QORXU ƏVƏZİNƏ İMANLARI DAHA DA ÇOXALDI
Müvəhhidin daha bir xüsusiyyəti, onun Allahdan başqa heç kəsdən qorxmamasıdır. Aşağıdakı ayəyə diqqət edin: «O kəslər ki, xalq onlara: «Camaat Əbu Süfyan və tərəfdarları sizə qarşı qüvvə toplamışdır, onlardan qorxun!» dedikdə, bu söz onların imanını daha və artırdı və onlar: «Allah bizə bəs edər. O nə gözəl vəkildir!» deyə cavab verdilər».1
Bu zəmanəmizdə də bizi qorxudub dedilər ki, Amerika İrana hücuma hazırlaşır, öz əlaltılarının köməkliyilə bizi iqtisadi mühasirəyə alıb, nəticədə özünə təslim edəcəkdir. Nadan adamlar: «Çarəsiz qalacağıq, bədbəxt olacağıq!» dedilər. Amma imamın tərəfdarları qorxmayaraq: «Allah bizə kifayət edər!» deyə cavab verdilər».
Qüdrət yalnız Allahın qüdrətidir. Onların əllərində olan imkanlar, Allahın onlara verdiyi hədiyyə və maldan başqa bir deyildir. Əgər Allah istəməsə, heç bir şey edə bilməyəcəklər. Allah-Təala sonrakı ayədə yalnız Ona təvəkkül etməyin nəticəsini belə buyurur: «Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir».2
Neçə ki, İranın müsəlman milləti də imam Xomeyninin (r.ə) ilahi rəhbərliyi sayəsində iqtisadi mühasirinin və Amerikanın Təbəs səhrasına hərbi hücumunun qarşısında sarsılmadı.
Pərvərdigara! Qüdrət, izzət və elm yalnız Sənə məxsusdur, o nemətlərdən bizlərə də mərhəmət et, Özün bizə kömək ol! Hər kimdə hər nə varsa, Sənin mərhəmətlərin sayəsindədir!
Dostları ilə paylaş: |