ON DÖRDÜNCÜ DƏRS
MÜTLƏQ VARLIQ BİR NEÇƏ OLA BİLMƏZ
«Tövhidi-zati» əql üçün ən aşkar məsələlərdən biridir. Məxluqlara azacıq diqqət etməklə bunun aşkarlığı məlum olur. Varlıq aləmindəki bütün məxluqlar hamısı yaradılmışdır. Yəni əvvəldə olmayıb sonradan vücuda gəlmişlər. Onların varlığı müstəqil deyildir. Başqa ifadə ilə desək, varlıq onlara ariz olunmuşdur. Deməli bu məxluqlarda olan varlığın əsli, vücudu zatının eyni olan mütləq varlıqdandır. O, əzəli və əbədidir, Onun qüdrət və qüvvəti eyni zatıdır.
Mütləq vücudun qarşısında olan bütün varlıqlar hamısı yaradılmışdır. Aləmdə olan məxluqların varlığı öz zatlarından deyil, varlıq onlara başqa bir yerdən ariz olunmuşdur. Yəni mütləq bir varlıq onları vücuda gətirmişdir. Buna görə də aləmdə bütün cəhətləri bir-birinə uyğun olan iki mütləq varlıq ola bilməz. Mütləq varlıq olan Allahın bir neçə ədəd olması qeyri-mümkündür. Bu aləmdə bir Allah vardır və bir də Onun təcəlli və bəhrələri. Aləmdə olan bütün mövcudların varlıq və davamiyyəti yalnız mütləq varlıq olan Allahdandır. Elə buna görə də vacibəl-vücudun şərikinin olması qeyri-mümkündür.
Dostları ilə paylaş: |