Çirkli gözlə baxmaq olmaz, cananın çöhrəsinə,
Gər baxmaq istəsən, pak ayna ilə bax onun gül üzünə.
Əgər çoxlu günah etmək nəticəsində insanın qəlbi zülmətə bürünsə, nəticədə ilahi ayələri inkar edib, Allahın varlığını təsdiq edən ən aşkar həqiqətləri belə rədd edəcəkdir.
«Sonra da, Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqda pislik edənlərin aqibəti lap pis oldu!»2
Öz səadətinin arzusunda olan şəxs günahdan uzaq olmalıdır. Əgər təsadüf nəticəsində günah etsə, o anda tövbə etməlidir. «Pərvərdigara! Bizləri tövbə edib, paklananlardan qərar ver!»
Keçən söhbətlərin nəticəsində niyə bəziləri üçün Allahın varlığının günəşdən də aşkar, digərləri üçün isə qeyri məlum və şübhəli olması anlaşıldı. Zəhmət çəkməmiş xəzinə əldə etmək olmaz. Mərifət xəzinəsinə çatmaqdan ötrü günahdan uzaqlaşmağın əziyyətinə və haqq yolunda olan çihadın zəhmətinə dözmək lazımdır.
Allah-Təala Quranda buyurur: «Ey iman gətirənlər, Allaha iman gətirin!»3
Allah-Təala bu ayədə iki imana əmr edir. Birincisi buyurur ki, hər kəs əqlin hökmünə görə Rəbbinin alim və qüdrətli olduğunu başa düşüb müsəlman olar və hər bir aqil bu mənanı dərk edə bilər. Amma bu cür iman gətirmək kifayət deyildir.
İmanın ikinci dərəcəsi olan qəlbin iman gətirməsinə ehtiyac vardır. İnsan cürbəcür vəsvəsə və şübhələrdən amanda olmaqdan ötrü qəlbiyilə iman gətirməlidir.
Dostları ilə paylaş: |