«Ma əbədnakə həqqə ibadətikə və ma ərəfnakə həqqə mərifətikə!»
ALTINCI DƏRS «Dini əvvəli Allahı tanımaq, Allahı tanımağın kamilliyi isə Onu vahid bilməkdir». ƏQLİN HÖKMÜNƏ GÖRƏ ALLAHI TANIMAQ VACİBDİR Allahı tanımaq anlayışı əqlin qəti və zəruri məsələlərindəndir. Hər bir aqilin əqli ona nemət bağışlayan Xaliqini tanıyıb Ona şükr etməyin vacib olduğuna hökm verir. Mərifət barəsində Quranda gələn «Baxın, diqqət edib, düşünün, təfəkkür edin» və başqa hidayətedici əmrlər əqlin hökmü əsasındadır. Əgər Quranda gələn bu hökmlər olmasaydı da, Xaliqini tanıyıb Ona şükr etmək əqlin müstəqil vaciblərindən sayılardı. Əqlin ilahi nişanələr və mövcudlar üzərində düşünüb təfəkkür etməsi barəsində Qurani-Kərimin bir çox ayələrində mühüm məqamlar zikr olunmuşdur.