TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


SÖHBƏT ALLAHA XATİR OLMASA, QƏLB ÇEŞMƏSİNİN QARŞISINI TUTAN DAŞ-QALAQDAN BAŞQA BİR ŞEY OLMAYACAQDIR



Yüklə 346,4 Kb.
səhifə240/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   236   237   238   239   240   241   242   243   ...   252
SÖHBƏT ALLAHA XATİR OLMASA, QƏLB ÇEŞMƏSİNİN QARŞISINI TUTAN DAŞ-QALAQDAN BAŞQA BİR ŞEY OLMAYACAQDIR
İnsan qəlbi hikmət yeridir. Amma çox təəssüf ki, bəziləri boş-boş danışmaqla bu hikmət çeşməsinin qarşısında daş-kəssək tökürlər. Bunu da bilin ki, insanın danışdığı söz mütləq onun qəlbinə təsir göstərir. Əgər insan boş-boş sözlərlə qəlb çeşməsini xarab etsə, heç vaxt hikmətin üzünü görməyəcəkdir. Belə insanlar dini təbliğ edəndə əsas məqsədləri camaatın diqqətini özlərinə cəlb etmək olur ki, camaat onlara bərəkəllah desin.

Bu gözəl cümləni heç vaxt yaddan çıxartmayın: Əzizim hey fikirləşirsən ki, görəsən nə yeyim ki, camaatın məndən xoşu gəlsin və nə danışım ki, camaata xoş getsin. Amma bunu da bil ki, sən bu məqsədinə heç vaxt çata bilməyəcəksən.



Əgər bütün fikrin camaatı özünə cəlb etmək olsa, heç vaxt bu məqsədinə çata bilməyib nakam qalacaqsan. Bu niyyətinin zərbəsi də özünə deyəcəkdir. Yəni qəlbinin hikmət çeşməsinin qarşısını daş-kəssəklə dolduracaqsan. Əlbəttə yalan, qeybət və töhmətin bəlaları daha çoxdur. Lakin bizim məqsədimiz boş-boş danışmaq nəticəsində hikmət çeşməsinin necə məhv olmasını bəyan etməkdir. Boş-boş danışmaq qəlbin mənəviyyatını yuyub aparan damcılara bənzəyir. Heç vaxt haqq ilə batil bir yerdə cəm ola bilməz. Əgər batil əməl qəlbə daxil olsa, haqq mütləq aradan gedəcəkdir. Əgər gilabın üzərinə çirkli su tökülsə, bu çirkin su özü miqdarında təravəti aradan aparacaqdır. Hər danışılan batil kəlmə hikməti də o cür aradan aparır.

Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin