ALLAHIN ŞƏRİKİNDƏN HEÇ BİR ƏSƏR-ƏLAMƏT YOXDUR Əli (ə) yuxarıda qeyd etdiyimiz vəsiyyətnamənin davamında buyurur: «Sən onun (ikinci Allahın) bacarıq və qüdrətinin əsərlərini görərdin, onun işlərini də, sifətlərini də tanıyardın». Bir halda ki, bütün varlıq aləmində olan şeylərin bir-birlərilə rabitələri vardır. «Elə bil ki, bütün varlıq aləmi bütöv bir vahid şəklindədir».Aləmdə olan bütün şeylər kiçik işlərin əmələ gətirdiyi böyük bir işdən ibarətdir. Təsəvvür edin ki, böyük bir zavod, içərisində çarxlar, pərlər, motorlar olan dəzgahlardan təşkil olunmuşdur.