BÜTÜN MƏXLUQLAR VAHİD OLAN ALLAH TƏRƏFİNDƏN YARADILMIŞDIR Pərvərdigari-aləmin təkliyi haqqında elm əldə edən şəxs, Allaha olan mərifətinin naqis olmamasından ötrü Onun vəhdaniyyətinin ahəngində olmalıdır. Yəni tövhidin «Allah təkdir və heç bir şəriki yoxdur» məsələsinin zati, sifati və əfali surətdə dərk edib Onun ibadət və pərəstiş məqamına ucalmalıdır.
Tövhidi-zati - Allahın müqəddəs zatının bütün varlıq aləminə məbdə olması deməkdir. Yəni varlıq aləmində baş verən bütün hadisələr və yaranan bütün mövcudlar Onun vasitələridir və qaydışları da ona tərəfdir. O, həmişə olmuş və həmişə də olacaqdır. Ondan başqa olan hər bir şey yaradılmışdır. Vücudu varlıq təsəvvürünə görə üç qismə bölürlər: