TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


ŞƏRAFƏT ALLAHIN TƏKLİYİNİ BAŞA DÜŞMƏKDƏN ÖTRÜDÜR



Yüklə 346,4 Kb.
səhifə6/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   2   3   4   5   6   7   8   9   ...   252
ŞƏRAFƏT ALLAHIN TƏKLİYİNİ BAŞA DÜŞMƏKDƏN ÖTRÜDÜR
Bütün mövcudlar Allah-Təalanın varlığından bəhrələnib, Onun bərəkətindən istifadə edirlər. Amma əsas məsələ bundadır ki, onlar ilahi varlıq haqqında mərifət kəsb etsinlər və başa düşsünlər ki, insanın şərafət və nəcibliyi ona özündən də yaxın olan Allahı tanımaqdadır. «Biz ona şah damarından da yaxınıq!»2

Onun mübarək vücudu hər yeri, o cümlədən bütün mövcudları əhatə edir, «şərq də, qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki Allahın mərhəməti genişdir və O, hər şeyi biləndir!»1 «Belə bir Allaha qovuşmaq arzusu, kamil səadət və ən yüksək məqsəddir ki, bundan üstünü yoxdur».2

Yaradılışın hədəfi Allahı həqiqi surətdə dərk edib, Onun sifət və işləri ilə tanış olmaqdan ötrü elm əldə etməkdir. Qurani-Məcid bu barədə buyurur: «Yeddi qat göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər bir şeyə qadir olduğunu, hər şeyin öz elmi ilə etiva etdiyini bilirsiniz deyə, Allahın əmri onların arasında nazil olar».3

Göylərin və yerlərin yaranışından, ilahi əmrlərin onlara nazil olmasından məqsəd, insanların Allah-Təalanın öz elm və nəhayətsiz qüdrəti ilə hər bir şeyə qadir və agah olmasını dərk etməsidir. Həyatda olan hər bir şey Haqq-Təalanın isim, sifət və felinin bəhrəsidir. Tanrının isim, fel və sifəti bütün varlıqların adlarından başlayaraq onların vücud mənbələrinə qədər hər bir yerdə tətbiq olunur. Quran bu barədə çox aşkar və gözəl bəyanla buyurur: «Bütün işlər axırda Allaha qayıdacaqdır».4



Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin