MADDİ LƏZZƏTİ TƏRK ETSƏN, HƏQİQİ LƏZZƏTİ
BAŞA DÜŞƏRSƏN
İnsanın qəlbi xəbərdar olmasa, şühudun bu mərtəbəsini dərk etməsi qeyri mümkündür. Hicablar aradan getdikcə, insan öz mətləbinə bir o qədər yaxınlaşacaqdır.
Nəfsinizin ziddinə getməyinizi yəqin ki, təcrübə etmisiniz. Öz nəfsani istəyinizə qarşı çıxan kimi, özünüzə diqqət edin. Sizdə necə xoş əhval ruhiyyə yaranır? Əlbəttə bu vəziyyəti həmin həddə imtahan edin.
İmam Sadiq (ə) naməhrəmə baxmağın təsiri haqqında buyurur: «Əgər bir kəsin gözü naməhrəmə sataşanda, Allahdan bağışlanmaq istəyib, bir daha baxmayacağına söz verib gözünü yuxarı və aşağı diksə, həmin halda imanın şirinliyini dadacaqdır».
Elə bu dərəcədə də nəfsani istəkləri tərk etmək, imanın ləzzətlini dərk etməyə səbəb olur. Bu anda insan şühud mərtəbəsinə çatır. Eləcə də öz qəzəbini boğa bilən adam həmin anda köksünün genişliyini görüb, özünü xoş əhval-ruhiyyəsini hiss edəcəkdir.
Mətləbin xülasəsi budur ki, Allaha yaxınlaşmaq istəyən kəs, mütləq öz nəfsani istəklərinin tərk etməlidir. Amma insan nə qədər ki, nəfsinə itaət edir, getdikcə Allahdan uzaqlaşacaqdır. Bu mətləbləri hər bir şəxs imtahandan keçirə bilər.
İnsan nəfsani istəklərini ələ almaqla, yavaş-yavaş qəlbin hicablarını aradan aparır. Amma bir şərtlə ki, nəfs sonradan başlı-başına buraxılmasın. Çihad nə qədər müvəffəqiyyətli olsa, insan bir o qədər mərifət sahibi olub, elə bir məqama çata bilər ki, Quranın buyurduğu bu ayələrin «Siz harada olsanız, O sizinlədir»1 və «Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Allahdır. Onlar bundan az da, çox da olsalar və harada olsalar, Allah yenə onların yanındadır»2 mənalarını çox asan və aydın şəkildə dərk edə bilər.
Dostları ilə paylaş: |