HƏQİQƏTDƏ MƏRİFƏT CƏHALƏTLƏ CƏM OLA BİLMƏZ
Allahın yolu cəhalətlə uyğun gəlmir. Özünü hələ də Allahın müqabilində bir şey hesab edən kəs, ilahi mərifətə neçə yol tapa bilər? Mənəmlik və müstəqillik iddiası edib, öz yoxluğundan qəflətdə olmaq cəhalətin bəhrəsidir. Allahın tövhidiylə həqiqi surətdə tanış olmaqdan ötrü birinci bu hicabı aradan aparmaq lazımdır. Allahsevər olmaqdan ötrü cihad etməklə «mən» və «xüdpəsəndlik» aradan götürülməlidir. Ən pis batini şirklərdən olan «Allaha şərik qoşmaq» bir növ öz varlığını özündən hesab edib, Allahı görməməkdir. Bir haldakı insanın varlığı Allah feyzindən bir an belə qət olunsa, onun varlığından heç bir əsər-əlamət qalmaz. Bütün mövcudların var olması Allaha aiddir. Bu mənanı dərk etmək insanın imanı üçün zəruri və vacibdir.
«Pərvərdigara! Əşyanın həqiqətini olduğu kimi bizə göstər. Bu qəlbin nicablarını Öz qüdrət qəhrinlə təmizlə».1
Allahdan başqa heç bir yerə qaçmaq olmaz. Pənah yeri ançaq Allahdır. Elə isə Ona pənah aparın. «Ya Məhəmməd (s)! Bu insanlara de ki, Allah tərəf qaçın! Allah qəzəbindən qacıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!»2
ONUNCU DƏRS
«Dinin əvvəli Allahı tanımaq, Allahı tanımağın kamilliyi isə Onu təsdiq etmək və təsdiq etməyin kamalı isə onu vahid bilməkdir».
Dostları ilə paylaş: |