YUXU VƏ ONUN FÖVQALADƏ TƏSİRLƏRİ
Başqa bir ayədə Allah-Təala öz nişanələrindən olan yuxu barəsində buyurur: «Gecə və gündüz yatıb dincəlməyiniz, gecə istirahət etməyiniz, gündüz çalışmağımız, nemətindən ruzi axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən burada öyüd-nəsihət eşidənlər üçün ibrətlər vardır».1
Çox vaxt adam yatmaq istəmədikdə belə, yuxu ona qələbə çalır. Bunun hikməti odur ki, bədən yorulub, artıq o, bir az istirahət etməlidir.
Yuxu prosesi olmasa bədən məhv olub aradan gedə bilər. İnsan gecə-gündüz ərzində müəyyən qədər yatmalıdır. Bunu da qeyd etmək lazımdır ki, bəşər bu məsələdə ixtiyarsızdır. Çünki, mümkündür insan hərislik, əsəbilik və ya başqa səbəblərə görə yatmaq istəməsin. Bu səbəbdən də, bəzən tədriclə məhv olub, aradan gedə bilər.
Mümkündür ki, insan gələcəkdə baş verəcək hadisələri qabaqcadan yuxuda görsün. Bu, ruhun bədəndən xaric olub mələklər aləminə yüksəlməsi ilə baş verir ki, o da, Allahın böyük nişanələrindəndir.
Dostları ilə paylaş: |