TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


MƏN KİMƏM Kİ, SƏNİ TƏRİFLƏYƏM



Yüklə 346,4 Kb.
səhifə74/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   70   71   72   73   74   75   76   77   ...   252
MƏN KİMƏM Kİ, SƏNİ TƏRİFLƏYƏM
Bu məqamın ən kamil dərəcəsini İslam Peyğəmbərində (s) müşahidə edə bilərik. Onun Allahla danışıqlarında «mən» kəlməsindən əsər-əlamət yoxdur. Həzrəti Peyğəmbər (s) səcdə duasında ərz edir: «Pərvərdigara! Mən kiməm ki, Sənə həmdsəna deyim və sitayiş edim. Bir halda ki, Sən özün-özünə həmd-səna edirsən. Sən ancaq özün-özünə səna edə bilərsən».

İslam Peyğəmbəri (s) Şəban ayının ortasında oxunan duanın səcdəsində buyurur: «Pərvərdigara bədənim, xəyalım və qəlbim sənə iman gətirib, bütün varlığım sənə səcdə edir».1

Pərvərdigara! Səni layiq olduğun qədər tanıya bilmədik. Mümkünəl-vücud nə qədər inkişaf etsə də yenə də mümkünəl-vücuddur. Əlbəttəki, bəndə bəndədir, Allah da Allah!

Peyğəmbərimizin (s) Allah dərkanına bu qədər yaxın olması və həqiqətlərin ondan başqa bir kəs üçün bu dərəcədə kəşf olmamasına baxmayaraq, o, özü də Allah ola bilməz.

Pərvərdigara! Pərəstiş olunmağa layiq olduğun qədər Sənə pərəstiş edə bilmirik. Bu mərtəbələri icmali surətdə bəyan etməkdə məqsədimiz Allah yolunda inkişafa doğru qədəm atmaqdır. Amma bu kifayət deyildir. Allahın köməkliyi ilə çalışıb daha da uca məqamlara çatmaq lazımdır. Sonrakı məsələ budur ki, hansı bir həddə oluruqsa olaq, məğrur olmaq lazım deyildir. Çünki hələ qarşıda fövqəladə və çox yüksək məqamlar vardır.


Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin