ZATI, SİFATİ VƏ ƏFALİ TOHİD
Mərifət kamalının istidlali elmlə deyil, qəlbin təsdiq etməsi və inamla olduğunu qeyd etdik. Qəlbi təsdiq və onun mərtəbələri olan «elmul-yəqin», «eynul-yəqin» və «həqqul-yəqin» barəsində keçən söhbətlərimizdə bəyan etdik. Həm də bu təsdiq o vaxt kamil olar ki, Allahın vəhdaniyyətinə «təkliyinə» heç bir şərik qoşulmasın. İnsan hər şeydə Allah və Onun təcəllisini görməlidir.
Tövhidin də mərtəbələri vardır: Zatı, sifati və əfali.
Tövhidi zatı: Allahdan başqa Allah yoxdur.
Tövhidi sifati: Allahın bütün sifətləri eyni zatı olub, başqa bir yerdən Ona əlavə olunmamışdır.
Tövhidi əfali: Bütün işləri Allaha aid olmasını və Onun həqiqi fail olmasını dərk etməkdir.
Tövhidi zatıyə başqa sözlə «vacibəl-vücud» deyilir. Allah təkdir, əzəli və əbədidir. Yəni həmişə olmuş və həmişə də olacaqdır. Ona heç bir şey əlavə olunmayıb, hər şeyi zatidir və təkdir. Vacibəl-vücudun vəhdaniyyəti əql mərtəbəsinə yüksəlməklə dərk olunur. İnsan əqli dəlillərlə aləmin mənbəyinin tək olduğunu dərk edir. Bu barədə çoxlu əqli dəlillər gətirilmişdir. Onların bəziləri aşağıdakılardan ibarətdir.
Dostları ilə paylaş: |