İKİNCİ DƏRS
HƏRƏKƏTLƏRİN KƏMİYYƏT VƏ KEYFİYYƏTİNƏ NƏZARƏT AQİL BİR MÜHƏRRİKİN NİŞANƏSİDİR
«Dinin əvvəli Allahı tanımaq, Allahı tanımağın kamilliyi isə Onu təsdiq etməkdi».
Allahı tanımaq fitri bir anlayışdır. Əsərin təsir edənə, yaradılmışın yaradana, illətin məlula dəlalət etməsi əqli baxımdan aşkar bir məsələdir. Ağıl hərəkət edəni görən kimi o dəqiqə onu hərəkətə gətirənə diqqət edir. Sayısız-hesbsız ulduzların onlar üçün müəyyən olunmuş mehvərdə dəqiq və nizamlı şəkildə dövr etmələri, elm və qüdrəti sonsuz olan böyük iradə və hərəkət sahibindən xəbər verir. Həmçinin varlıqlarda müşahidə olunan keyfi, kəmmi və inni hərəkətlər də bu qəbildəndir. Məsələn, üzüm dənəsi əvvəldə kiçik və yetişməmiş olduğu vaxt, öz kəmmi və keyfi hərəkətlərini başlayır. Kəmmi hərəkət: Üzüm dənəsi tədriclə böyüyərək bəzi vaxtlarda barmağın başı boyda və ya ondan da böyük olur.
Keyfi hərəkət: Əvvəldə həddindən artıq turş olan üzüm dənəsi tədriclə öz şirinliyini artırmağa və həmçinin əvvəldə yaşıl olan rəngini get-gedə dəyişməyə başlayır.
Bütün varlıqlarda az-çox nəzərə çarpan kəmmi və keyfi hərəkətlər bunlara tam şəkildə təsir edən bir qüvvənin olmasına dəlalət etmirmi? Bu məsələnin hədəfi hərəkətin mühərrikə, əsrin təsir edənə və yaranmışın yaradana dəlalət etməsidir.
Dostları ilə paylaş: |