QADIN-KİŞİ VƏ HƏYAT YOLDAŞINI SEVMƏK İLAHİ NİŞƏLƏRDƏNDİR
«Rum» surəsinin digər bir ayəsində Allah-Təala buyurur: «Sizin üçün onlarla ünsiyyət edəsınız deyə, öz cinsinizdən olan zövcələr xəlq etməsi, aranızda dostluq, sevqi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibarət vardır!»1
Erkək-dişi, qadın və kişi mövzusuna diqqət edin. Onların yaradılışı bir-birləri arasında olan fərqlər, hamiləlik dövrü, uşağın əmələ gəlməsi, neçə doğulub, neçə tərbiyə olunması haqqında düşünün.
Qadın, kişinin rahatlıq və sakitliyi üçün bir vasitədir. Kişidə baş verən iztirablar zövcəsi ilə ünsiyyət edən kimi aradan gedir. Mümkündür ki, onlar evlənməmişdən qabaq bir-birlərini heç görməyiblər. Amma Allah-Təala onların arasında elə bir mehr-məhəbbət yaradır ki, artıq bir-birlərinə ürək bağlayır və bir-birlərindən ayrı qala bilmirlər. Həqiqətən də bu, mərifət kəsb etmək üçün ən böyük ilahi nişanələrdəndir.
Dostları ilə paylaş: |