YEDDİNCİ DƏRS
İSLAMDAN İMANA YETİŞİN
Dinin əvvəli Allahı tanımaqdır. Müsəlman olan şəxsin mütləq Allaha ibtidai və əqli mərifəti vardır. Bu ümumi mənada olan islam kifayət deyildir, islamın ən xüsusi mənasına, yəni iman və qəlbi etiqad mərhələsinə çatmaq lazımdır. Qurani-Kərim bu barədə buyurur: «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!»3 Bu ayədən məqsəd, həmin qəlbi imandır. Bu iman yaranmayana qədər insanın kamilliyi zühur etməyəcəkdir. Qəlbində Allaha mərifəti olub Ona tərəf yol tapa bilən adam kamala yetişəcəkdir.
Allah «Hucurat» surəsində buyurur: «Bir dəstə ərəb «Biz iman gətirdik»-dedilər. Ya Peyğəmbər! Onlara de ki: «Siz qəlbən iman gətirmədisiniz!» Ancaq: «Biz islamı müəyyən şəxsi məqsəd, mənfəət naminə qəbul etdik!»-deyin. «Hələ iman sizin qəlblərinizə daxil olmamışdır».1
Bu ayədə bəzi ərəblər təzə müsəlman olmaqlarına baxmayaraq, iman gətirdiklərini iddia edirlər. Allah-Təala onlara müraciətlə müsəlmanlıqlarının kamala çatmaqdan ötrü müqəddimədən başqa bir şey olmadığını qeyd edərək buyurur: Bəli, sizin müsəlmanlığınız əqli istidlal və icmali mərifətdən artıq bir şey deyildir. Siz ancaq müsəlman olmağın hökmünü yerinə yetiribsiniz. Çalışın qəlbinizdə iman yaradıb, kamala qovuşasınız. «Allahı tanımağın kamilliyi onu təsdiq etməkdir». Qəlbinizdə olan bu iman Allahı təsdiq etməyinizə və Onun müqabilində müti və təvazökar olmağınıza səbəb olacaqdır. İnsan nə qədər ki, öz varlığını müstəqil hesab edir, heç vaxt Allahı dərk edə bilməz.
Bu səhv aradan qaldırılmayınca həqiqət aşkar olmayacaqdır. İnsan özünün mümkünəl-vücud olmağını, yəni öz varlığının mütləq vücuddan mütləq asılılığını dərk etməlidir. Varlığı eyni zat olan ancaq Vacibəl-vücuddur, yəni Allahdır. Allahdan başqa bütün məxluqlara nə qədər ki, varlıq əta olunmayıb, zati cəhətdən heçdirlər. Bu mənanı dərk etməyib hələ də özünü müstəqil bir varlıq hesab edən kəs necə Allahşünas ola bilər?
Dostları ilə paylaş: |