, Allahın da nə edəcəyinə diqqət etməlidir. Amma əgər bir işə müstəqil surətdə tədbir edərək onun mütləq həyata keçəcəyini iddia etsə, elə həmin anda da bəndəlikdən süqut edəcəkdir.
Dostları ilə paylaş: |