ZƏHMƏT VƏ MÜHACATLA HİCAB VƏ MANEƏLƏRİ AZALDIN
Əmirəl-möminin (ə) «Nəhcül-bəlağə»nin axırlarında buyurur: «Mən öz nəfsimi çətinliyə salıb onu tutur və istəklərinin qarşısını alıram»1 Biz isə nəfsani istəklərimizin qarşısını almamış, mərifətin ali dərəcəsinə çatmaq istəyirik.
Deməli, ən böyük hicab insanın öz nəfsidir. Onu aradan götürməkdən ötrü çalışmaq lazımdır.
Elmül-yəqin dərs oxumaqla hasil olmur və yalnız «mənəmlik» hicabını aradan götürməklə ələ gəlir.
Nəfsi sındırmağın qaydası ona itaət etməməkdədir.
Hicabların azalmasından ötrü Allahla münacat etmək, Allahla danışmaq, Ona dua və raz-niyaz etmək, sirr və hacətləri yalnız Ona demək lazımdır. Münacat üçün «Şəbaniyyə» və başqa məxsus dualardan istifadə etmək olar. Dualarla özündən Allahına şikayət et! «Pərvərdigara! Nəfsim məni həlak edibdir, Şeytan və nəfsim it kimi üzərimə hücum çəkərək, məni rahat buraxmırlar».2 Əgər bir kəs həqiqi mənada Allahdan köməklik istəsə, Allah-Təala mütləq ona kömək edəcəkdir.
Sabah duasının axır səcdəsində deyilir: «İlahi qəlbim hicablı, nəfsim isə eyiblidir».3 Başqalarının eyiblərinə fikir verməyib, ancaq öz eyibləri ilə məşğuldur.
Müqəddəs Ərdəbilinin (r.ə) həyatından nəql edilir ki, o qırx il ayaqlarını uzatmadı. Ömrünün son anlarında Allaha ərz elədi: «Pərvərdigara! Mən hey çalışdım ki, Sənin hüzurunda ayaqlarımı uzatmayam. Amma indi ayaqlarımın uzatmağı Sənin əmrinlədir.
İlahi, bizə kömək et ki, nəfsimizlə cihad edib, onun istəklərinin ardınca getməyək. Nəfsimizin razı qalmasını tərk edib, təkcə Sənin rizayətini istəyək».
Əli (ə) «Nəhcül-bəlağə»də Allahın sevimli bəndələrini tanıtdırıb deyir: «Onlar bütün arzulardan xilas olublar, arzu və qəmləri ancaq Allahı tanımaqdan ötrüdür».1
Amma əksər adamlar nə qədər ki, nəfəs çəkirlər, müxtəlif cür arzular edirlər. Qurban olaram o kəsə ki, təkcə Allahı arzu etmək saədətinə nəsib olub.
Dostları ilə paylaş: |