ELMİN GENİŞLİYİ İNSANIN TƏCƏRRÜDÜNƏ BİR SÜBUTDUR Elmin geniş əhatəyə malik olması özü əql və ruhun qeyri-maddi olmasına bir dəlildir. Çünki, bizim bildiyimizə görə bir cism digər cismi əhatə edə bilmir. Yəni bir cismin başqa bir cismə elmi əhatəsi yoxdur. Bir daşın başqa bir daşı dərk etməsi qeyri mümkündür. Ümumiyyətlə, maddi varlıqlar özlərindən başqa olan maddi varlıqları əhatə edə bilməzlər. Yalnız insandır ki, özündən başqa varlıqları da əhatə etməyi bacarır. Elə buna görə də belə nəticəyə gəlirik ki, insanın ruhu mücərrəddir (qeyri-maddi). Materialistlər görəsən insanın maddi olmasına necə dəlil gətirirlər? Əgər bəşər maddi olsaydı heç vaxt bütün varlıq aləmini öz elmi ilə əhatə edə bilməzdi. Əşyaların tərkibini, dərmanlar və başqa şeyləri başa düşmək, yalnız əql qüvvəsinə aiddir.