HARADAN BİLİRSƏN Kİ, SABAH SAĞ QALACAQSAN
«Biharul-ənvar»-ın 9-cu cildində belə bir rəvayət vardir. Həzrət Əmirəl-möminin (ə) özünün xilafət zamanında Beytul-malı bölərkən qürub vaxtı olduğuna görə işi yarımçıq qalmışdı. Həzrətə (ə) dedilər:
Ey Əmirəl-mömin! İşin yarısını sabaha saxlayın.
İmam (ə) buyurdu:
Siz mənim sabaha qədər sağ qalacağıma zəmanət verə bilərsinizmi?
Ölümün hər an yaxın olduğunu görən kəs heç vaxt səbəb və vədələrə fikir vermir. İnsan gərək – mən sağlamam, cavanam, məni qoruyan vardır – kimi sözlər deməsin. Çünki, hər bir kəsin müəyyən olunmuş əcəli vardır. Ölüm hər an insanı hədələyir. Əli (ə) buyurur: Ölüm kölgə kimi insanın arxasınca gəzir!
Bəli, əgər insan həqiqətən də Allahı və ölümü yad etsə, daha uzun arzularla məşğul olmayacaqdır. Deməli, uzun arzular işləməklə deyil, qəflətin nəticəsindəndir. Çünki insanın nə qədər gücü varsa əməli-saleh işlərlə məşğul olmalıdır. Əməli-saleh işdən məqsəd, yalnız bir küncdə oturub zikr etməklə məşğul olmaq deyildir. Əksinə, iş dalınca getmək, ailənin yaşayışını təmin etmək və Allahın insan üçün müəyyən etdiyi vəzifəyə əməl etmək elə özü əməli-saleh iş hesab olunur.
Dostları ilə paylaş: |