BƏŞƏRİN KÜFR VƏ CƏHALƏTİ MÜQABİLİNDƏ ALLAHIN SƏBRİ
Allah-Təala yuxarıda qeyd etdiyimiz «İsra» surəsinin 44-cü ayəsinin axırında buyurur: «Elə bir şey yoxdur ki, Allaha tərif deyil Ona şükr etməsin, lakin siz onların dillərini bilmədiyiniz üçün təqdisini anlamazsınız. Allah, həqiqətən, həlim və bağışlayandır». Görəsən bu qədər mətləbi zikr edəndən sonra niyə məhz Allahın həlim və səbrli olmasından danışır? Bunun sirri nədədir? Bəlkə də insan mələküti təsbihi eşitsəydi həlak olardı. Çünki bu səsi eşitməyə insanın taqəti çatmaz. Əgər hər bir kəs öz bədən üzvlərinin mələküt səsini eşitsəydi, yaşaya bilməyib məhv olardı. Amma mütləq səbr sahibi yalnız Allahdır.
İlahi qüdrət öz hökmü ilə mələküt və batin aləmini insana elə başa salır ki, o, həmin hüduddan təcavüs edib, mənəm-mənəmlik məqamına gəlməsin. Amma mələkütün səsini eşitmək əql və həyatı ilə uyğun gəlmədiyinə görə Allah bu səsi insana eşitdirmir. Allah-Təala həlimdir, bəşərin küfr etməsinə də səbr edir. İnsanın bədən zərrələrinin «Subhanəllah» deməsinə baxmayaraq, özü Allahı inkar edir. Buna görə də Allah-Təala mələkutu səbrli şəklidə insana anladır. Pərvərdigar bəşərin küfr etməsinə də səbr edir.
Çox təəccüblü məsələlərdən biri də budur ki, bütün ömrünü Allaha arxa çevirib öz şəhvətinə uyan bəşər övladı tövbə edib, Allah dərgahına əl açan kimi Allah-Təala onu bağışlayır. «İslam keçmişdəki şeylərin üstünü örtür».1 Deməli Allahın rəhməti çox genişdir. «Allah həqiqətən, həlim və bağışlayandır!»2 Allah-Təala bəşərin zəifliyinə rəhm edib, onun üzrünü qəbul edir. Belə bir Allaha tərəf gəlməyən insanlar necə də bədbəxtdir.
Dostları ilə paylaş: |