BİLMƏDİYİN ŞEYLƏRİ SORUŞ
İmam (ə) elmi öyrənmək haqqında üç vəsiyyət buyurmuşdur. Birincisi budur ki, bilmədiyiniz şeyi soruşub öyrənin, çünki soruşmayan şəxslər cəhalətdə qalır. Bəzən də cəhalət etiqadi məsələlərdə olur. Allah göstərməsin, şübhəli bir məsələ onun imanına təsir göstərib, əqidəsinin əslini xarab edə bilər. Sözün qısası soruşmaqda həya etmək, dində bəyənilmir.
İkincisi bir şeyi başa düşməkdən ötrü soruşmaq lazımdır. Amma bəzən insan bildiyi bir şeyi, alimi imtahan etmək üçün soruşur, onun yanında özünü elmli göstərməyə çalışır. Lakin belə olmamalıdır, soruşmaq başa düşməkdən ötrü olmalıdır.
Üçüncüsü budur ki, nəzərinə gələn hər bir şeyə əməl etmə, nə qədər bacarırsan ehtiyatlı ol. Fitva verməkdən, şirin qarşısından qaçan adam kimi qaç. Əks halda qiyamət günü boynun camaatın keçməsindən ötrü körpü olacaqdır.
İnsan fitva və hökm verməkdə çox ehtiyatlı olmalıdır. Hökm verməyə qüdrəti olan hakim özü də deməməlidir ki, bu mənim rəyimdir. Heç kəsin öz nəzərini təhmil etməyə haqqı yoxdur. Çünki öz rəyinə əməl etmək özünün və başqalarının həlak olmasına səbəb ola bilər. Öz rəyinə əməl edən İblis idi ki, Allahın, Adəmə səcdə edin! Əmrinin müqabilində, məni oddan, Adəm isə torpadan yaratdığına görə, mən ondan üstünəm dedi.
İmam (ə) buyurduğu bu hədisə əməl etməkdə Allah-Təala bizi müvəffəq eləsin.
Dostları ilə paylaş: |