DƏRS DEMƏK KÜRSÜSÜNÜ BAŞQASINA TAPIŞIRDI
Məhrum Ayətullah Seyyid Hüseyn Türk, şiə məzhəbinin böyük alim və mərçəi-təqlidlərindən olmuşdur. 1844-ci ildə Nəcəfül-əşrəfdə vəfat etmişdir.
O Kərbəlada böyük alimlərdən dərs aldıqdan sonra Nəcəf şəhərinə hicrət edir. Tələbələr onun ətrafında toplanaraq, ondan dərs almağa başlayırlar. Günlərin bir günündə dərs dediyi «İmran» məscidinə vaxtından əvvəl gəldi. Onun şagirdləri hələ gəlməmişdilər. Bir küncdə oturub gördü ki, tanımadığı bir ruhani şeyx alim, məscidin o biri küncündə bir neçə tələbəyə dərs deməklə məşğuldur. Seyyid şeyxin söhbətlərinə qulaq asıb onun elminə təəccüb etdi.
O biri gün şeyxin dərsinə qulaq asmaqdan ötrü bilə-bilə məscidə vaxtından əvvəl gəldi. Beləliklə bir neçə gün şeyxin dərslərinə qulaq asandan sonra, yəqin etdi ki, şeyx ondan elmli və fəzilətlidir. Şeyxin dərslərindən istifadə etmək qərarına gəldi. Bir qədər axtarışdan sonra bu şeyxin Mürtəza Ənsari olduğunu müəyyənləşdirdi. Məlum oldu ki, şeyx dörd illik İran səfərindən yenicə qayıtmışdır.O, İranda böyük və şərafətli alim Hacı Molla Mehdi Nəraqinin hüzurunda olmuş və onun elmindən çoxlu istifadə etmişdir.
Seyyid öz şagirdlərinin yanına gəlib onlar dedi: Şeyx Ənsari (r.ə.) məndən elmli və fəzilətlidir. Onun dediyi dərslər sizin üçün daha mənfəətli ola bilər. Bu gündən etibarən mən də sizinlə birlikdə onun dərslərinə gedəcəyik.
Həmin gündən şeyxin şöhrəti yüksəldi, yavaş-yavaş müsəlmanların mərcəi-təqlidi oldu. Şeyx də öz növbəsində seyyidə böyük ehtiram göstərib bəzi dərsləri onun öhdəsinə qoyurdu. Şeyx 1854-cü ildə vəfat edəndən sonra dərs demək kürsüsü Seyyidə tapşırıldı.
Görün nə qədər imanlı və sadiq adamdır. Özü ustad və mərcəi-təqlid ola-ola Allahın razılığını əldə etməkdən ötrü öz vəzifəsini şagirdinə tapşırır.
Bunu yalnız elm və iman sahibləri başa düşə bilərlər.
Buna görə də əgər insanın işləri və elm öyrənməsi həvəs üzündən deyil, həqiqətən də Allaha xatir və xalqa xidmət etməkdən ötrü olsa, həmin elm onun qəlbində nura dönəcəkdir.
Dostları ilə paylaş: |