FƏRDLƏRİN BİR-BİRİNDƏN SEÇİLMƏSİ VƏ İÇTİMAİ NİZAM
«Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır!»1 Dillərin müxtəlifliyi də böyük və ilahi nişanələrdəndir. Yer üzündə altı milyarddan çox olan bəşər yaradılış cəhətindən bir deyildirlər. İnsanlar içərisində hətta iki nəfər də bir-biriylə eyni deyildirlər. Bunun hikməti bəşər içtimaiyyətinin nizamını qorumaqdan ötrüdür. Əgər belə olmasa fəsad törənə bilər, məsələn, Zeyd Öməri öldürür. Qatili həbs etmək istəyən vaxt onun eyni oxşarını tutub cəzalandırırlar. Bu məsələ barəsində borclu olmaq, evlənmək və başqa misalları çəkmək olar.
Bəşəri bir-birindən fərqləndirən amillərdən biri də dillərin müxtəlifliyidir. Hər bir kəs sifət, göz, qaş və başqa şeylərə malikdir. Amma buna baxmayaraq, hər bir fərdin özünə məxsus müxtəlifliyi vardır. Səs xaric olan nəfəs borusunun təxminən bütün insanlarda bir olmasına baxmayaraq, danışıq ahəngi bir-birlərindən fərqlənir. Hətta bir nəfərin səsini telefonda eşidəndə, o özünü təqdim etməmiş danışanın kim olduğunu ayırd etmək olur.
Dostları ilə paylaş: |