DİLİN BƏLASI ÜRƏYİN XARAB OLMASININ NƏTİCƏSİDİR Əgər dil düz danışan olmasa, öz təsirinin mütləq qəlbə göstərəcəkdir. Yuxarıda qeyd etdiyimiz misal diqqət edin, «çirkli su gilaba tamamilə təsir göstərməsə də onun yarısını aradan aparır». Yəni artıq gilaba xilis gilab demirlər. Yersiz danışıqlar da qəlbdə olan hikmətin xalisliyini aradan aparır. İnsanın qəlbinə daxil olan batil şeylər həqiqətlə qarışaraq onun xalisliyinə zərər vurur. Əksər insanlar qəlblərinin xarablığına görə əqidə məsələlərində şəkkə düşürlər. Qəlbin xarabalığı da dilin əyri olmasının nəticəsidir. Öz danışıqları ilə camaatın nəzərini cəlb etmək istəyən təbliğatcılar özlərini çox böyük təhlükəyə atırlar. Belə insanlar yalnız camaatın nəzərini cəlb etmək üçün çalışırlar. Hətta iş o yerə çatır ki, camaatın xoşuna gəlməkdən ötrü dinin ziddinə olan sözlərdən də istifadə edirlər. Buna nümunə olaraq münafiqlərin söhbətlərini qeyd etmək olar. Onlar özlərinin kommunizim məramlarını həyata keçirməkdən ötrü Quran və «Nəhcül-bəlağə»ni təhrif edərək öz əqidələrinə uyğun təbliğ edirdilər. Bunun nəticəsində qondarma bir məslək yaradıb cavanların əksəriyyətini də yoldan çıxarırlar. Camaatı öz sözləri ilə özünə cəlb etmək istəyən şəxsin məbudu yalnız camaatdır. Belə insanların qəlblərində həqq necə zühur edə bilər?