TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 346,4 Kb.
səhifə237/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   233   234   235   236   237   238   239   240   ...   252
OTUZ ÜÇÜNCÜ DƏRS
İNSAN İKİ YOL AYRICINDADIR
Kecən bəhslərimizdə Həzrəti Musa ibn Cəfərin (ə) hədis barəsində söhbət etdik. Yəni, Allah verən əqlin insanın öz əliylə necə aradan apardığı haqqında danışdıq. Ümumiyyətlə insan bu böyük nemətin vasitəsilə yaranmış, məad və Allahın gözəl adları haqqında elm əldə edib, haradan gəldiyini, niyə gəldiyini və nəhayət hara dönəcəyini dərk etməlidir. Allah rəhmət eləsin o kəsə ki, bu məsələləri dərk edib, öz səadət və xöşbəxtliyinin əldə edə bilir. Elə insanın insaniyyətinin həqiqəti də bununla aşkar olur.

İnsanın heyvandan fərqlənməsi də elə əqlinin olmağına görədir. İnsan öz əqlinə nəqədər çox etimad etsə, onun insaniyyət aləminə ucalması bir o qədər də çoxalacaqdır. İmam (ə) öz kəlamında əqlin qarşısını alan üç maniəni zikr etmişdir. Yəni insan nə qədər fani işlərdə çalışsa, özü də getdikcə fəna və zavala uğrayacaqdır. Mərhum Molla Saleh Mazadarani bu rəvayəti gözəl şəkildə izah edir:

Dünyanın şəhvət və gözəllikləri insanın fikir və düşüncəsini nə qədər özünə məşğul etsə, bir o qədər də onun axirəti unutmasına səbəb olacaqdır. Dünyada saraylara malik olmaq fikrində olan şəxs, necə kövsər hovuzunun yanında Əliyə (ə) qovuşmaq arzusunda ola bilər? Belə insanlar dünyadan başqa hər bir şeyi yaddan çıxarıblar. Allah-Təala da onları öz başlarına buraxır.

Sözün qısası, kim dünyanın fani işlərinin ardınca getsə, mütləq axirətin işlərini geri atıb onu yaddan çıxaracaqdır. Bunun nəticəsində insanın zat və fitrətində olan istedadlar bütövlükdə aradan gedir. Belə olan halda insanın imansız ölməyi də mümkündür.

Rəvayətdə dünya və axirəti şərq və qərbə bənzədirlər. Bunlar arasında olan fasilə çox uzundur. Əgər insan öz fikrini dünya ilə məşğul etsə, axirəti fikirləşə bilməyəcəkdir.

Başqa bir rəvayətdə dünya və axirəti, od və suya bənzətmişlər.

Bizim bütün səyimiz dünyamızı qaydasına salmaqdan ötrüdür. Lakin bir də baxıb görürük ki, dünyanın çox yeri hələ də düzəlməmişdir. Bəs heç fikirləşmədiyimiz axirət necə olacaqdır?


Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin